Əhməd Şahidov əsir və girovlarla bağlı beynəlxalq təşkilatlara müraciət etdi – 10 Dekabr Beynəlxalq İnsan Haqları Günü mesajı

Ana Sayfa » Çıxışlar » Əhməd Şahidov əsir və girovlarla bağlı beynəlxalq təşkilatlara müraciət etdi – 10 Dekabr Beynəlxalq İnsan Haqları Günü mesajı

Bu gün, 10 Dekabr – Ümumdünya İnsan Hüquqları günü olaraq qeyd olunur. ”Bütün insanlar azad və bərabərdir!” tezisinə əsaslanan Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 70 il əvvəl, 10 Dekabr 1948-ci ildə bu günü Ümumdünya İnsan Hüquqları Günü  olaraq qəbul etdi.

Azərbaycanın aparıcı insan haqları təşkilatlarından olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov 10 Dekabr – Beynəlxalq İnsan Haqları Günü ilə bağlı video müraciət yayıb. Dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, Avropa institutlarına və dünyanın bütün hüquq müdafiəçilərinə ünvanlanan müraciətdə Əhməd Şahidov azərbaycanlı əsir və girovlarla bağlı məsələni diqqətə çatdırıb. Hüquq müdafiəçisi Azərbaycan tərəfinin əsir və girovların dəyişdirilməsi ilə bağlı təklif etdiyi “hamının hamıya” prinsipini dəstəkləməyə çağırış edib. AŞPA-nın İnsan Haqları üzrə komissarı xanım Dunya Miyatoviç, BMT-nin İnsan Haqları üzrə Ali Komissarı xanım Mişel Baçelet Ceria və insan haqları üzrə ixtisaslaşan beynəlxalq təşkilat rəhbərlərinə müraciət edən Əhməd Şahidov bucür kiçik təşəbbüslərin daha böyük sülh və barış üçün başlanğıç nöqtəsi ola biləciyini vurğulayıb.

Xəbərlər

“O insanlara yazığım gəlir” – Əhməd Şahidov Kanal 5 Televiziyasının qonağı olub Əhməd Şahidov Sarıbaş kənd məktəbini ziyarət etdi: “Təhsil ocağı bu vəziyyətdə olmamalıdır” Əhməd Şahidov Qurban Bayramı münasibətilə Qax camaatına təbriklərini çatdırıb “Ən böyük sərvətimiz insanlarımızdır” – Əhməd Şahidov Qax rayonunun 89-cu ildönümü ilə bağlı danışıb Əhməd Şahidov Zərnə kənd məscidinin təmiri ilə bağlı növbəti dəfə müraciət edib “Hər dəfə Şəhidlərimizi ona görə ziyarət edirəm ki…” – Əhməd Şahidov video müraciət edib “Növbəti mərhələdə Dilqəm Əsgərov və Şahbaz Quliyev azad olunacaq” – Əhməd Şahidov ARB24 Televiziyasına danışıb “Girovlarımızla bağlı humanitar dialoq bundan sonra da davam edəcək” – Əhməd Şahidov ATV-ə danışıb “Ermənistan əsir və girovlar məsələsində geri addım atmaqdadır” – Əhməd Şahidov REAL TV-ə danışıb ARB24 Televiziyasının “Gündəm” verilişində girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə danışılıb Əhməd Şahidov Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyini ziyarət edib Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunda görüş keçirilib Əhməd Şahidov Tbilisidə Dağlıq Qarabağ münaqişəsinin humanitar fəsadlarından danışıb Elvin İbrahimovun erməni diversant Zaven Karapetyanla dəyişdirilməsi təqdirəlayiqdir – Əhməd Şahidov AŞPA-nın Yay Sessiyasının nəticələri İctimai Televiziyanın “Diqqət Mərkəzi”ndə müzakirə olunub