Əhməd Şahidov Şimali Kipr Türk Cümhuriyyətinin Londondakı səfirliyini ziyarət edib

Böyük Britaniyada işgüzar səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov bugün Şimali Kipr Türk Cümhuriyyətinin Londondakı səfirliyini ziyarət edib. ŞKTC-nin Böyük Britaniyadakı fövqəladə və səlahiyyətli səfiri xanım Oya Tuncalı ilə görüşən hüquq müdafiəçisi Azərbaycan və Şimali Kipr münasibətlərindən söz açıb, beynəlxalq təşkilatlarda hər iki ölkənin milli maraqlarının qorunması istiqamətindəki fəaliyyətindən danışıb. Şimali Kipr ilə çox yaxın münasibətlərinin olduğunu diqqətə çatdıran ADİHİ rəhbəri Əhməd Şahidov Kipr Türklərinin hüquqlarının qorunması istiqamətində bundan sonra da fəaliyyətini davam etdirəcəyini bildirib.

Əhməd Şahidovu Londonda salamlamaqdan məmnunluğunu ifadə edən səfir Oya Tuncalı Böyük Britaniyada 300 mindən çox Kipr Türkünün yaşadığını və Birləşmiş Krallığını Kiprin tarixində və siyasətində mühüm rol oynadığını bildirib. ŞKTC-nin tanınması istiqamətində fəaliyyətlərin davam etdirildiyini diqqətə çatdıran xanım Oya Tuncalı Azərbaycanın da bu məsələdə həssas olduğunu deyib.

Bu yazını Facebookda şərh et