Rəsmi İrəvan əsir və girovları dəyişdirməkdən niyə yayınır? – Azad Azərbaycan Televiziyası

Ermənistan hakimiyyəti əsir və girovların dəyişdirilməsi prosesini əngəlləməkdə maraqlıdır. Ötən gün Ermənistanın Berdavan şəhər sakinləri diversant Karen Kazaryanın Azərbaycandan geri alınması tələbiylə etiraz aksiyası keçiriblər. Ermənistan hökuməti isə etirazçıların tələbinə cavab olaraq, əsir və girovların dəyişdirilməsinə razı olmadıqlarını bildirib. Ermənistanın baş naziri Nikol Paşinyan etirazçıları sərt tənqid edib və əsir-girovların dəyişdirilməsi ilə razılaşmayacaqlarını deyib.

Rəsmi İrəvanın əsir və girovların dəyişdirilməsindən ciddi cəhdlə yayınmasının səbəblərini Azad Azərbaycan Televiziyasına şərh edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov bundan sonra da Ermənistan hakimiyyətinə beynəlxalq təzyiqləri davam etdirəcəklərini deyib: “Biz hər zaman beynəlxalq platformalarda əsir və girovların dəyişdirilməsi məsələsini qaldırmışıq. Beynəlxalq İşçi Qrupu bununla bağlı Azərbaycan tərəfinə müraciət edib. Rəsmi Bakı “Hamının hamıya” prinsipi ilə əsir və girovların dəyişdirilməsinə razı olduğunu bildirib. Ermənistan tərəfi isə hələ də bu prosesdən ciddi cəhdlə yayınır. Buna baxmayaraq, biz mübarizəmizi davam etdiririk və Ermənistan tərəfinə beynəlxalq təzyiqləri bir qədər də artıracağıq”.

Bu yazını Facebookda şərh et