“RUSİYA AZƏRBAYCANIN ƏN STRATEJİ MÜTTƏFİQİDİR”

“RUSİYA AZƏRBAYCANIN ƏN STRATEJİ MÜTTƏFİQİDİR”

Ana Sayfa » Müsahibələr » “RUSİYA AZƏRBAYCANIN ƏN STRATEJİ MÜTTƏFİQİDİR”

Əhməd Şahidov: “Regionda güc sahibi olan Rusiya ilə hesablaşmaq lazımdır”
Son günlər regionda baş verən hadisələr, dünyada söz sahibi olan dövlətlər arasındakı söz savaşı, o cümlədən Cənubi Qafqazda maraqların toqquşması Azərbaycanın xarici siyasətindəki tərəflilik konturlarını bir daha qabartdı. Ölkədə fəaliyyət göstərən ictimai-siyasi təşkilatlar, partiyalar ölkəmizin xarici siyasəti ilə bağlı fərqli baxış sərgilədilər. Hətta bu günlərdə “Müsavat” partiyasının başqanı İsa Qəmbərin son çıxışında ölkədəki partiyaları müxtəlif xarici güclərə xidmət etməkdə suçlaması bu mövzunu bir daha gündəmə gətirdi. Məsələ ilə bağlı gəncliyin də mövqeyini öyrənməyə çalışdıq. Məsələ ilə bağlı suallarımızı Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının “Hüquq” fakültəsinin II kurs tələbəsi, Bakı Slavyan Universitetinin məzunu filologiya elmləri namizədi Əhməd Şahidova ünvanladıq:

Əhməd bəy, ilk sualımız bir qədər ənənəvidir. Sizcə, Azərbaycanın dostu kimdir, düşməni kim?

Çox maraqlı sualdır. Əslində Azərbaycanın rəsmi olaraq düşməni Ermənistandır. Türkiyə isə rəsmən qardaş və dost ölkədir. Bu iki ölkənin Azərbaycana qarşı olan münasibəti müzakirə predmeti ola bilməz məncə. Çünki, reallıq ortadadır. Ermənistan bizə ziyan vurmaq üçün bütün fəaliyyətini səfərbər edib. Türkiyə isə əksinə bizim maraqlarımıza zidd olan istənilən hərəkətdən çəkinir və hətta bu yolda özünün qazana biləcəklərini də itirə bilir bəzən. Digər ölkələrin Azərbaycana dost və ya düşmən olmasını söyləmək çətindir. Çünki, istənilən başqa dövlət öz milli maraqlarından çıxış edib ölkəmizə yanaşır və sanki Azərbaycandan istifadə edir.

Sizcə, başqalarının bizlərdən istifadə etməməsi üçün Azərbaycanın xarici siyasəti daha hansı istiqamətdə qurulmalıdır?

Bilirsiz, bu xarici siyasət çox qəliz məsələdir. Gərək bütün kiçik detalları nəzərə alasan və əsla hisslərə qapılmayasan. Masa üstündə olan maraqları isə tərəziyə qoyub, min dəfə ölçüb-biçdikdən sonra qərar verməlisən. Azərbaycan Cənubi Qafqazın inkişaf etmiş ölkələrindən sayılır. Bizim taleyimizə yazılmış qonşularımız var. Onlar arasında bizdən bu və ya digər şəkildə istifadə etməyə çalışan qüvvələr Rusiya və ya İran ola bilər. Biz özümüzü bir küncə qapayıb, heç kimin bizdən istifadə etməməsinə çalışmaqdansa, bizdən istifadə edən qüvvələrin özündən istifadə etsək, daha yaxşı olar ki, buna da beynəlxalq hüquq sistemində strateji partnyorluq deyirlər.

Sizcə, Azərbaycanın bugün strateji partnyorları kimlərdir?

Cənubi Qafqazda Azərbaycanın ən strateji partnyoru, təbii ki, Rusiyadır. Dünyada söz sahiblərindən biri olar Rusiya faktorunu nəzərə almamaq ölkəmiz üçün məqsədəuyğun olmazdı. Yəni, öz maraqlarımızı qorumaq üçün qonşularımızın da maraqlarını imkan daxilində nəzərə almaq lazımdır. Məsələn, Rusiyanın əsas marağında olan məsələ ABŞ-ın Cənubi Qafqazda güclənə bilməməsidir. Çox təbii və gözlənilən bir istəkdir. Axı biz nəyə görə, imperialist və işğalçı ABŞ-ın regiona gəlməsində vasitəçi olmalıyıq ki, sonradan əzəli qonşularımızla problemlərimiz yaşansın. Əslində, ABŞ-ın kiçik ölkələrə eksport etdiyi yalnız inqilablardır. İndiki şəraitdə isə inqilabla nəyisə dəyişmək qeyri-mümkündür. İnqilablar millətin hansısa kəsiyinə xoş olsa da, dövlətə zərbə vurur. Bunu ən azından Gürcüstanın timsalında görmək mümkündür.

Rusiya ilə Azərbaycanı hansı strateji partnyorluq əlaqələri bağlayır?

Əvvəlcə onu deyim ki, rus dili Azərbaycanda gündəlik danışıq dili kimi çox populyardır. Hal-hazırda əksər ali təhsil müəssisələrində rus dili bölmələri mövcuddur. Tarixi və mədəni baxımdan da iki ölkə arasında çoxlu əlaqələr mövcuddur. Rusiyada 3 milyona yaxın azərbaycanlı yaşayır ki, onlar da artıq Rusiyanın ictimai-siyasi həyatında böyük rol oynayırlar. İki ölkə arasındakı ticari əlaqələrin həcmi bütün bunlara son nöqtəni qoyur. Rusiyanın ölkəmizə eksport etdiyi yaşam tərzi, elm, təhsil, mədəniyyət, əhalinin sosial durumudur. Bütün bu faktorlar isə Azərbaycan üçün çox önəmlidir.

Daha öncə qeyd etdiniz ki, ABŞ-ın regiona gəlməsi Rusiyanın maraqlarında deyil. Sizcə, ABŞ Azərbaycana nə verə bilər bunun qarşılığında?

Bilirsiz, ABŞ ikişaf etmiş bir ölkədir, dünyada hegemonluğa can atmaqdadır. ABŞ-ın müsəlman və türklərə də münasibəti göz önündədir. Müsəlmanları işğal edir, türkləri isə əldə alət edib. İraq, Əfqanıstan, Pakistan kimi ölkələrin bu günə düşməsinin səbəbkarı da məhz ABŞ-dır. Hər il “Erməni genosidi” bayrağı altında manevrlər etmək isə ABŞ-ın adətinə çevrilib. ABŞ Azərbaycan kimi ölkələrdə millətin qürurunu sındırıb, beyinləri yuyub onları mənəvi cəhətdən məhv etmək və sonradan əsarətdə saxlamağa çalışır. Əslində, ABŞ-ı müəyyən nöqtəyə qədər yaxına buraxmaq və onun daha çox iqtisadi imkanlarından yararlanmaq gərəkdir.

Azərbaycanın xarici siyasətini necə görmək istərdiniz?

Azərbaycanın dövlət quruculuğu, idarəetmə üsulu əslində daha çox Rusiya modelidir. Bütün dövlət qurumlarında Rusiyanın təcrübəsindən yararlanmaqdadır. Amma çox istərdim ki, Azərbaycan öz xarici siyasətində tam müstəqil olsun. Hansısa hərəkəti edəndə ilk növbədə öz maraqlarını düşünməli və bu maraqlar çərçivəsində qonşuların da maraqlarını nəzərə almalıdır. Çünki, qonşuların maraqlarını nəzərə almadan milli maraqlara nail olmaq qeyri-mümkündür. Məncə, Rusiya ilə münasibətlərin daha da möhkəmləndirilməsi Azərbaycanın milli maraqlarının əsas tərkib hissəsidir. Milli maraqları təyin edərkən isə daha çox bugünkü reallığı düzgün qiymətləndirməli, millət və dini faktorları ikinci plana keçirməliyik. Bugün kimsə durub deyirsə, İslam qardaşlığı naminə Fələstinə yardım etməliyik, İsraili düşmən elan etməliyik. Bu, çox səhv bir addımdır. İsrailin dünyadakı gücünü və imkanlarını düzgün qiymətləndirib onun hərbi gücündən öz milli maraqlarımız naminə istifadə etməliyik. Qonşumuzun İran olmasına baxmayaraq, İsraillə dostluğu davam etdirməliyik. Çünki, İran bəzi məqamlarda bizim milli maraqlarımıza zidd hərəkət edir. Odur ki, regionda balanslı siyasəti davam etdirmək məcburiyyətindəyik.

Xəbərlər

Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb