“Zaqatala aeroportunun açılışı şimal-qərb regionunun inkişafına böyük təkan verəcək” – Əhməd Şahidov video müraciət yayıb

Ana Sayfa » Qax rayonu » “Zaqatala aeroportunun açılışı şimal-qərb regionunun inkişafına böyük təkan verəcək” – Əhməd Şahidov video müraciət yayıb

Əslən Qax rayonundan olan hüquq müdafiəçisi, Qax camaatının böyük rəğbətini qazanmış Əhməd Şahidov ötən gün Qax rayonunda səfərdə olarkən, növbəti video müraciət edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Qax rayonuna son səfəri barədə məlumat verən hüquq müdafiəçisi bu səfəri Qax rayonu və ümumiyyətlə şimal-qərb regionu üçün çox əhəmiyyətli adlandırıb.

Belə ki, səfər çərçivəsində Prezident İlham Əliyev Qax Damazlıq İpəkçilik Stansiyasının açılışında iştirak edib, Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun açılışını edib, Qax Aqroparkının açılışında iştirak edib və Qax şəhərində “Yurd Hotel” mehmanxanasının açılışını həyata keçirib.

Prezident İlham Əliyevin Qaxa bu dəfəki səfəri zamanı imzaladığı bir-neçə mühüm Sərəncamlar barədə məlumat verən Əhməd Şahidov Qax sakinləri adından ölkə başçısına dərin təşəkkürünü bildirib. Hüquq müdafiəçisi məlumat verib ki, ölkə başçısı Qax rayonunun Əlibəyli kəndində yeni ümumtəhsil məktəb binasının tikintisi ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, 216 şagird üçün nəzərdə tutulan yeni ümumtəhsil məktəb binasının tikintisi üçün Prezidentin ehtiyat fondundan ilkin olaraq 1 milyon manat ayrılıb. Bundan başqa, Prezident İlham Əliyev Qax şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı növbəti mühüm bir Sərəncam imzalayıb. Sərəncama əsasən, Qax şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Prezidentin ehtiyat fondundan 3 milyon manat ayrılıb.

Qax rayonunda və ümumiyyətlə şimal-qərb regionunda yolların əsaslı təmir olunmasını xüsusi qiymətləndirən Əhməd Şahidov özünün və bütün Qaxlıların arzusunu da səsləndirib. Hüquq müdafiəçisi bildirib ki, Zaqatala Beynəlxalq Hava Limanının yenidən öz fəaliyyətini bərpa etməsi regionun inkişafına böyük təkan verəcək. Zaqatala aeroportunun işə başlaması Azərbaycan üçün bir çox baxımdan faydalı olacaq. Avropanın və dünyanın aparıcı lou-kost, yəni ekonom avia şirkətləri Zaqatala Beynəlxalq Hava Limanından uçuşlar həyata keçirsə, bu, Azərbaycan üçün çox böyük faydalar gətirəcək.

Bu, həm də “Made in Azerbaijan” brendinin dünyada daha geniş tanınmasına səbəb olacaq. Bütün sahələrdə Azərbaycana inanılmaz faydalı olacaq bu projenin yaxın zamanlarda işə düşəcəyini arzuladığını deyən Əhməd Şahidov ölkə başçısının şimal-qərb regionuna növbəti səfərində məhz Zaqatala Beynəlxalq Hava Limanının açılışını edəcəyinə inamını ifadə edib.

Xəbərlər

Avropa Parlamenti azərbaycanlı girovlarla bağlı məsələyə hər zaman biganə yanaşıb – Əhməd Şahidov Avropa Parlamenti azərbaycanlı girovlarla bağlı məsələyə hər zaman biganə yanaşıb – Əhməd Şahidov “Beynəlxalq Qızıl Xaç Komitəsinin Dilqəm Əsgərovla bağlı açıqlaması bizi qane etmir” – Əhməd Şahidov “Beynəlxalq Qızıl Xaç Komitəsinin Dilqəm Əsgərovla bağlı açıqlaması bizi qane etmir” – Əhməd Şahidov Azərbaycanlı girovlarla bağlı Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarına müraciət olundu Azərbaycanlı girovlarla bağlı Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarına müraciət olundu Əhməd Şahidov Həmrəylik Günü və Yeni İl münasibəti ilə Qax camaatını təbrik edib Əhməd Şahidov Həmrəylik Günü və Yeni İl münasibəti ilə Qax camaatını təbrik edib Əhməd Şahidov Türkiyənin “Ulusal Kanal” Televiziyasında azərbaycanlı əsir və girovlardan danışıb Əhməd Şahidov Türkiyənin “Ulusal Kanal” Televiziyasında azərbaycanlı əsir və girovlardan danışıb “BMT-nin itkin düşmüş şəxslərlə bağlı qəbul etdiyi qətnamənin böyük əhəmiyyəti var” – Əhməd Şahidov “BMT-nin itkin düşmüş şəxslərlə bağlı qəbul etdiyi qətnamənin böyük əhəmiyyəti var” – Əhməd Şahidov Erməni diversant Karen Kazaryan üzərində məhkəmə prosesi davam etdirilib | REAL Televiziyası Erməni diversant Karen Kazaryan üzərində məhkəmə prosesi davam etdirilib | REAL Televiziyası Əhməd Şahidov əsir və girovlarla bağlı beynəlxalq təşkilatlara müraciət etdi – 10 Dekabr Beynəlxalq İnsan Haqları Günü mesajı Əhməd Şahidov əsir və girovlarla bağlı beynəlxalq təşkilatlara müraciət etdi – 10 Dekabr Beynəlxalq İnsan Haqları Günü mesajı “Əsir və girovlar yalnız “hamının hamıya” prinsipi ilə dəyişdirilə bilər” – Azərbaycanın mövqeyi dəyişmir “Əsir və girovlar yalnız “hamının hamıya” prinsipi ilə dəyişdirilə bilər” – Azərbaycanın mövqeyi dəyişmir Azərbaycanlı əsir və girovlarla bağlı məlumat mərkəzi fəaliyyətə başlayıb Azərbaycanlı əsir və girovlarla bağlı məlumat mərkəzi fəaliyyətə başlayıb “Erməni diversant Karen Kazaryan üzərində məhkəmə prosesi tam şəffaf şəkildə aparılır” – Əhməd Şahidov “Erməni diversant Karen Kazaryan üzərində məhkəmə prosesi tam şəffaf şəkildə aparılır” – Əhməd Şahidov “Ermənistan əsir və girovların dəyişdirilməsi məsələsində qərarsız qalıb” – Əhməd Şahidov REAL Televiziyasına danışıb “Ermənistan əsir və girovların dəyişdirilməsi məsələsində qərarsız qalıb” – Əhməd Şahidov REAL Televiziyasına danışıb “Ermənistan hakimiyyətinə beynəlxalq təzyiqlər bir qədər də artırılacaq” – Əhməd Şahidov “Ermənistan hakimiyyətinə beynəlxalq təzyiqlər bir qədər də artırılacaq” – Əhməd Şahidov Qax rayonunda gürcü və azərbaycanlıların vəhdət rəmzi olan Kürmükoba bayramı qeyd olunub Qax rayonunda gürcü və azərbaycanlıların vəhdət rəmzi olan Kürmükoba bayramı qeyd olunub Azad Azərbaycan Televiziyasının “ATV Aktual” verilişində əsir və girovların dəyişdirilməsi məsələsi müzakirə olunub Azad Azərbaycan Televiziyasının “ATV Aktual” verilişində əsir və girovların dəyişdirilməsi məsələsi müzakirə olunub