“BMT-nin itkin düşmüş şəxslərlə bağlı qəbul etdiyi qətnamənin böyük əhəmiyyəti var” – Əhməd Şahidov

Ana Sayfa » Müsahibələr » “BMT-nin itkin düşmüş şəxslərlə bağlı qəbul etdiyi qətnamənin böyük əhəmiyyəti var” – Əhməd Şahidov

“Belə bir qərarın məhz Azərbaycanın təşəbbüsü ilə qəbul olunması o deməkdir ki, ölkəmiz bəşəri problemlərin həllində də aktivliyini əldən vermir”

Əhməd Şahidov: “Bu, Azərbaycanın beynəlxalq tribunalardakı mövqeyini gücləndirən bir faktordur”

BMT Baş Assambleyasının plenar iclasında Azərbaycan Respublikası tərəfindən irəli sürülmüş “İtkin düşmüş şəxslər” adlı qətnamə konsensusla qəbul edilib. 62 ölkə qətnaməyə həmmüəllif kimi qoşulub.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Azərbaycan tərəfindən iki ildən bir irəli sürülən qətnamənin əsas məqsədi dünyada silahlı münaqişələr şəraitində itkin düşmüş şəxslərin probleminə diqqətin daha da artırılmasından ibarətdir.
Qətnamədə dünyanın bir sıra yerlərində silahlı münaqişələrin və bunun nəticəsində itkin düşmüş şəxslərin sayının artması ilə bağlı dərin narahatlıq ifadə olunur və qeyd edilir ki, itkin düşmüş şəxslər problemi onların ailələrinə böyük iztirablar gətirir və münaqişələrə son qoyulması sahəsində həyata keçirilən səylərə mənfi fəsadlar törətməkdə davam edir.
Qətnamə dövlətləri beynəlxalq humanitar hüququn müddəalarına hörmət və riayət etməyə, silahlı münaqişələr şəraitində itkin düşmə hallarının qarşısının alınması, itkin düşmüş şəxslərin axtarışı ilə bağlı bütün lazımi tədbirlər həyata keçirməyə, o cümlədən beynəlxalq öhdəliklərinə uyğun olaraq, itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün əməkdaşlıq etməyə çağırır. Qətnamə itkin düşmüş şəxslərin ailələrinin əzizlərinin taleyi barədə məlumat əldə etmək hüququnu təsdiq edir. Qətnamə dövlətləri silahlı münaqişələr şəraitində itkin düşmüş uşaqların məsələsinə xüsusi olaraq diqqət yetirməyə çağırır.
Azərbaycanın təşəbbüsü ilə mühüm bir qurum tərəfindən qəbul edilən bu qətnamə ilə bağlı əlaqədar sahənin ekspertləri nə düşünürlər?
Əsir və girov düşmüş vətəndaşların problemləri ilə yaxından məşğul olan QHT rəhbəri Əhməd Şahidov qəzetimizə açıqlamasında bildirdi ki, BMT-nin plenar iclasında Azərbaycanın təşəbbüskarı olduğu layihənin qəbulu sevindirici haldır: “Bunu hətta ölkəmizin ciddi nailiyyəti kimi də qəbul edə bilərik. Çünki həmin sənədin yalnız bizim ölkə deyil, bütün bəşəriyyət üçün xeyri var. Əsas məqsəd dünyada mövcud olan silahlı münaqişələr şəraitində itkin düşmüş şəxslərin tapılması və bu problemin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasıdır. Qeyd edim ki, bu, Azərbaycanın ən ağrılı yeridir. Bilirsiniz ki, bu məsələ Azərbaycanın müəyyən etdiyi prioritetləri sırasında dayanır. Rəsmi məlumata görə, bu gün 3888 nəfər Azərbaycan vətəndaşı var ki, onlar itkin düşmüş sayılırlar. Onlar Dağlıq Qarabağ münaqişəsi zamanı bu taleyi yaşayıblar. Onlardan 3622 nəfəri kişi, 266 nəfəri isə qadındır. Bu kateqoriyanın içində böyük əksəriyyəti hərbçilər və dinc sakinlər təşkil edir. Məhz buna görə də Azərbaycan tərəfi ümumən dünyanı narahat edən problemi beynəlxalq platformalarda qaldırıb. Ən ali tribuna olan BMT-də belə bir qərarın məhz Azərbaycanın təşəbbüsü ilə qəbul olunması o deməkdir ki, ölkəmiz bəşəri problemlərin həllində də aktivliyini əldən vermir. Son vaxtlar Azərbaycanda bu mövzu xüsusi gündəmdə olub. Söhbət azərbaycanlı əsirlərin erməni diversantlarla dəyişdirilməsi ilə bağlı irəli sürülən təşəbbüsdən gedir. Bilirsiniz ki, Azərbaycanın irəli sürdüyü humanist təşəbbüsə Ermənistan yox deyir. BMT-də qəbul edilən sənədin məhz bu araya düşməsi dünyanın diqqətini yenidən azərbaycanlı əsirlərə cəlb edəcək”.
Əhməd Şahidovun sözlərinə görə, dünyanın bir çox ölkələrində hazırda bu problemdən əziyyət çəkilir: “Mən bunu Azərbaycanın uğuru sayıram. Bu, Azərbaycanın beynəlxalq tribunalardakı mövqeyini gücləndirən bir faktordur. Sabah biz ATƏT, AŞPA və digər qurumlarda əsirlərimizlə bağlı problemləri qabardanda, təbii ki, BMT-də qəbul edilən qətnaməyə də əsaslanacağıq. Bilirsiniz ki, azərbaycanlı əsirlərin dəyişdirilməsi ilə bağlı işlər intensiv şəkildə davam etdirilir. Təəssüf ki, Ermənistan məsələyə müsbət cavab vermir. Hesab edirəm ki, BMT-də qəbul edilən sənədi həm də Azərbaycanın öz problemindən doğan haqq səsini dünyaya çatdırmaq istəyindən irəli gələn əzmkarlığının nümunəsi kimi qəbul edə bilərik”.

