100 yaşlı Azərbaycan – ilk, mübariz və qüdrətli məmləkət!

100 yaşlı Azərbaycan – ilk, mübariz və qüdrətli məmləkət!

Ana Sayfa » Yazılar » 100 yaşlı Azərbaycan – ilk, mübariz və qüdrətli məmləkət!

bayraq1918-ci ildə M.Ə.Rəsulzadənin qurduğu Azərbaycan 1993-cü ildə Heydər Əliyevin sayəsində məhv olmaqdan qurtuldu və İlham Əliyevin rəhbərliyi ilə 2018-ci ildə qüdrətli bir məmləkətə çevriləcək
Mən bir azərbaycanlıyam, Azərbaycan Türküyəm və bununla da hər zaman fəxrlə danışmışam. Vətəndaşı olduğum Azərbaycan Respublikası qədim tarixə, zəngin mədəniyyətə və adət-ənənələrə sahib olsa da, bir yetkin demokratik və müasir dövlət olaraq, tarix səhnəsinə çıxması XX əsrin əvvəllərində mümkün oldu.
Azərbaycan Demokratik Respublikasının yaranma tarixi də maraqlı dövrə təsadüf edib. Rusiya imperiyasının dağılması ilə milli ucqarlarda, o cümlədən Azərbaycanda da azadlıq mübarizəsi güclənmişdi. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Müstəqilliyi Tiflis şəhərində elan olunmuş Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı qədim Gəncə şəhəri olmuşdu. Çünki, o zaman Bakıda Moskvanın iradəsi ilə yaradılmış Bakı Xalq Komissarları Soveti (BXKS) – Bakı Kommunası hökmranlıq edirdi. Onun əsas özəyini daşnakpərəst bolşeviklər təşkil edirdi. Erməni faşistlərinin Azərbaycana qarşı iddiaları hələ o zaman da açıq şəkildə hiss edilməkdə idi. Bakı Kommunasının süqutundan sonra Bakıda ağalıq menşevik və eserlərin Mərkəzi Xəzər diktaturasının əlinə keçmişdi.
1918-ci il sentyabrın 15-də Bakı Türkiyə və Xalq Cümhuriyyəti qoşunları tərəfindən azad edildi. Sentyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyətinin Bakı dövrü başladı. Xalq Cümhuriyyəti bütün Azərbaycan ərazisində bərqərar oldu. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərmişdi. Buna baxmayaraq o, istiqlal naminə əsrə bərabər iş görmüşdü.
Əvvəla, Azərbaycanda çox sivil Avropa nümunəvi dövlət idarəçiliyi yaranmışdı. Azərbaycanı Milli Məclis (Parlament) tərəfindən təşkil olunan və onun qarşısında məsul olan hökumət kabinəsi idarə edirdi. Deməli, Azərbaycan Xalq Cümhuriyyəti parlament respublikası idi.
Müstəqillik elan olunandan 1918-ci il iyunun 18-nə kimi parlament rolunu hələ 1918-ci il mayın 27-də yaradılmış Müvəqqəti Milli Şura icra etmişdi. Onun sədri Məmməd Əmin Rəsulzadə seçilmişdi. İlk parlament 1918-ci il dekabrın 7-də çağırılmışdı. Onun sədri
Ə.M.Topçubaşov müavini H.B.Ağayev və katibi Rəhim Vəkilov seçilmişdi.

resulzade

Xalq Cümhuriyyətinin xarici siyasətində Müstəqil Azərbaycanı dünya birliyinin bərabərhüquqlu üzvünə çevirmək, iri dövlətlər tərəfindən onun tanınmasını təmin etmək missiyası çox mühüm yer tuturdu. Azərbaycan Parlamenti qalib dövlətlərin Paris Konfransında iştirak etmək üçün başda görkəmli diplomat Ə.M.Topçubaşov olmaqla nümayəndəlik təsdiq etmişdi. 1919-cu ilin yanvarında İstanbula yola düşən nümayəndə heyəti həmin il may ayının ortalarında Parisə gəlib çıxdı.
Nümayəndə heyətinin, xüsusən də Ə.M.Topçubaşovun diplomatik səyləri sayəsində 1920-ci il yanvarın 11-də Azərbaycan Xalq Cümhuriyyəti müttəfiq dövlətlər tərəfindən de-fakto tanındı. O, dünya birliyinin bərabərhüquqlu üzvünə çevrildi.
Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun çəkmədi. 1920-ci ilin əvvəllərində onun beynəlxalq və daxili vəziyyətində, ictimai-siyasi həyatında böhran meylləri daha da dərinləşdi.
Xarici və daxili təzyiqlər də hökumətin vəziyyətini gərginləşdirirdi. Cümhuriyyət qonşu Ermənistanla müharibə vəziyyətində idi. Sovet Rusiyası da imperiya ambisiyasından əl çəkmirdi. Hər zaman Azərbaycanı işğal etməyə hazır idi. Sovet hökumətinin başçısı Lenin 1920-ci il martın 17-də Qafqaz cəbhəsi hərbi inqilab Şurası üzvləri N.Q.Smilqaya və Q.K.Orconikidzeyə göndərdiyi teleqramda «Azərbaycanı tutmaq bizə son dərəcə zəruridir. Bütün səylərinizi buna yönəldin» tapşırığını vermişdi. Mudros sazişindən sonra Azərbaycan dost Türkiyənin də bilavasitə yardımından məhrum olmuşdu.
Partiya və hökumətdaxili fikir ayrılıqları və çəkişmələri də ictimai-siyasi durumu ağırlaşdırırdı. Üstəlik ölkədə iqtisadi və maliyyə çətinlikləri də var idi.
Daxildə sosial-siyasi böhranın dərinləşməsinə bolşevik və bolşevikpərəst qüvvələrin birləşərək hökumətə qarşı çıxması da ciddi mənfi təsir göstərirdi. Siyasi böhranın dərinləşməsi AXC-nin N.Yusifbəyli tərəfindən hələ 1919-cu ilin dekabrında təşkil etdiyi hökumət kabinəsinin 1920-ci il aprelin əvvəlində istefa verməsi ilə nəticələndi. Yeni hökumətin təşkili iqtidarla müxalifət arasında bitərəf mövqedə duran müsavatçı M.H.Hacınskiyə tapşırıldı. Lakin o, çox cəhdlər göstərsə də, yeni hökuməti təşkil edə bilmədi.
Belə şəraitdə Rusiya təhlükəsi getdikcə artırdı. Artıq Moskva, bolşeviklər gənc Azərbaycan Xalq Cümhuriyyətini yıxmaq, Bakını zəbt etmək barədə konkret tədbirlər görürdülər. Onlar Azərbaycanı işğal etmək məqsədini güdürdülər.
Bolşeviklərin silahlı dəstələri aprelin 27-də səhər sübhdən həm Bakı şəhəri daxilində, həm də onun ətraflarında ən mühüm obyektləri ələ keçirməyə başlamışdılar. XI Qırmızı Ordu hissələri də 1920-ci il aprelin 27-də saat birə beş dəqiqə işləmiş Azərbaycan ərazisinə daxil olmuşdular. Onlar axşam saat 21-də Biləcəri stansiyasında idilər. Başqa yol qalmadığından Parlament 1920-ci il aprelin 27-də gecə müəyyən şərtlərlə hakimiyyətin bolşeviklərə verilməsi barədə qərar qəbul etdi. M.Ə.Rəsulzadənin qeyd etdiyi kimi o, «öz edamına özü qol çəkdi». Bununla da, Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Azərbaycan yenidən Rusiya tərəfindən, o zamankı Sovet Rusiyası tərəfindən işğal olundu.
Uğursuzluğuna baxmayaraq, cəmi 23 ay fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti tariximizin çox yadda qalan, unudulmaz mərhələsidir. O, istiqlalımızın ən şanlı səhifələrindəndir. Elə səhifələr ki, onlarda Azərbaycan xalqının əzəli arzuları, müstəmləkəçiliyə, əsarətə qarşı, azadlıq, müstəqillik və milli birlik uğrunda şanlı mübarizə uğurları, dönməzliyi əks olunmuşdu.
Azərbaycan tarixində birinci Respublika olan Xalq Cümhuriyyəti Şərqdə, müsəlman və Türk dünyasında ilk demokratik siyasi qurum idi. O, Azərbaycan xalqı üçün daim cücərən ənənə bəxş etmişdi. İ.Stalinin «bu bir il yarımlıq hakimiyyətiniz ərzində xalqa nə verə bildiniz?» sualına cavabında M.Ə.Rəsulzadə demişdi: «çox şey verə bilmədik… Amma milli azadlığın nə olduğunu başa saldıq. Azca da olsa, milli istiqlal dadızdırdıq. Yüz illik əsarət dərsi ilə iki illik hürriyyət qovğası bizi özümüzə tanıtdı. Bir kərə yüksələn bayraq bir daha enməz!»
1920-ci ildə dövlət müstəqilliyini itirən və Sovet imperiyasının tərkibinə zorla daxil etdirilən Azərbaycanın qara günləri də bundan sonra başladı. Azərbaycan xalqının bütün sahələrdə sərvətləri talan edildi, məhv edildi – yeraltı və yerüstü sərvətləri sovrularaq, Moskvaya daşındı, xalqın dəyərli ziyalıları sürgünə məruz qaldılar, hakim rejimə qarşı çıxanlar 7 dəqiqəlik qanunsuz məhkəmələrin çıxardığı qərarlarla güllələndilər, Azərbaycan Türklərinin dili, dini, mədəniyyəti saxtalaşdırılaraq, yenidən “yazılmağa” başlandı. Azərbaycan xalqı çox çətin, amansız şərtlər altında öz mövcudluğunu sürdürmək məcburiyyətində idi.
70 il Sovet hakimiyyəti altında inləyən Azərbaycanın tarixi torpaqları da zorla əlindən alınmış, tarixən rusların nökəri olan ermənilərə pay verilmişdi. Amma hər qaranlıq gecənin bir işıqlı səhəri varmış və Azərbaycan xalqı artıq bir əsrə bərabər müstəmləkə həyatına dözmək fikrində deyildi. Xalqın səbr kasası 1988-ci ildən başlayaraq, daşmağa başlayırdı. Azərbaycanın dədə-baba torpaqları olan Dağlıq Qarabağa köçürülmüş ermənilərin artıq yerli azərbaycanlılara qarşı düşmənçilik etməsi, onları zor gücünə həmin torpaqlardan çıxartmaq istəyi qanlı toqquşmalara səbəb oldu. Əslində, buna toqquşma da demək olmazdı, erməni silahlı birləşmələri azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti yürüdür, Ermənistan dövləti də buna açıq dəstək verirdi. Artıq faktiki müharibə şəraitində olan regionda qeyri-bərabər hərbi əməliyyatlar keçirilirdi. Dağılmaqda olan Sovet İmperiyasının varisi Rusiya itirilmiş mövqelərini möhkəmləndirmək üçün hər cür yola əl atır və separatçı hərəkətləri ilə yeni-yeni köhnə torpaqları işğal etməyə çalışırdı. Dağlıq Qarabağda hərbi münaqişəni qızışdırmaqla həm də qonşu Azərbaycanı nəzarətdə saxlamağa çalışan Rusiyanın ermənilərə hərbi yardımları təkcə silah-sursat cəhətdən deyil, canlı qüvvə baxımından da özünü göstərirdi. Dağlıq Qarabağda azərbaycanlılara qarşı soyqırım hərəkətləri edənlər arasında rus hərbçilərinin də olması bir fakt idi. Bunu sübut etmək üçün təkcə 1992-ci ilin Fevral ayının 26-da Azərbaycanın Xocalı şəhərində bir gecədə törədilmiş soyqırım hadisəsini göstərmək olar. Həmin gecə Rusiyanın 366-cı moto atıcı alayının iştirakı ilə 616 nəfər azərbaycanlı qətlə yetirildi, yüzlərlə insan əsir və itkin düşdü, bir o qədər də azərbaycanlı yaralandı. Xocalının itirilməsi ilə cəbhədəki qüvvələr balansı bir qədər də kəskinləşdi və Rusiyanın yaxından iştirakı ilə Azərbaycan torpaqları bir-birinin ardınca işğal edildi, 30 mindən çox azərbaycanlı bu müharibədə həlak oldu, bir milyondan çox insan dədə-baba torpaqlarından qaçqın düşdü.

heyder_eliyev

Müharibədə ciddi itkilərə məruz qalan Azərbaycan 1991-ci ilin 18 Oktyabr tarixində əldə etdiyi dövlət müstəqilliyini yenidən itirmək və imperialist güclərin təsiri altına düşmək təhlükəsi ilə üz-üzə dayanmışdı. Azərbaycanı yenidən parçalamaq istəyən Rusiya bir tərəfdən, İran da digər tərəfdən fürsət gözləyirdilər. Tamamilə məhv olmaq təhlükəsi ilə üzləşən Azərbaycan xalqı kömək üçün özünün qəhrəman oğlu, uzun illər ərzində Azərbaycana rəhbərlik etmiş bir dövlət xadiminə – Heydər Əliyevə müraciət etdi. Sovet İmperiyasının imperialist siyasətinə qarşı çıxdığına görə son illər vəzifədən kənarlaşdırılmış Heydər Əliyev mənsub olduğu xalqın səsinə səs verdi və yenidən Azərbaycana qayıtdı. 1993-cü ildə ikinci dəfə Azərbaycana gələn və Prezident seçilən Heydər Əliyevin bu dəfəki gəlişi bir xilas missiyası daşıyırdı. Azərbaycan onun gəlişinə böyük ümidlər bəsləyir və düşdüyü bu ağır vəziyyətdən çıxış yolu kimi Heydər Əliyevin ətrafında sıx birləşməkdə görürdü. Məhz Heydər Əliyevin xalqla birgə, xalqa sığınıb Azərbaycanı uçurumdan xilas etmək cəhdləri öz müsbət nəticəsini verdi. İlk zamanlar bu sülhsevər cəhdlərə mane olacaq, vətəndaş qarşıdurmasına səbəb olacaq təxribatlar olsa da, Heydər Əliyev özünün uzaqgörən siyasəti nəticəsində bütün təhlükələri dəf etməyi başardı və Azərbaycanın dövlət müstəqilliyini, suverenliyini qoruyub saxlaya bildi. Heydər Əliyevin gəlişi ilə cəbhə bölgəsində də atəşkəs elan olundu və Azərbaycan özünün inkişaf strategiyasını ortaya qoydu. Zəngin yeraltı və yerüstü sərvətlərə malik Azərbaycan ilk növbədə özünün iqtisadiyyatını dirçəltdi, əhalinin sosial rifahı qaldırıldı, ölkə sənayesi inkişaf etdirildi, ölkədə sabitlik və firavanlıq bərqərar edildi. Bütün bunlarla yanaşı, Azərbaycan öz ordusunu, öz əsgərini də gücləndirdi.
2003-cü ilə qədər davam edən bu siyasəti həmin ildən İlham Əliyev davam etdirməyə başladı. Artıq 10 ildir ki, uğurla davam etdirilən həmin siyasət nəticəsində Azərbaycan Respublikası bugün nəinki regionda, hətta bütün dünyada inkişaf etmiş ölkələrdən birinə çevrilib. Bu gün Azərbaycan beynəlxalq maliyyə qurumlarının da donor ölkəsinə çevrilib. Azərbaycanın çox sabit maliyyə vəziyyəti imkan verir ki, öz maliyyə resurslarını hətta öz hüdudlarından kənara da yerləşdirə bilsin və beləliklə, ölkənin təsir imkanları da artır. Azərbaycan bölgədə aparıcı ölkədir. Bölgədə heç bir layihə, heç bir təşəbbüs Azərbaycanın razılığı olmadan həyata keçirilə bilməz. Azərbaycanın bölgədəki mövqeyi kifayət qədər güclüdür.
Azərbaycan dünya miqyasında da çox etibarlı tərəfdaş kimi tanınır. Azərbaycana dünyada böyük hörmət, böyük rəğbət var. Azərbaycanın müstəqil siyasəti dünya birliyi tərəfindən qəbul olunur və təqdir edilir. Əgər belə olmasaydı, dünya dövlətlərini birləşdirən ən böyük təşkilatın ən böyük qurumu olan Təhlükəsizlik Şurasına Azərbaycan üzv seçilə bilməzdi. Bu, Azərbaycanın tarixi qələbəsidir və bu qələbə müstəqilliyinin 20-ci ildönümünə təsadüf edib.
Bu gün Azərbaycan dünya miqyasında söz sahibidir. BMT Təhlükəsizlik Şurasından yuxarı beynəlxalq qurum yoxdur. Azərbaycan artıq növbəti ildir ki, bu qurumun üzvüdür, bu qurumda öz sözünü deyir, prinsipial mövqeyini ifadə edir. Azərbaycan bu qurumda beynəlxalq hüququ və ədaləti dəstəkləyir, müdafiə edir. Azərbaycan üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi əfsuslar ki, öz həllini tapmır. Bunun əsas səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir və vasitəçilərin bu məsələyə bir növ biganə münasibətidir. Baxmayaraq ki, kifayət qədər güclü bəyanatlar səslənib. Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçılarının məlum bəyanatı hamımızın yadındadır ki, status–kvo qəbuledilməzdir, status-kvo dəyişdirilməlidir. Ancaq əslində heç bir addım atılmır. Ermənistan, əlbəttə, maraqlıdır ki, bu vəziyyəti – nə hərb, nə sülh vəziyyətini nə qədər mümkündür saxlasın. Ancaq bu, Azərbaycan xalqını qane edə bilməz. Azərbaycan bütün imkanlardan istifadə edir və edəcək ki, danışıqlar prosesində tərəqqi, inkişaf olsun və məsələ tezliklə həll edilsin, Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin. Ancaq əlbəttə ki, bu məsələnin həlli istiqamətində atılan bütün addımlar beynəlxalq hüquq normalarına əsaslanmalıdır. Bundan kənarda heç bir addım atıla bilməz. Beynəlxalq hüquq normaları, beynəlxalq təşkilatların qərar və qətnamələri diktə edir ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü qeyd-şərtsiz bərpa edilməlidir. Azərbaycan bütün imkanlardan istifadə edərək ordu quruculuğu prosesində, diplomatik sahədə atılan addımlar, iqtisadi məsələlər və digər regional təşəbbüslər sayəsində öz mövqeyini gücləndirir.
ilham_eliyevAzərbaycan ildən-ilə güclənir, Ermənistan isə ildən-ilə zəifləyir. Ermənistandan, onların statistik göstəricilərinə görə, ildə ən azı 100 min adam gedir, ölkəni tərk edir. Əlbəttə, əgər bu məsələyə tarixi cəhətdən yanaşsaq, heç kimdə şübhə olmaz ki, bu məsələ ədalətli həllini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Çünki inkişaf onu göstərir ki, bu məsələnin başqa həlli ola bilməz. Heç vaxt Azərbaycan bu vəziyyətlə barışmayacaq. Heç vaxt Azərbaycan öz torpaqlarında ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Erməni dövləti tarixi Azərbaycan torpaqlarında yaradılıb. İrəvan xanlığı, Zəngəzur, Göyçə – bütün bunlar Azərbaycanın tarixi torpaqlarıdır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən İrəvanı Ermənistana bağışlamaq da heç kimin yadından çıxmayıb. Yəni, bu, tarixi həqiqətdir. İkinci dəfə Azərbaycan torpağında qondarma erməni dövləti yaradıla bilməz. Bu, heç vaxt olmayacaq. Ancaq Azərbaycan çalışır və çalışacaq ki, tezliklə məsələni həll etsin. Məsələnin Azərbaycanın xeyrinə həll edilməsinə heç bir şübhə yoxdur. Sadəcə olaraq, nə vaxt və hansı yollarla?! Hələ ki, Azərbaycan diplomatik yollara üstünlük verir. Bununla bərabər, öz gücünü artırır. Ermənistanı bütün regional proqramlardan kənarda saxlayır. Onları bütün layihələrdən təcrid edib. Bu siyasət bundan sonra da davam edəcək. Azərbaycanla rəqabət aparmaq üçün onların nə imkanı, nə insan resursları, nə iradəsi, nə də gücü var. Azərbaycan bu gün güclü dövlətdir. Həm siyasi cəhətdən, həm iqtisadi cəhətdən, bütün cəhətlərdən. Azərbaycan öz gücünü göstərir və göstərəcək.

Ölkə başçısı İlham Əliyevin hər dəfə çıxışlarında səsləndirdiyi bu fikirlər bir gənc kimi bizi də sevindirir və çönüb tarixə baxdıqda, ötən o 100 ili səhifələdikdə, kəşməkəşli bir mübarizə tarixi canlanır gözlərimiz qarşısında. 2018-ci ildə Azərbaycanın bir dövlət olaraq, yaradılmasının 100 ili tamam olacaq. Bu 100 il ərzində ağrılı, acılı günlərlə yanaşı, xoşbəxt və firavan anlarımız da olub, var və yenə də olacaq. Əgər Azərbaycanın son 100 ildəki dövlətçilik tarixini xarakterizə etmək lazım gəlsə, 1918-ci ili ilk, 1993-cü ili mübarizə, 2018-ci ili isə xoşbəxt bir il adlandırardım. Çünki, 1918-ci ildə M.Ə.Rəsulzadənin qurduğu Azərbaycan 1993-cü ildə Heydər Əliyevin sayəsində məhv olmaqdan qurtuldu və İlham Əliyevin rəhbərliyi ilə 2018-ci ildə qüdrətli bir məmləkətə çevriləcək. Bunu çıxışlarının birində hazırkı ölkə başçısı İlham Əliyevin özü də təsdiq etmişdi. İlham Əliyev Azərbaycanın yaranmasının 100 illiyində, 2018-ci ildə ölkə vətəndaşlarının heç bir problem yaşamayacağı, bütün sosial-iqtisadi baryerlərin aşılacağını və Azərbaycanın xoşbəxt bir məmləkətə çevriləcəyini bildirib. İnşallah, o gün uzaqda deyil! Azərbaycan xalqı həqiqətən də buna layiqdir!

Əhməd Şahidov

 

 

Xəbərlər

Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb “Azərbaycan və Serbiya ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir” – Serbiya Parlamentinin vitse-spikeri ilə görüş “Azərbaycan və Serbiya ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir” – Serbiya Parlamentinin vitse-spikeri ilə görüş Əhməd Şahidov Serbiya Respublikasının Ombudsmanı cənab Zoran Paşaliç ilə görüşüb Əhməd Şahidov Serbiya Respublikasının Ombudsmanı cənab Zoran Paşaliç ilə görüşüb Əhməd Şahidov Bosniya və Herseqovinanın Ombudsmanı ilə görüşdə Azərbaycan həqiqətləri barədə danışıb Əhməd Şahidov Bosniya və Herseqovinanın Ombudsmanı ilə görüşdə Azərbaycan həqiqətləri barədə danışıb Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi ATƏT-in Vyana toplantısında gündəmə gətirilib Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi ATƏT-in Vyana toplantısında gündəmə gətirilib Əhməd Şahidov ATƏT-in Vyana toplantısında Avropanın təhlükəsizliyində azad medianın rolu barədə danışıb Əhməd Şahidov ATƏT-in Vyana toplantısında Avropanın təhlükəsizliyində azad medianın rolu barədə danışıb “İnsan hüquq və azadlıqları ölkələrin milli təhlükəsizliyini məhdudlaşdırmamalıdır” – Əhməd Şahidov ATƏT-in Vyana toplantısında çıxış edib “İnsan hüquq və azadlıqları ölkələrin milli təhlükəsizliyini məhdudlaşdırmamalıdır” – Əhməd Şahidov ATƏT-in Vyana toplantısında çıxış edib “Google və Facebook terrorizm və separatizm üçün əlverişli meydana çevrilib” – Əhməd Şahidov ATƏT-də internet təhlükəsizliyindən danışıb “Google və Facebook terrorizm və separatizm üçün əlverişli meydana çevrilib” – Əhməd Şahidov ATƏT-də internet təhlükəsizliyindən danışıb Macarıstan İşgəncələr Əleyhinə Fondu azərbaycanlı girovlarla bağlı araşdırmalara başlayır Macarıstan İşgəncələr Əleyhinə Fondu azərbaycanlı girovlarla bağlı araşdırmalara başlayır Əhməd Şahidov Budapeştdə Mərkəzi Avropa Universitetinin Siyasi Elmlər Mərkəzinin rəhbəri ilə görüşüb Əhməd Şahidov Budapeştdə Mərkəzi Avropa Universitetinin Siyasi Elmlər Mərkəzinin rəhbəri ilə görüşüb Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb