“PRİZREN MƏSCİDLƏR ŞƏHƏRİDİR”

“PRİZREN MƏSCİDLƏR ŞƏHƏRİDİR”

Ana Sayfa » Xarici səfərlər » “PRİZREN MƏSCİDLƏR ŞƏHƏRİDİR”
prizrenƏhməd Şahidov: “Kosovonun Türkçülük episentri Prizren şəhəridir”
“Balkan gündəliyi” silsiləsindən ikinci yazı
Kosovo Respublikasının paytaxtı Priştina şəhərində çox qalmadıq. Elə axşamüstü olan kimi avtobusla Prizren şəhərinə yollandıq. Nə yaxşı ki, paytaxtda qalmadıq. Çünki, Prizren tamam başqa bir dünyadır. Dağların ətəyində yerləşən bu əsrarəngiz şəhərin özünəməxsus özəlliyi var idi. Düzdür, Prizrendə də müharibənin izlərini görmək olurdu.Dağıdılmış evlər, boş qalmış binalar, fabriklər burada da var idi. Amma bu şəhərin cəlbedici cəhəti burada daha çox türklərin yaşaması, İslamiyyətin burada daha qabarıq şəkildə hiss olunması idi. Prizren şəhəri Kosovonun mədəniyyət mərkəzi adlandırılır.

Ümumiyyətlə, “Prizren” sözü “böyük qala, qəsəbə” mənasını verən pri sözündən əmələ gəlmişdir. Roma İmperiyası dövründə şəhər Prisrend, Prisrena və s. adlanırdı, Osmanlı dövründən başlayaraq isə şəhər Pürzerin adlanmağa başladı. 1455-ci ildə rəsmi olaraq Osmanlı idarəçiliyinə keçən Prizren şəhərində indiyə qədər də Osmanlı mədəniyyətinə xas abidə və tikililər – qalalar, məscidlər, evlər və s. saxlanılmaqdadır. Prizren şəhəri son Kosovo savaşları zamanı bütün Kosovoya nisbətən ən az zərər yetirilmiş bir şəhərdir. Bugünümüzdə Prizren şəhərində albanlar, türklər, boşnaklar, rumlar, fandalar (katolik albanlar) yaşamaqdadırlar. Osmanlı dövründə Prizrendə Türk dili ən çox istifadə olunan mədəniyyət və ünsiyyət dili idi. Elə indi də şəhərin əksər əhalisi Türk dilində ünsiyyət qurmaqda çətinlik çəkmirlər.

Prizren şəhərində gəzintimiz Şadırvandan başladı. Şadırvan – Prizrenin mərkəz küçəsidir, burada çoxlu sayda restoran, kafe, bar, ticarət obyektləri fəaliyyət göstərir. Şadırvanın yuxarısında Prizren qalası yerləşir ki, ora da təqribən 15 dəqiqə piyada qalxmaq lazım gəlir. Düzdür, qalaya çıxana kimi tənginəfəs olsam da, qaladan Prizrenə baxanda gözümün önündə canlanan mənzərə bütün yorğunluğumu alıb apardı. Bütün şəhər ayaqlarımın altında idi. Şəhərin ortası ilə çay axırdı. Şadırvanın düz mərkəzində isə möhtəşəm Sinan Paşa Məscidi yerləşir. Bu məscid 1615-ci ildə Sinan Paşa tərəfindən inşa edilib. Ümumiyyətlə, Prizrendə İslamiyyətin, Türkçülüyün rəmzləri olan bir çox abidələr tapmaq olar. Onlardan Cümə məscidi, Bayraklı məscidi, Qazi Mehmet Paşa hamamı, Şemseddin Ahmet Bey hamamı, Maraş məscidi, Emin Paşa məscidi, Suzi Çelebi məscidi və s. Bununla yanaşı, az da olsa, Xristian dininə xas olan Aziz Spas kilsəsi, Aziz Arhencel Monastırı da mövcuddur.
Prizren şəhərinin əsas problemlərindən biri gənclərin işsizliyi, xarici missionerlər tərəfindən təsir altına düşməsi, müxtəlif təhlükəli təriqətlərə meyl etməsidir. Burada hal-hazırda İslam dininin daşıyıcıları da müxtəlif düşərgələrə bölünməkdədir. Türkiyənin vasitəsilə yaradılan məscidlər və onların ziyarətçiləri, İranın təsiri altında olan şiə məscidləri və son zamanlar sürətlə aktivləşən və Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşən radikal vəhhabi təriqətinin daşıyıcıları.
Prizren şəhəri çox kiçik olduğundan yalnız Şadırvan və onun ətrafındakı tikililər barədə informasiya verməklə kifayətlənməli oluram. Çünki, digər ərazilərdə adi evlər, dağıdılmış tikililərdən başqa heç nə gözə dəymirdi. Prizren şəhərində təqribən 4 gün qaldıq. Yaxın dostlarım – Dövlət İqtisad Universitetinin iki gənc alimi – Elşən Bağırzadə və Fariz Əhmədov ilə Prizren şəhərini xeyli gəzdik. Bütün Kosovo ərazisində olduğu kimi Prizren şəhərində də xeyli sayda NATO əsgərləri gözə dəyirdi. NATO-nun daxili dislokasiyasına əsasən Prizren şəhəri NATO tərkibində xidmət keçən alman əsgərlərinin nəzarətindədir. Bu şəhərdə rastlaşdığımız bütün hərbçilər məhz almanlar idi. Almanlara məxsus hərbi baza da müasir standartlara uyğun təşkil olunmuşdur. Şəhərdə hər hansı tədbir keçiriləndə, məktəblərdə məzun gecəsi təşkili zamanı və ya hansısa obyektin açılışında mütləq alman əsgərləri həmin tədbirin qonaqları sırasında yer alırlar. Bu, bir daha sübut edir ki, ölkədə hələ də söz sahibi yerli Kosovo rəhbərliyi deyil, məhz NATO qulluqçularıdır, dolayısıyla ABŞ və Avropadır.
Lakin şəhərdə türklərə sevgi və simpatiya xüsusilə nəzərə çarpmaqdadır. Bunun bir səbəbi də şəhərdə xeyli sayda türkün yaşaması, Türkiyə Cümhuriyyətinin Prizrendə xeyli sayda məktəb, məscid və digər obyektlər inşa etdirməsi, Prizren gənclərinin Türkiyənin müxtəlif universitetlərində pulsuz oxumasıdır. Yerli sakinlərin dediyinə görə, Prizren şəhərinə ilk dəfə olaraq Türk tankları daxil olarkən, yerli əhali sevinc dolu göz yaşları ilə tankların qarşısına çıxır, türk əsgərlərini sürəkli alqışlarla qarşılayırdılar. İndi də Prizrendə digər NATO əsgərlərinə nisbətən Türkiyə silahlı qüvvələrinin nümayəndələrinə ayrıca rəğbət dolu münasibət göstərilməkdədir. Yerli əhali bildirir ki, Kosovonu serblərin işğalından azad edərkən NATO çərçivəsində yalnız Türkiyənin qırıcı təyyarələri serblərə məxsus hərbi obyektləri dəqiqliklə nişan ala və məhv edə bilmişdi. Bunu təkcə yerli əhali deyil, NATO tərkibində qulluq edən ABŞ, Almaniya, İtaliya və Fransa hərbçiləri də təsdiq edirlər.
Kosovo öz müstəqilliyinə qovuşmasına baxmayaraq, hələ də onun dövlət müstəqilliyini təhdid edən və yerli əhalini bu müstəqilliyə zidd fəaliyyət göstərməyə çağırışlar edən qüvvələr mövcuddur. Belə ki, Prizren şəhərinin mərkəzi küçələrində bu məzmunlu plakat və afişalara rast gəlmək mümkün idi. Həmin plakatlarda keçmiş Yuqoslaviya Federativ Respublikası təsvir olunur, parçalanmış və müstəqilliyinə qovuşmuş respublikalardakı insanların yenidən birləşərək bütöv respublika olmaları uğrunda çağırışlar səslənirdi. Təbii ki, bucür aksiyalar indiki Serbiya Respublikasındakı qüvvələr tərəfindən maliyyələşir, lakin onu nəzərə almaq lazımdır ki, Yuqoslaviyanın bir daha birləşərək bir dövlət olması artıq xülyadan başqa bir şey deyil. Çünki, bu torpaqlarda müstəqillik uğrunda on minlərlə insan şəhid olub.
Prizren səfəri zamanı ən maraqlı və yadda qalan görüşümüz Mamuşa adlanan qəsəbədə oldu ki, bu barədə də növbəti yazımda geniş məlumat verəcəm. Sadəcə onu bildirim ki, Mamuşa qəsəbəsini həm də  Kosovonun Türkiyəsi və Türkçülüyün rəmzi adlandırırlar.
… davamı var…
Fəlsəfə doktoru Əhməd Şahidov
[flickr-gallery mode=”photoset” photoset=”72157624059915479″]

Xəbərlər

Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb “Azərbaycan və Serbiya ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir” – Serbiya Parlamentinin vitse-spikeri ilə görüş “Azərbaycan və Serbiya ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir” – Serbiya Parlamentinin vitse-spikeri ilə görüş Əhməd Şahidov Serbiya Respublikasının Ombudsmanı cənab Zoran Paşaliç ilə görüşüb Əhməd Şahidov Serbiya Respublikasının Ombudsmanı cənab Zoran Paşaliç ilə görüşüb Əhməd Şahidov Bosniya və Herseqovinanın Ombudsmanı ilə görüşdə Azərbaycan həqiqətləri barədə danışıb Əhməd Şahidov Bosniya və Herseqovinanın Ombudsmanı ilə görüşdə Azərbaycan həqiqətləri barədə danışıb Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi ATƏT-in Vyana toplantısında gündəmə gətirilib Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi ATƏT-in Vyana toplantısında gündəmə gətirilib Əhməd Şahidov ATƏT-in Vyana toplantısında Avropanın təhlükəsizliyində azad medianın rolu barədə danışıb Əhməd Şahidov ATƏT-in Vyana toplantısında Avropanın təhlükəsizliyində azad medianın rolu barədə danışıb “İnsan hüquq və azadlıqları ölkələrin milli təhlükəsizliyini məhdudlaşdırmamalıdır” – Əhməd Şahidov ATƏT-in Vyana toplantısında çıxış edib “İnsan hüquq və azadlıqları ölkələrin milli təhlükəsizliyini məhdudlaşdırmamalıdır” – Əhməd Şahidov ATƏT-in Vyana toplantısında çıxış edib “Google və Facebook terrorizm və separatizm üçün əlverişli meydana çevrilib” – Əhməd Şahidov ATƏT-də internet təhlükəsizliyindən danışıb “Google və Facebook terrorizm və separatizm üçün əlverişli meydana çevrilib” – Əhməd Şahidov ATƏT-də internet təhlükəsizliyindən danışıb Macarıstan İşgəncələr Əleyhinə Fondu azərbaycanlı girovlarla bağlı araşdırmalara başlayır Macarıstan İşgəncələr Əleyhinə Fondu azərbaycanlı girovlarla bağlı araşdırmalara başlayır Əhməd Şahidov Budapeştdə Mərkəzi Avropa Universitetinin Siyasi Elmlər Mərkəzinin rəhbəri ilə görüşüb Əhməd Şahidov Budapeştdə Mərkəzi Avropa Universitetinin Siyasi Elmlər Mərkəzinin rəhbəri ilə görüşüb Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb