“ƏSL ŞAİRDƏ GƏRƏK BİR AZ DƏLİLİK OLSUN”

“ƏSL ŞAİRDƏ GƏRƏK BİR AZ DƏLİLİK OLSUN”

Ana Sayfa » Müsahibələr » “ƏSL ŞAİRDƏ GƏRƏK BİR AZ DƏLİLİK OLSUN”
Əhməd Şahidov: “Romanımda Azərbaycanda baş verən ictimai-siyasi proseslərə maraqlı yanaşma sərgiləyəcəm”
Son vaxtlar gənclərin ədəbiyyata marağı artmaqdadır. Gənclik sadəcə ədəbiyyat oxumaqla deyil, eyni zamanda ədəbiyyat yaratmaqla da məşğul olur. Burada da fərqli zövqləri, fərqli baxışları sezmək mümkündür. Amma əsas bu deyil. Əsas olan yeni ədəbiyyatın yaranması və ölkədə baş verənlərin gənclərin dilindən poetik tərzdə təsvir olunmasıdır. Bu baxımdan yenicə ədəbiyyatla məşğul olmağa başlayan, onlarla şeirin, bir-neçə hekayənin müəllifi olan Əhməd Şahidovla söhbətləşmək qərarına gəldik. İlk sualımız belə oldu:
– Əhməd bəy, siz ədəbiyyata nə ilə gəldiniz? İlk yazdığınız əsər hansı janrda olub?
Mən əsasən şeirlər yazıram. Onlarla şeirim var.
– Deməli, şairsiniz?!
Mən özümü şair hesab etmirəm. Sadəcə təbim gələndə şeir yazıram. Vəssəlam. Şair deyiləm.
– Bu addan niyə qorxursuz? Yoxsa utanırsız şair adlanmaqdan?!
Xeyr. Nə qorxuram, nə də ki, utanıram. Sadəcə düşünürəm ki, şairlər qeyri-adi insanlardır, hətta mən deyərdim ki, əsl şairdə gərək bir anormallıq olsun. Adi insanlar kimi düşünməsin, adi insanlar kimi gəzməsin, baxmasın. Şairlər məndən inciməsin, amma əsl şairdə gərək bir az dəlilik olsun. Onda əsl şeir, əsl sənət yaranar, məncə. Mən isə normal insanam. (Gülür)
– Şeirləriniz əsasən hansı mövzulara toxunur?
Şeirlərimi əsasən fikirlər, düşüncələr içində boğulanda yazıram. Tez-tez düşünürəm. Düşüncələrimin əksəriyyəti isə anam, vətənim və Allah barəsindədir. Odur ki, şeirlərimdə əsas xətt məhz bu üç müqəddəs varlıqdan keçir.
– Bəs sevgi, məhəbbət barədə yazmırsınız? Axı sizin bu mövzudakı şeirlərinizə də rast gəlirik….
Düzdür. Məhəbbət barədə də yazıram. Mən deyərdim, bu barədə şeirlərim daha çoxdur. Amma mən nədənsə sevgidə vüsalı, hicranı, həsrəti, ayrılığı daha yaxşı təsvir edə bilirəm. Odur ki, xoşbəxt sevgi haqqında şeirim heç yoxdur.
– Niyə? Yoxsa bu dəsti-xətt şəxsi həyatınızla bağlıdır? Məhəbbət sizə çoxmu acı çəkdirib?
Ola bilər. Amma bu haqda danışmayaq. Çox xahiş edirəm.
– Ən çox sevdiyiniz, bəyəndiyiniz şeiriniz hansıdır? Ondan bir sətr zümzümə edə bilərsinizmi?
(Bir qədər düşünür) Ən çox sevdiyim şeirim “Sənsən” adlanır:
Səni axtarmışam bir ömrüm boyu,
Həyatda ən böyük uğurum sənsən.
Bir bahar səhəri içimə dolan
Sevgi dolu təmiz nəfəsim sənsən.
*****
Səninlə başladı sevgi həyatım,
Bu yolda sən mənim əlimdən tutdun.
Birlikdə yürüdük uzun bir yolu,
Mənə yol göstərən çırağım sənsən.
Bu şeiri heç vaxt əldə edə bilmədiyim, amma xəyallarımdan bir an belə çıxmayan bir gözələ həsr etmişəm. Bilmirəm o kimdir, amma bilirəm ki, yaşayır və məni yaşamağa, yaratmağa sövq edir.
– Bəs nəsr necə? Ədəbiyyatın bu janrıyla aranız necədir? Nəsə yazmısınızmı?
Bir-iki hekayə yazmışam. Amma qısa hekayələrdir. Hazırda isə roman yazıram. Bu roman böyük hay-küyə səbəb olmalıdır.
– Nədən bəhs edir romanınız və necə adlanır?
Artıq bir aydır ki, romanı yazmağa başlamışam. Amma adını hələ qoymamışam, axırda bir ad fikirləşəcəm. Özüm üçün də maraqlıdır. Hər gün yeni hadisələr baş verir romanda. Bugün oturub yazıram, amma sabah nələr yazacağımı dəqiq bilmirəm. Hər günün ssenarisini öz gününə saxlayıram. Ona görə də özüm üçün də maraqlı gəlir. Bu marağı, həyəcanı daha çox yaşamaq üçün bir az asta-asta yazıram. Amma güman edirəm ki, 3-4 aya bitirərəm. Oxucularımı intizarda çox saxlamaram. Roman bir cavan oğlanın başına gələnlərdən bəhs edir. Kənddə böyüyüb başa çatmış bu cavan oğlan daha sonra Bakıya gəlir, burada özünə iş və ev tapır, siyasətə qoşulur, yeni-yeni simalarla tanış olur, ölkə siyasətinin içinə qədər daxil olur, eybəcərlikləri, xəyanətləri, ikiüzlülükləri öz gözləri ilə görür. Bu qədər… qalanını hələ özüm də bilmirəm.
– Romanda qəhrəmanlarınız uydurma olacaq? Yoxsa bugünkü şəxsiyyətləri təsvir edəcəksiniz?
Yox. Mən digər müəlliflər kimi qəhrəmanlarımı ya tam, ya da qismən gizlətməyəcəm. Qəhrəmanımdan başqa bütün personajlar real həyatda yaşayan, siyasətlə məşğul olan insanlardır. Odur ki, onların hamısını bildiyim kimi canlandıracam. Hansı siyasətçini necə görürəmsə, elə də canlandıracam.
– Bəs qorxmursuz ki, roman çıxandan sonra bəzi siyasi dairələrdən sizə qarşı ittihamlar səsləndirilsin? Özünün mənfi obraz kimi canlandırıldığını görən şəxslər sizı qınaya bilərlər.
Hər şey ola bilər. Amma mən real həyatı yazmıram ki. Mən sadəcə roman yazıram, burada hər şey mənim fantaziyamdır. Ola bilər ki, kiminləsə bağlı təsəvvürlərim tam yalnış olsun. Məncə, heç bir siyasətçi roman müəllifini məhkəməyə verəcək qədər cılız düşüncə sahibi olmasın. Amma hər şey ola bilər. Görək də. Yaxşı olar, inşallah.
– Ümumiyyətlə, çağdaş yazıçılardan, xüsusən də Azərbaycan yazıçılarından kimləri oxuyursunuz? Və kimi bəyənirsiz?
Vallah, heç kimi oxumuram. Ümumiyyətlə, özüm nəsə yaratmağı xoşlayıram. Kimisə oxuyub, sonradan təqlid etməklə aram yoxdur. Mən real həyatı, gördüyüm, şahidi olduğum və qavradığım həyatı yazıram. Mənim tarixi fantastikayla, uydurma əsərlərlə aram yoxdur.
– Bəs şairlərdən kimi bəyənirsiz?
Salam Sarvanı, Aqşin Yeniseyi, Ramiz Rövşəni və Zəlimxan Yaqubu çox bəyənirəm.
– Şeirlər kitabınızı nə zaman oxucuların ixtiyarına verəcəksiniz? Oxucular nə zaman sizin şeirlərinizi oxuya bilərlər?
Şeirlər kitabımı bir-neçə aya təqdim edəcəm. Amma oxucularım mənim şəxsi saytımdan (shahidov.com) şeirlərimi oxuya bilərlər. Romanımı isə yayda dərc etdirəcəm. Sağlıq olsun.
– Sizə yaradıcılığınızda uğurlar diləyirik.
Təşəkkürlər!
Söhbətləşdi:
Fərid Şahbazlı
Qaynar.info saytı üçün

Xəbərlər

Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb