Erməni diversant Karen Kazaryan üzərində məhkəmə prosesi davam etdirilib | REAL Televiziyası

Ana Sayfa » Müsahibələr » Erməni diversant Karen Kazaryan üzərində məhkəmə prosesi davam etdirilib | REAL Televiziyası

Azərbaycanda terror aktı törətməyə cəhd edən Ermənistan Respublikası vətəndaşı Karen Armenoviç Kazaryan üzərində məhkəmə prosesi Dekabrın 11-də davam etdirilib. 1(100)-315/2018 saylı cinayət işi üzrə təqsirli bilinən Karen Kazaryan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin bir-neçə maddəsi üzrə ittiham olunur. Həyat və sağlamlıq əleyhinə olan cinayətlərdə, İqtisadi fəaliyyət sahəsində olan cinayətlərdə, İctimai təhlükəsizlik əleyhinə olan cinayətlərdə, Dövlətin Konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətlərdə, İdarəetmə qaydası əleyhinə olan cinayətlərdə ittiham olunan Karen Kazaryan Azərbaycan dövləti tərəfindən pulsuz vəkil, habelə 3 nəfər tərcüməçi kimi təmin olunub.

Hakim Kəramət Əliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesi ictimaiyyətə açıq şəkildə keçirilir və mətbuat nümayəndələri də prosesdə iştirak edirlər. Məhkəmə iclasında yaxından iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov REAL Televiziyasına açıqlamasında erməni diversant Karen Kazaryanın hüquqlarının Azərbaycan dövləti tərəfindən tam təmin edildiyini və məhkəmə prosesinin tam şəffaf şəkildə aparıldığını qeyd edib: “Bir hüquq müdafiəçisi kimi deyə bilərəm ki, məhkəmə prosesi tam şəffaf şəkildə aparılır. Müttəhim məhkəmə zalında əlləri sərbəst şəkildə iştirak edir. Onun hüquqları ona izah olunub. Azərbaycan dövləti tərəfindən pulsuz vəkil və 3 nəfər tərcüməçi ilə təmin olunub. Davamlı işgəncələrə məruz qalmış azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məhkəmə prosesindən fərqli olaraq, erməni diversant Karen Kazaryan məhkəmədə sərbəst şəkildə fikirlərini ifadə edir, ona ünvanlanan suallara cavablar verir və tam rahat şəkildə özünü aparır. Azərbaycan hüquq dövlətidir və cəbhə bölgəsində terrora cəhd edən erməni diversant belə qanun qarşısında cavab verir və onun hüquqları Azərbaycan dövləti tərəfindən qorunur.”

Xəbərlər

Qax Dövlət Kukla Teatrında uşaqlar üçün Novruz şənlikləri keçirilir Qax Dövlət Kukla Teatrında uşaqlar üçün Novruz şənlikləri keçirilir Qax rayonunda Novruz şənliyi keçirilib Qax rayonunda Novruz şənliyi keçirilib Əhməd Şahidov Novruz Bayramı münasibətilə Qax rayonu ictimaiyyətini təbrik edib Əhməd Şahidov Novruz Bayramı münasibətilə Qax rayonu ictimaiyyətini təbrik edib Əhməd Şahidov 5 Mart İdman Günü münasibətilə Qaxın idman ictimaiyyətinə müraciət edib Əhməd Şahidov 5 Mart İdman Günü münasibətilə Qaxın idman ictimaiyyətinə müraciət edib Əhməd Şahidov Şimali Kiprin Diyalog Televiziyasına Xocalı soyqırımı barədə danışıb Əhməd Şahidov Şimali Kiprin Diyalog Televiziyasına Xocalı soyqırımı barədə danışıb Türkiyənin Ulusal Kanal Televiziyasında Xocalı soyqırımı və azərbaycanlı girovlar barədə danışılıb Türkiyənin Ulusal Kanal Televiziyasında Xocalı soyqırımı və azərbaycanlı girovlar barədə danışılıb İstanbul Yeni Yüzyıl Universitetində Xocalı soyqırımının ildönümü qeyd edilib İstanbul Yeni Yüzyıl Universitetində Xocalı soyqırımının ildönümü qeyd edilib İstanbulda Mehmet Fatih Sultan Vakıf Universitetində  Xocalı soyqırımının ildönümü qeyd edilib İstanbulda Mehmet Fatih Sultan Vakıf Universitetində Xocalı soyqırımının ildönümü qeyd edilib “Qax rayonunda Xocalı Soyqırımına abidə ucaldılsın” – Əhməd Şahidov mühüm təkliflə çıxış edib “Qax rayonunda Xocalı Soyqırımına abidə ucaldılsın” – Əhməd Şahidov mühüm təkliflə çıxış edib Azərbaycanlı və gürcü gənclər Tbilisidə bir araya gəldi: “Qafqazda sülh istəyirik!” Azərbaycanlı və gürcü gənclər Tbilisidə bir araya gəldi: “Qafqazda sülh istəyirik!” Əhməd Şahidov Tbilisidə keçirilən beynəlxalq forumda Mixail Avaqyana abidə ucaldılmasına etiraz edib Əhməd Şahidov Tbilisidə keçirilən beynəlxalq forumda Mixail Avaqyana abidə ucaldılmasına etiraz edib Əhməd Şahidov Qax rayonunda təhsilin vəziyyəti barədə fikirlərini bölüşüb Əhməd Şahidov Qax rayonunda təhsilin vəziyyəti barədə fikirlərini bölüşüb Əhməd Şahidov 2 Fevral Gənclər Günü münasibətilə Qax gənclərinə səsləndi: “Hədəflərinizdən əsla vaz keçməyin” Əhməd Şahidov 2 Fevral Gənclər Günü münasibətilə Qax gənclərinə səsləndi: “Hədəflərinizdən əsla vaz keçməyin” Azərbaycanlı girovlarla bağlı son vəziyyət nə yerdədir? – “Yeni Müsavat” qəzetində canlı yayım Azərbaycanlı girovlarla bağlı son vəziyyət nə yerdədir? – “Yeni Müsavat” qəzetində canlı yayım “Gürcüstan ikitərəfli münasibətlərə xələl gətirəcək addımlardan çəkinməlidir” – Əhməd Şahidov İranın “Səhər” Televiziyasına danışıb “Gürcüstan ikitərəfli münasibətlərə xələl gətirəcək addımlardan çəkinməlidir” – Əhməd Şahidov İranın “Səhər” Televiziyasına danışıb