Məhəmmədəli QƏRİBLİ
“Bakı-Xəbər” qəzeti

Xəbərlər

Avropa Parlamenti azərbaycanlı girovlarla bağlı məsələyə hər zaman biganə yanaşıb – Əhməd Şahidov Avropa Parlamenti azərbaycanlı girovlarla bağlı məsələyə hər zaman biganə yanaşıb – Əhməd Şahidov “Beynəlxalq Qızıl Xaç Komitəsinin Dilqəm Əsgərovla bağlı açıqlaması bizi qane etmir” – Əhməd Şahidov “Beynəlxalq Qızıl Xaç Komitəsinin Dilqəm Əsgərovla bağlı açıqlaması bizi qane etmir” – Əhməd Şahidov Azərbaycanlı girovlarla bağlı Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarına müraciət olundu Azərbaycanlı girovlarla bağlı Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarına müraciət olundu Əhməd Şahidov Həmrəylik Günü və Yeni İl münasibəti ilə Qax camaatını təbrik edib Əhməd Şahidov Həmrəylik Günü və Yeni İl münasibəti ilə Qax camaatını təbrik edib Əhməd Şahidov Türkiyənin “Ulusal Kanal” Televiziyasında azərbaycanlı əsir və girovlardan danışıb Əhməd Şahidov Türkiyənin “Ulusal Kanal” Televiziyasında azərbaycanlı əsir və girovlardan danışıb “BMT-nin itkin düşmüş şəxslərlə bağlı qəbul etdiyi qətnamənin böyük əhəmiyyəti var” – Əhməd Şahidov “BMT-nin itkin düşmüş şəxslərlə bağlı qəbul etdiyi qətnamənin böyük əhəmiyyəti var” – Əhməd Şahidov Erməni diversant Karen Kazaryan üzərində məhkəmə prosesi davam etdirilib | REAL Televiziyası Erməni diversant Karen Kazaryan üzərində məhkəmə prosesi davam etdirilib | REAL Televiziyası Əhməd Şahidov əsir və girovlarla bağlı beynəlxalq təşkilatlara müraciət etdi – 10 Dekabr Beynəlxalq İnsan Haqları Günü mesajı Əhməd Şahidov əsir və girovlarla bağlı beynəlxalq təşkilatlara müraciət etdi – 10 Dekabr Beynəlxalq İnsan Haqları Günü mesajı “Əsir və girovlar yalnız “hamının hamıya” prinsipi ilə dəyişdirilə bilər” – Azərbaycanın mövqeyi dəyişmir “Əsir və girovlar yalnız “hamının hamıya” prinsipi ilə dəyişdirilə bilər” – Azərbaycanın mövqeyi dəyişmir Azərbaycanlı əsir və girovlarla bağlı məlumat mərkəzi fəaliyyətə başlayıb Azərbaycanlı əsir və girovlarla bağlı məlumat mərkəzi fəaliyyətə başlayıb “Erməni diversant Karen Kazaryan üzərində məhkəmə prosesi tam şəffaf şəkildə aparılır” – Əhməd Şahidov “Erməni diversant Karen Kazaryan üzərində məhkəmə prosesi tam şəffaf şəkildə aparılır” – Əhməd Şahidov “Ermənistan əsir və girovların dəyişdirilməsi məsələsində qərarsız qalıb” – Əhməd Şahidov REAL Televiziyasına danışıb “Ermənistan əsir və girovların dəyişdirilməsi məsələsində qərarsız qalıb” – Əhməd Şahidov REAL Televiziyasına danışıb “Ermənistan hakimiyyətinə beynəlxalq təzyiqlər bir qədər də artırılacaq” – Əhməd Şahidov “Ermənistan hakimiyyətinə beynəlxalq təzyiqlər bir qədər də artırılacaq” – Əhməd Şahidov Qax rayonunda gürcü və azərbaycanlıların vəhdət rəmzi olan Kürmükoba bayramı qeyd olunub Qax rayonunda gürcü və azərbaycanlıların vəhdət rəmzi olan Kürmükoba bayramı qeyd olunub Azad Azərbaycan Televiziyasının “ATV Aktual” verilişində əsir və girovların dəyişdirilməsi məsələsi müzakirə olunub Azad Azərbaycan Televiziyasının “ATV Aktual” verilişində əsir və girovların dəyişdirilməsi məsələsi müzakirə olunub