“MƏN RUSİYANIN AZƏRBAYCANLA BAĞLI SƏMİMİYYƏT VƏ DOSTLUĞUNA İNANIRAM”

“MƏN RUSİYANIN AZƏRBAYCANLA BAĞLI SƏMİMİYYƏT VƏ DOSTLUĞUNA İNANIRAM”

Ana Sayfa » Müsahibələr » “MƏN RUSİYANIN AZƏRBAYCANLA BAĞLI SƏMİMİYYƏT VƏ DOSTLUĞUNA İNANIRAM”

Əhməd Şahidov: “Rusiya Federasiyası Dağlıq Qarabağ probleminin mənbəyini, tərəflərin mövqelərini digər ölkələrdən daha yaxşı bilir”
Müsahibimiz Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının “Dövlət Hüququ” fakültəsinin tələbəsi Əhməd Şahidovdur
– Əhməd bəy, bildiyiniz kimi 2-3 sentyabr tarixlərində Rusiya prezidenti Dmitri Medvedyevin Azərbaycana rəsmi səfəri baş tutur. Siz gənc alim kimi Rusiya Prezidenti yanında akademiyada təhsil alırsız. Siz Rusiya-Azərbaycan arasındakı diplomatik münasibətləri necə qiymətləndirirsiz?

Rusiya və Azərbaycan arasında olan əməkdaşlıq həm siyasi, həm də iqtisadi xarakterli sahələri əhatə edir. Ölkələrarası münasibətlər o zaman uğurlu hesab olunur ki, onlar arasındakı münasibətlərin xarakterində ahəngdarlıq yaransın. Azərbaycan-Rusiya münasibətlərində də bunu demək olar. Dövlətlərimiz arasında belə bir ahəngdarlıq var.

– Mümkünsə, bir qədər konkret faktlarla və rəqəmlərlə bu əməkdaşlığı xarakterizə edərdiniz.

Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlər 1992-ci ilin aprelin 4-də qurulub. Rusiyanın Bakıdakı səfirliyi isə rəsmən 1992-ci ilin sentyabrın 25-də fəaliyyətə başlayıb. İkitərəfli münasibətlərin müqavilə-hüquqi bazasını təşkil edən əsas sənəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci ilin iyulun 3-də imzalanmış Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilədir. Hazırda iki ölkə arasında müqavilə-hüquqi bazaya 110-a qədər dövlətlərarası, hökumətlərarası və regionlararası sazişlər daxildir. Rusiya ilə Azərbaycan arasında hərbi və hərbi-texniki sahədə də əməkdaşlıq inkişaf edir. 2003-cü ilin fevralın 27-də Bakıda iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlıq barədə saziş, 2006-cı il dekabrın 4-də isə – ikitərəfli hərbi-texniki əməkdaşlıq zamanı əqli fəaliyyət nəticəsində əldə olunan və istifadə olunan hüquqların qarşılıqlı qorunması barədə hökumətlərarası saziş imzalanıb.

– Sizcə, Azərbaycan Rusiya üçün nə deməkdir? Rusiyanın xarici siyasətində Azərbaycana münasibət necə formalaşır?

Azərbaycanın Rusiya üçün əhəmiyyəti çox böyükdür. Azərbaycan Rusiyanın qonşusudur. İki dövlət arasında sərhəd narahat region olan Şimali Qafqazdan keçir. Etibarlı arxa bizim üçün çox vacibdir. Digər bir aspekt – Azərbaycanın regional və beynəlxalq arenada, xarici siyasətdəki roludur. Azərbaycan enerji bazarında ciddi mövqelərə sahibdir və Rusiya, özü enerji ixracatçısı olaraq, bununla hesablaşmaya bilməz.

– Azərbaycandakı ruslar və Rusiyadakı azərbaycanlılar barədə nə deyə bilərsiniz? Onların hal-hazırkı durumu sizi qane edirmi? Hər iki tərəf öz soydaşlarının güzəranı ilə yaxından maraqlanırmı?

Azərbaycanda 150-160 min nəfər milliyyətcə rus olan vətəndaş var. Onlar Azərbaycan qanunvericiliyinə uyğun olaraq yaşayırlar və onların, qanuna müvafiq olaraq, öz hüquqlarını qorumaq imkanları var. Rusiya ərazisində isə 2,5 milyon nəfər azərbaycanlı yaşayır. Onlardan 700-800 min nəfəri Rusiya vətəndaşıdır. Qalanları, yəqin ki, «çörək pulu» arxasınca Rusiyaya üz tutan insanlardır. Əsas odur ki, bu qədər azərbaycanlının Rusiya ərazisində yaşaması iki ölkə arasındakı münasibətlərə heç bir xələl gətirmir. Əksinə, bu insanlar Rusiya-Azərbaycan dostluğunun sanki aktivini təşkil edirlər. Hazırda azərbaycanlılar Rusiyada təşkilatlanırlar, diasporun işi güclənib, qəzetlər, jurnallar nəşr olunmağa başlayıb, müxtəlif mədəni və tədris tədbirləri keçirilir. Bütün bunları ancaq alqışlamaq olar.

– Siz Bakı Slavyan Universitetini bitirmisiniz və hal-hazırda həmin universitetdə müəllim kimi çalışırsız. Azərbaycanda Rus dilinin indiki durumu barədə fikirləriniz çox maraqlı olardı.

Ruslar Azərbaycan əhalisinin cəmi 2 %-ni təşkil edir, rus dilinin yayılma əhatəsi isə müqayisə olunmayacaq dərəcədə böyükdür. Ən əsası, Azərbaycanda rus dili təbii olaraq mövcuddur. Hökumət başa düşür ki, çoxdillilik yaxşı haldır. Rusiya hazırda rus dilinin dəstəklənməsi və yayılmasında yardım etmək iqtidarındadır. Əgər əvvəllər azərbaycanlılar rus dilini təbii olaraq, rus dilli cəmiyyətdə yaşayaraq öyrənirdilərsə, hazırda əksəriyyət rus dilini xarici dil kimi öyrənməyə məcburdur. Azərbaycanın Təhsil Nazirliyi Azərbaycan sektorunda rus dilinin tədrisinə dair pilot layihənin icrasına başlayıb. Rus mütəxəssislər də bu işdə metodiki yardım göstərir və dəyərli məsləhətlər verirlər.

 – İki ölkə arasındakı siyasi münasibətləri necə dəyərləndirirsiz?

Rusiya və Azərbaycan öz aralarındakı münasibətləri yalançı vədlər və qarşılıqlı ittihamlar üzərində qurmurlar. Bizim sarsılmaz konstruksiyamız var – biz qonşuyuq və həmişə birlikdə yaşayacağıq. Qonşular arasında dostluq münasibətləri olmalıdır. Düşünürəm ki, münasibətlərin gələcəyini məhz bu əsaslar müəyyən edəcək, iki ölkə arasında bir-birinə yalnız xeyirxah arzulara əsaslanan münasibətlər isə artıq kifayət qədər ciddidir. Əvvəllər hər iki ölkə mürəkkəb dövrlər keçirib, lakin hər iki ölkə anlayıb ki, bundan sonra belə olmamalıdır. Artıq yeni sistem qurulub. Bu, bundan sonra Rusiya və Azərbaycanın dostluq şəraitində yaşayacağının təminatıdır.

Rusiya Dağlıq Qarabağ probleminin həlli üçün vasitəçi missiyasını daşıyır. Bunlar hər biri qarşılıqlı əlaqədə olmaqla bərabər əhəmiyyət daşıyır. Neft sektorunda Rusiya Azərbaycanın bir nömrəli müttəfiqidir. Bundan milyonlarla insanın gəlirləri və həyat səviyyəsi asılıdır. Məlum olduğu kimi, 2009-cu il iqtisadi sferada o qədər də yaxşı olmadı. Ticarət demək olar ki, 25 faizə qədər azaldı. Lakin hazırda bunun əksi olaraq artım müşahidə olunur. Cari ilin ilk beş ayı ərzində bu göstərici 18 faiz təşkil edib. Azərbaycandan Rusiyaya ixrac 75 faizə çatıb. Buna baxmayaraq istifadə olunmamış imkanlar hələ kifayət qədərdir.

Rusiya ilə Azərbaycanı dərin tarixi, mədəni, sosial və s. sahələr bir-birinə bağlayır. Rusiya-Azərbaycan tərəfdaşlığı siyasi şüarlar xatirinə yox, insanların rifahı naminə inkişaf edir. Bakıda bunu nəzərəçarpacaq dərəcədə hiss etmək mümkündür. Rusiya ilə münasibət demək olar ki, hər bir Azərbaycan ailəsini əhatə edir.

 – Azərbaycanın ən ağrılı yeri Dağlıq Qarabağ konflikti barədə danışaq. Sizcə, Rusiya bu məsələdə Azərbaycana hansı köməkliyi göstərə bilər?

Bu bir faktdır ki, Rusiya Qarabağ problemi ilə bağlı başqa ölkələrdən daha çox məlumata malikdir. Uzun illər biz eyni dövlətin tərkibində olmuşuq və bu problemin mənşəyini başqalarından yaxşı başa düşürük. Rusiya lap əvvəldən sözügedən konfliktin nizamlanmasına cəlb olunub və iki ölkə arasında atəşkəsin elan olunmasında Moskvanın böyük rolu olub. Buna görə də Rusiya prezidenti Dmitri Medvedev yeganə dövlət başçısıdır ki, vasitəçilik prosesində şəxsən iştirak edir. İmkanlara gəlincə, münaqişə başlayandan bəri Rusiya həmişə problemin nizamlanması prosesində iştirak edib. Hazırda Rusiya ATƏT-in Minsk qrupuna ABŞ və Fransa ilə yanaşı həmsədrlik edir. Amma ruslar yalnız vasitəçidir. Vasitəçilərin imkanlarını böyütmək lazım deyil. Azərbaycan və Ermənistan sərbəst, müstəqil və suveren dövlətlərdir və təbii ki, problemin həlli yolunda son söz onların özlərinə məxsusdur.

– Belə bir atalar məsəli var: “Qonşun pisdir, köç qurtar”. Sizcə, Rusiyanın nə vaxtsa, Azərbaycanın milli maraqlarına zərbə vura biləcək addım atması realdırmı? Və Rusiyanı bir qonşu kimi necə dəyərləndirirsiz?

Əlbəttə, belə bir atalar sözü var, amma yaddan çıxarmaq olmaz ki, bu atalar sözü dövlətlər üçün keçərli deyil. Əksinə, mən başqa bir məsəli yada salmaq istərdim: “Uzaq qohumdansa, yaxın qonşu yaxşıdır”. Şimali Qafqazda ciddi problemlərimizin olmasına rəğmən məndə qəti əminlik var ki, şimal qonşumuz heç vaxt həmin problemləri daha da gərginləşdirəcək bir hərəkətə yol verməz. Əksinə, yardım etməyə həvəs və canatma hiss olunur və bunu yüksək qiymətləndirirəm. Təbii ki, coğrafi yaxınlıq ən müxtəlif sahələrdə fəal əməkdaşlıq üçün obyektiv imkanlar açır. Bu gün həmin imkanlardan tam həcmdə olmasa da, istifadə olunur. Azərbaycan üçün Rusiya ilə əməkdaşlığın böyük əhəmiyyəti var.

Rusiyada 2.5 milyon azərbaycanlı yaşayır. Onlar öz əməkləri ilə Rusiyanın iqtisadi potensialının artmasına və möhkəmlənməsinə töhfələrini verirlər. Eyni zamanda Azərbaycan yaşayan ailələri və qohumlarının yaşayışını təmin edirlər. Bütün bunlardan sonra Rusiya haqqında bir qonşu kimi nəsə mənfi bir söz demək qərəzlilik sayıla bilər.

– Sonda Rusiya prezidenti Dmitri Medvedyevin gözlənilən səfəri barədə proqnozlarınızı öyrənmək istərdik.

Mən Rusiya Federasiyası Prezidenti cənab Medvedyevin Azərbaycana rəsmi səfərini iki ölkə arasında davam edən dostluq münasibətlərinin davamı kimi qiymətləndirirəm. Düşünürəm ki, Azərbaycan və Rusiya arasında bundan sonra da etibarlı müttəfiqlik əlaqələri davam etdiriləcək. Regionda sülh və sabitliyin qorunub saxlanılmasında və hər iki ölkənin milli maraqlarının təmin olunmasında bu dostluq və müttəfiqliyin daha da möhkəmləndirilməsinə ehtiyac var. Mən şəxsən bunu istəyirəm və gözləyirəm. Mən istəyirəm ki, Azərbaycanın Rusiya kimi güclü və qüdrətli dostu və qardaşı olsun.

Söhbətləşdi Arzu Abdulla

Xəbərlər

Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb