“Azərbaycanlı girovlar bu ilin sonuna qədər dəyişdirilə bilər” – Əhməd Şahidov REAL Televiziyasına danışıb

Ana Sayfa » Müsahibələr » “Azərbaycanlı girovlar bu ilin sonuna qədər dəyişdirilə bilər” – Əhməd Şahidov REAL Televiziyasına danışıb

Ermənistan kütləvi informasiya vasitələrində verilmiş məlumata əsasən, həmin ölkənin müdafiə naziri vəzifəsinin icraçısı, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri David Tonoyan Azərbaycan tərəfinin əsirlərin dəyişdirilməsinə dair təklifi barədə mətbuatdan oxuduğunu və rəsmi təklif almadıqlarını deyib.

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası isə bildirib ki, 29 aprel 2016-cı il tarixdə Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) ünvanladığı məktubunda hazırda hər iki tərəfdə saxlanılan şəxslərin dərhal azad edilməsi və gələcəkdə əsir-girov götürülən şəxslərin, eyni zamanda meyitlərin 3 gündən gec olmayaraq qaytarılması ilə bağlı saziş layihəsinin hazırlanmasını təklif edib. BQXK bu təklifin Ermənistan tərəfinə çatdırıldığını və saziş layihəsi üzərində müvafiq iş apardığını bildirib.

Bununla yanaşı, Dövlət Komissiyası Dağlıq Qarabağ münaqişəsi bölgəsində itkin düşmüş şəxslərin axtarışı, əsir-girovların azad edilməsi üzrə Beynəlxalq İşçi qrupu (BİQ) ilə 2017-ci və 2018-ci illərdə Bakıda keçirdiyi görüşlər zamanı tərəflərdə saxlanılan şəxslərin qısa müddətdə “hamının-hamıya” prinsipi ilə azad edilməsi məsələsini müzakirə edib. Bu təklif son iki ildə Ermənistana və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər etmiş BİQ həmsədrləri – Bernhard Klazen (Almaniya), Svetlana Qannuşkina (Rusiya) və Paata Zakeriaşvili (Gürcüstan) tərəfindən Ermənistanın müvafiq qurumlarına çatdırılaraq müzakirə edilib.

Son dəfə cari ilin oktyabr ayında Ermənistana və işğal olunmuş Dağlıq Qarabağa səfər edən BİQ həmsədrləri Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu ilə telefon əlaqəsi saxlayaraq, bu ilin noyabr ayının sonunda Gürcüstanın Tbilisi şəhərində hər iki ölkənin Dövlət Komissiyalarının görüşünün keçirilməsini planlaşdırdıqlarını və müzakirəyə çıxarılacaq mövzuları razılaşdırmaq istədiklərini bildiriblər.

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası müzakirəyə çıxarılacaq əsas məsələnin hazırda tərəflərdə saxlanılan şəxslərin qısa müddətdə “hamının-hamıya” prinsipi ilə azad edilməsi mövzusu olacağı təqdirdə, Azərbaycan tərəfinin görüşə hazır olduğunu BİQ həmsədrlərinin diqqətinə çatdırıb.

Bundan əvvəl Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyətinin 25 illiyinə həsr olunmuş iclasda Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Mədət Quliyev komissiya üzvlərinə tapşırıqlar verib.

Azərbaycanlı girovların azadlığa buraxılması ilə bağlı beynəlxalq təşkilatlarda iş aparan hüquq müdafiəçisi Əhməd Şahidov REAL Televiziyasına açıqlamasında Ermənistanın müdafiə naziri David Tonoyanın açıqlamasını məsuliyyətdən yayınmaq cəhdi kimi dəyərləndirib və Ermənistan tərəfinin girovların dəyişdirilməsi prosesinə gec də olsa, razılıq verdiyini deyib. Hələ bir-neçə il bundan əvvəl Azərbaycan tərəfinin ən müxtəlif səviyyələrdə girovların dəyişdirilməsi məsələsini qaldırdığını deyən Əhməd Şahidov Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının bu məsələ ilə bağlı bir-neçə dəfə çağırış etdiyini, o cümlədən Xarici İşlər Nazirliyi və vətəndaş cəmiyyətinin də bu məsələni dəfələrlə qaldırdığını deyib: “Son aylara qədər Ermənistan tərəfi bu təklifə müsbət cavab vermirdi. Lakin ötən illər ərzində cəbhədə situasiya xeyli dəyişib. 2014-cü ildə Arsen Baqdasaryan, 2017-ci ildə Zaven Karapetyan və bu ilin İyul ayında Karen Kazaryan təmas xəttində təxribata cəhd edərkən Azərbaycan silahlı qüvvələri tərəfindn saxlanılıb. Bundan sonra Ermənistan tərəfi girovlarla bağlı ritorikasını dəyişməyə məcbur olub. David Tonoyanın da son açıqlamasını məhz bucür qiymətləndirmək lazımdır.”

Bu ilin Noyabr ayının sonlarında Gürcüstanın Tbilisi şəhərində Ermənistan və Azərbaycan tərəfinin müvafiq qurumlarının görüşə biləcəyini deyən hüquq müdafiəçisi azərbaycanlı girovların bu ilin sonuna qədər azadlığa buraxılacağına inandığını deyib: “Azərbaycan tərəfi əsir-girovların “hamının-hamıya” prinsipi ilə dəyişdirilməsini ilkin şərt olaraq, irəli sürüb. İnanıram ki, Tbilisi şəhərində baş tutacaq görüşdə əsir-girovların dəyişdirilməsi ilə bağlı razılıq əldə olunacaq və azərbaycanlı girovlar bu ilin sonuna qədər azadlığa buraxılacaqlar”.

Xəbərlər

Avropa Parlamenti azərbaycanlı girovlarla bağlı məsələyə hər zaman biganə yanaşıb – Əhməd Şahidov Avropa Parlamenti azərbaycanlı girovlarla bağlı məsələyə hər zaman biganə yanaşıb – Əhməd Şahidov “Beynəlxalq Qızıl Xaç Komitəsinin Dilqəm Əsgərovla bağlı açıqlaması bizi qane etmir” – Əhməd Şahidov “Beynəlxalq Qızıl Xaç Komitəsinin Dilqəm Əsgərovla bağlı açıqlaması bizi qane etmir” – Əhməd Şahidov Azərbaycanlı girovlarla bağlı Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarına müraciət olundu Azərbaycanlı girovlarla bağlı Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarına müraciət olundu Əhməd Şahidov Həmrəylik Günü və Yeni İl münasibəti ilə Qax camaatını təbrik edib Əhməd Şahidov Həmrəylik Günü və Yeni İl münasibəti ilə Qax camaatını təbrik edib Əhməd Şahidov Türkiyənin “Ulusal Kanal” Televiziyasında azərbaycanlı əsir və girovlardan danışıb Əhməd Şahidov Türkiyənin “Ulusal Kanal” Televiziyasında azərbaycanlı əsir və girovlardan danışıb “BMT-nin itkin düşmüş şəxslərlə bağlı qəbul etdiyi qətnamənin böyük əhəmiyyəti var” – Əhməd Şahidov “BMT-nin itkin düşmüş şəxslərlə bağlı qəbul etdiyi qətnamənin böyük əhəmiyyəti var” – Əhməd Şahidov Erməni diversant Karen Kazaryan üzərində məhkəmə prosesi davam etdirilib | REAL Televiziyası Erməni diversant Karen Kazaryan üzərində məhkəmə prosesi davam etdirilib | REAL Televiziyası Əhməd Şahidov əsir və girovlarla bağlı beynəlxalq təşkilatlara müraciət etdi – 10 Dekabr Beynəlxalq İnsan Haqları Günü mesajı Əhməd Şahidov əsir və girovlarla bağlı beynəlxalq təşkilatlara müraciət etdi – 10 Dekabr Beynəlxalq İnsan Haqları Günü mesajı “Əsir və girovlar yalnız “hamının hamıya” prinsipi ilə dəyişdirilə bilər” – Azərbaycanın mövqeyi dəyişmir “Əsir və girovlar yalnız “hamının hamıya” prinsipi ilə dəyişdirilə bilər” – Azərbaycanın mövqeyi dəyişmir Azərbaycanlı əsir və girovlarla bağlı məlumat mərkəzi fəaliyyətə başlayıb Azərbaycanlı əsir və girovlarla bağlı məlumat mərkəzi fəaliyyətə başlayıb “Erməni diversant Karen Kazaryan üzərində məhkəmə prosesi tam şəffaf şəkildə aparılır” – Əhməd Şahidov “Erməni diversant Karen Kazaryan üzərində məhkəmə prosesi tam şəffaf şəkildə aparılır” – Əhməd Şahidov “Ermənistan əsir və girovların dəyişdirilməsi məsələsində qərarsız qalıb” – Əhməd Şahidov REAL Televiziyasına danışıb “Ermənistan əsir və girovların dəyişdirilməsi məsələsində qərarsız qalıb” – Əhməd Şahidov REAL Televiziyasına danışıb “Ermənistan hakimiyyətinə beynəlxalq təzyiqlər bir qədər də artırılacaq” – Əhməd Şahidov “Ermənistan hakimiyyətinə beynəlxalq təzyiqlər bir qədər də artırılacaq” – Əhməd Şahidov Qax rayonunda gürcü və azərbaycanlıların vəhdət rəmzi olan Kürmükoba bayramı qeyd olunub Qax rayonunda gürcü və azərbaycanlıların vəhdət rəmzi olan Kürmükoba bayramı qeyd olunub Azad Azərbaycan Televiziyasının “ATV Aktual” verilişində əsir və girovların dəyişdirilməsi məsələsi müzakirə olunub Azad Azərbaycan Televiziyasının “ATV Aktual” verilişində əsir və girovların dəyişdirilməsi məsələsi müzakirə olunub