“ELM GƏNCLƏŞMƏLİDİR”

“ELM GƏNCLƏŞMƏLİDİR”

Ana Sayfa » Yazılar » “ELM GƏNCLƏŞMƏLİDİR”

Əhməd Şahidov: “Azərbaycan idmanda, iqtisadiyyatda əldə etdiyi uğurları tədricən elmdə də nümayiş etdirməlidir”
Azərbaycan regionun ən inkişaf etmiş ölkəsidir. Həyatın bütün sahələri üzrə qonşularımızın göstəricilərindən daha yüksəkdə dayanırıq. Azərbaycan rəhbərliyinin gəncləşməsi bu inkişaf dinamikasını daha sürətləndirdi, idmanda misli görünməmiş yüksəliş müşahidə olundu. Artıq Azərbaycan bugün dünyanın tanınmış idman mərkəzlərindən sayılır və Avropanın ən nüfuzlu ölkələri ilə yarışmaqdadır. Lakin millətin bütün dünyada tanınması üçün ən çox onun elmini, təhsilini qaldırmaq lazımdır.

Azərbaycanın elm səviyyəsi dünya səviyyəsində olmasa da, bu sahənin inkişaf etdirilməsi üçün real imkanlar ve potensial mövcuddur. Ən əsası bu sahəyə cəmiyyətdə diqqət və marağın artırılmasıdır. Əslində maraq var, amma bu maraq ardıcıl çalışma və məqsədyönlü fəaliyyət qədər deyil. Çünki, elmi fəaliyyətə baş vuran sıravi azərbaycanlı gənc çox böyük çətinliklərlə üzləşir. Burada bürokratik əngəllər, korrupsiya halları, yaşlı nəsil ilə qeyri-bərabər rəqabət şəraiti və başqa cəhətləri sadalamaq mümkündür. Çünki, Azərbaycan elmində hələ də mühafizəkar düşüncəli insanlar dominantlıq etməkdədir. Avropa və ABŞ-da artıq gənc yaşlarında doktora və professor olmaq mümkün olduğu halda, bizdə bunun üçün süni yaş həddi təyin olunub. Yəni ki, savadlı, istedadlı azərbaycanlı gənc hər hansı elmi fəaliyyətini, araşdırmasını başa vurub namizədlik və doktorluq işini müdafiə etdikdə, süni olaraq yaş əngəlləri ilə üzləşir. Yaşlı nəsildən olan qocaman professorlar sanki gənc nəslə qısqanclıqla yanaşır və gənclərin artıq 25-26 yaşlarında elmi dərəcə almasına əngəl törədirlər. Bizdə sanki elm adamları alışıblar ki, elmlər namizədi 35-40 yaşlarında, elmlər doktoru isə 55-60 yaşlarında əldə olunanda normal hesab olunsun.

Bundan başqa, gənclərin qarşısını alan əngəllərdən biri də elmə maliyyə vəsaitlərinin ayrılmaması, elmi araşdırmalar, xarici elmi səfərlər zamanı gənc araşdırmaçılara dövlət tərəfindən heç bir maliyyə vəsaitlərinin ayrılmamasıdır. O səbəbdən də bəzi savadlı, lakin az təminatlı gənclər öz dəyərli elmi fikirlərini daha nüfuzlu beynəlxalq elmi tribunalardan söyləyə bilmirlər. Halbuki, il boyu dünyada yüzlərlə beynəlxalq elmi konfranslar təşkil olunur ki, həmin konfranslarda da çox nadir hallarda Azərbaycan təmsil olunur.

Gənc alimləri narahat edən digər problem gənclərin öz elmi əsərlərini beynəlxalq elmi dərgilərdə dərc etdirə bilməməsidir. Bu sahədə də dövlətin təşkilatçılığına ehtiyac duyulur. Çox yaxşı olardı ki, dünyanın nüfuzlu elmi dərgiləri, jurnal və qəzetləri ilə birbaşa əlaqə quran dövlət altqurumu yaradılsın və gənc alimlərin araşdırmaları, elmi məqalələri həmin jurnallarda dərc olunsun. İndi bu sahədə vəziyyət çox da ürəkaçan deyil. Belə ki, hər hansı gənc alim öz məqaləsini yazmağa 1 həftə vaxt sərf edirsə, həmin məqalənin xarici elmi jurnallarda dərc edlməsinə 2-3 ay vaxt sərf etmiş olur. Bunun maliyyə tərəfi də ayrıca bir problemdir. Hər gəncin buna imkanı da çatmır. Bunun üçün dövlət ayrıca olaraq büdcədən maliyyə ayırmalıdır. Çünki, elmlə məşğul olan gənc yalnız konkret elmi istiqamət üzrə araşdırma aparmaqla məşğul olmalıdır. Həmin məqalənin hansı jurnalda necə dərc olunmasına vaxt və enerji sərf etməyə lüzum yoxdur.

Elmlə məşğul olan gənclərin ən ümdə problemlərindən biri də onların məişət problemlərinin həll olunmasıdır. Belə ki, gənc aspirant və alimlərimizin əksəriyyətinin fərdi evi yoxdur. Kirayə haqqı ödəmək, ailə saxlamaq və üstəlik elmi fəaliyyətə də vaxt və maliyyə ayırmaq gənclər üçün nə qədər çətindir, bunu bilənlər bilir. Elmlə məşğul olan gəncin ən azından rahat şəraiti olmalı və minimum qayğıları həll olunmalıdır ki, həmin gənc alim bütün fikrini yalnız və yalnız elmi araşdırmalarına sərf edə bilsin.

Bu silsilədən olan növbəti problem Azərbaycanda beynəlxalq elmi konfrans və tədbirlərin çox az-az keçirilməsidir. Belə ki, nüfuzlu idman yarışları, neft və qaz sərgiləri keçirilən Azərbaycanda nədənsə beynəlxalq elmi konfranslar çox az-az təşkil olunur. Keçirilən elmi konfranslar isə çox zəif təbliğ olunur.

Həyata keçirilməsi lazım bilinən məsələlərdən biri də gənc alimlərin illər boyu üzərində çalışdığı elmi əsərlərin çap edilməsidir. Belə ki, çoxlu sayda gənc alimlərimiz var ki, maliyyə çatışmazlığı ucbatından yalnız avtoreferatları dərc etdirə bilirlər. Halbuki, həmin əsərləri həm Azərbaycan, həm də digər xarici dillərə tərcümə edib dərc etdirmək və bütün dünyada yaymaq məqsədəuyğundur. Bundan başqa, həmin elmi əsərlərin internet şəbəkəsində də təqdim olunması aşağı səviyyədədir. Yalnız ayrı-ayrı şəxslər öz elmi əsərlərini internetdə yayımlaya bilirlər.

Bütün bu və digər problemlərin həll olunması heç şübhəsiz ki, Azərbaycan elminin yüksəlməsinə xidmət etmiş olardı. Azərbaycanda elmi dərəcələr insanlara rütbə kimi təqdim edilir və elmi dərəcəsi olan insan özünün gələcək elmi fəaliyyətini genişləndirmək və gələcək nəslə bilik və savad bəxş etmək üzərində deyil, məhz həmin elmi “rütbə”nin nüfuzundan faydalanmaqla məşğuldur. Halbuki inkişaf etmiş ölkələrdə elmi dərəcəsi olan gənclər dərhal müəyyən işlərə təhkim olunur və malik olduqları biliklərin tələbələrə öyrətməsi tələb olunur. Azərbaycanda çox təəssüflər olsun ki, elmi dərəcəni aldıqdan sonra gənclər daha çox vəzifə tutmağa can atır, dövlət də elmi dərəcə verdiyi şəxsin sonrakı elmi fəaliyyəti ilə maraqlanmır.

Bu səbəbdən də Azərbaycanın gənc alimləri xarici nüfuzlu ali təhsil müəssisələrində ciddi qəbul olunmur və bir gənc alimin Azərbaycan hüdudlarından kənarda özünün hər hansı elmi dərəcəyə malik olduğunu sübut etmək üçün sanki yenidən elmi müdafiə etməsinə zərurət yaranır.

Biz, gənc elm fədailəri ümid edirik ki, Azərbaycan dövləti bu sahədə olan bəzi boşluqları aradan qaldırmaq üçün bütün imkanlarını səfərbər edəcək və yaxın illərdə Azərbaycan elmi özünün bəşəri kəşfləri və nüfuzlu alimləri ilə bütün dünyada hörmətlə qarşılanacaq. Amma yenə də bildirim ki, bu sahədə artıq ilkin addımlar atılmaqdadır. Belə ki, ötən ilin sonunda Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu” yaradılıb. Və bu fondun əsas məqsədi ölkədə fundamental elmi tədqiqatların stimullaşdırılması, təbii resursların, mədəni və tarixi irsinin öyrənilməsinin gücləndirilməsi, elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliliyinin artırılması və dünya elmi məkanında Azərbaycan elminin layiqincə təmsil olunmasını təmin etməkdir. Məhz bucür fondun fəaliyyəti nəticəsində yaxın 4-5 il ərzində Azərbaycan elminin əks-sədası dünya miqyasında eşidiləcək. Mən buna inanıram və çox sevinirəm.

PhD Əhməd ŞAHİDOV
Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının “Hüquq” fakültəsinin 3-cü kurs tələbəsi

Xəbərlər

Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb