“KOROĞLU” DASTANI AZƏRBAYCAN DİLİNDƏ - ƏHMƏD ŞAHİDOV

“KOROĞLU” DASTANI AZƏRBAYCAN DİLİNDƏ

Ana Sayfa » Elmi məqalələr » “KOROĞLU” DASTANI AZƏRBAYCAN DİLİNDƏ

korogluTürk xalqlarının böyük əksəriyyətinin (türk, türkmən, özbək, qazax, başqırt, tatar, qaraqalpaq, Azərbaycan türkləri və b.) şifahi ənənəsində mövcud olan “Koroğlu” dastanı Tunadan Balkanlara, Sibirdən Suriyaya qədər geniş bir coğrafi arealda yayılıb. Yayılma miqyasına, həcminə və şöhrətinə görə “Koroğlu” yeganə dastandır ki, variant və versiyalarının sayı beş yüzdən çoxdur.

Türkiyədə “Koroğlu”nun ilk çapı 1887-ci ildə işıq üzü görüb. On beş səhifəlik bu nəşrdən sonra Koroğlu, dövrü və qəhrəmanın fəaliyyət göstərdiyi tarixi hadisələrlə bağlı bir çox araşdırmalar aparılmışdır. Bundan bir qədər əvvəl isə “Koroğlu” dastanının bir hissəsi erməni əlifbası ilə İstanbulda çap edilmişdir. 1897-ci ildə Aşıq Cəmalidən yazıya alınmış “Giziroğlu Mustafa bəy”, “Bolu bəy” qolları Tiflisdə nəşr edildi.

Azərbaycanda “Koroğlu” dastanının ilk nəşru 1913-cü ildə Orucov qardaşları mətbəəsində Rza Zaki tərəfindən çap edilmişdir. Bu nəsrlə olan nəşrin titul vərəqi farsca yazılıb. Dastanın 14 qoldan ibarət daha mükəmməl və qoşmalarla zəngin digər bir variantı 1941-ci ildə Hümmət Əlizadə tərəfindən nəşr edilmişdir.

“Koroğlu” dastanı Orta Asiyada da dəfələrlə nəşr edilmişdir. Orta Asiya versiyası dövrü olduğundan hələ də tam şəkildə çap edilməmişdir. Əsasən də özbək Koroğlusu bir neçə nəslin qəhrəmanlıq salnaməsi canlandırdığından hər dövr müstəqil dastan kimi formalaşmışdır. Son zamanlarda Azərbaycanda “Koroğlu” dastanının yeni qolları toplanıb nəşr edilmişdir. Bunlardan “Qəhrəman Koroğlunun divlərlə görüşü”, “Koroğlunun Tehran səfəri”, “Misri qılıncın oğurlanması”, “Mərcan xanımın Çənlibelə gəlməsi”, “Zərnişan xanımın Çənlibelə gəlməsi”, “Ağca quzu” qollarını göstərmək olar.

“Koroğlu” dastanının qısa nəşr tarixi göstərir ki, o XIX əsrin başlanğıcından son dövrlərə qədər çox məşhur olmuş, variant baxımından ən çox yayılan dastan halına gəlmişdir. Ancaq həm ingilis, fransız, həm də ilk rus nəşrləri təhriflərlə doludur. Folklorluq baxımından bu nəşrlərin qüsurları çoxdur. Bunlara misal kimi şeir hissələrinin nəsrlə verilməsi, tərcümədə sərbəstlik, yersiz əlavələr kimi müxtəlif təhrifləri göstərmək olar. Çox təəssüflə demək lazımdır ki, Azərbaycan nəşrləri də arzu ediləcək səviyyədə deyildir.

f.e.n.  Əhməd Şahidov

FİLOLOGİYA ÜZRƏ FƏLSƏFƏ DOKTORU

ƏHMƏD ŞAİR OĞLU ŞAHİDOV
  • RuslanSalam Ahmet qardaş. Seçkilərdə iştirak etsəz, İlisu və Sarıbaş kəndləri sizə səs verəcək. Siz əsl vicdanlı adamsız. Bəlkə siz bizə kömək edəsiz.
  • MetanetAhmed muellim, deputat olandan sonra da Qaxa bele diqqet ayiracaqsiz? Cox aktivsiz bu aralar
  • Famil QaxbaşAdaş, Qaxımız üçün nə eləsən sən edəcəksən. Bu Əhmədzadələr raypnu talayıblar. Bizə sənin kimi cəsarətli və tanınmış gənc lazımdır deputat olsun. Sözümüzü deyə bilən adamımız olsun
  • Sərdar İlisuluƏhməd, sənin son fəaliyyətlərini ailəlikcə izləyirik. İnşallah, deputat seçilərsən, Qaxımıza sahib çıxarsan
  • iradasalam,sizin meqaliniz maraqli oldu mene,men de shekidenem ,eyni problemleri biz de gormek olar.

Əhməd Şahidov Facebookda

Xəbərlər