“BU DƏFƏ KOSOVOYA”

“BU DƏFƏ KOSOVOYA”

Ana Sayfa » Müsahibələr » “BU DƏFƏ KOSOVOYA”

Əhməd Şahidov: “Prizren şəhərində keçiriləcək beynəlxalq elmi sempozyumda iştirakçılara sürprizim olacaq”
Yenicə Türkiyədən qayıdan gənc alimimiz Əhməd Şahidov orada Türk dünyası ilə bağlı keçirilən beynəlxalq konfransdakı uğurlu çıxışından sonra Manisa şəhərində yerləşən Celal Bayar Universitetinin xüsusi ödülü ilə mükafatlandırıldı. Vətənə yenicə dönməsinə baxmayaraq, yenə Ə.Şahidovun xarici səfərə hazırlaşdığı məlum oldu. Həmin səfərlə və ümumiyyətlə, gənc elm adamının gələcək planları ilə bağlı məlumat almaq üçün filologiya üzrə fəlsəfə doktoru Əhməd Şahidovla müsahibə almaq qərarına gəldik:

– Əhməd bəy, yenicə Azərbaycana qayıtmısınız. Zəhmət olmasa, oxucularımıza Türkiyə səfəriniz barədə ətraflı məlumat verərdiniz.

Türkiyənin Manisa şəhərində yerləşən Celal Bayar Universiteti məni beynəlxalq “Balkanlarda Türk varlığı” elmi sempozyumuna dəvət etmişdi. Mən də məmnuniyyətlə həmin dəvəti qəbul etdim və orada “Beynəlxalq münasibətlər, Balkanlar və Türkiyənin davranışı” mövzusunda çıxış etdim. Çox maraqla qarşılandı çıxışım. Eyni zamanda çoxlu yeni-yeni elm adamlarıyla tanışlığım oldu, əlaqələr quruldu.

– Celal Bayar Universitetinin adı diqqətimizi çəkdi. Kim olub Celal Bayar? Oxucularımıza bu haqda məlumat verərdiniz.

Celal Bayar Türkiyə Cümhuriyyətinin tanınmış və sevilən ictimai-siyasi xadimlərindən biri olub. Bildiyim qədər Mustafa Kamal Atatürkün dövründə baş nazir vəzifəsində çalışıb. Daha sonra Türkiyə Cümhuriyyətinə rəhbərlik edib. Bir sözlə, Türkiyənin əsasını qoyanlardan biri olub.

– Əhməd bəy, nədənsə həmişə xaricdə keçirilən beynəlxalq elmi konfranslarda iştirak edirsiz. Heç Azərbaycanda keçirilən elmi konfranslarda çıxışlar etmisinizmi? Bakıda keçirilən beynəlxalq elmi konfransların səviyyəsi sizi qane edirmi?

Düzdür, Azərbaycanda da elmi konfranslar təşkil olunur, lakin bunların səviyyəsi çox aşağı olur. Yalnız hər hansı universitet və ya akademiya çərçivəsində təşkil olunur. Məsələn, məzunu olduğum Bakı Slavyan Universitetində keçirilmiş bəzi beynəlxalq elmi konfranslarda iştirak etmişəm və çıxışlarım olub. Amma bucür konfransların effekti çox zəif olur, çünk əvvəlcədən təbliğat zəif aparılır, yalnız 2-3 ölkədən iştirakçılar qatılır. Bucür beynəlxalq elmi konfrans və sempozyumlara Azərbaycanda maliyyə ayrılmır. Bu səbəbdən də aşağı səviyyədə keçir bu tədbirlər.

– Eşitdik ki, yenə xarici səfəriniz var. Bu dəfə haradır yolunuz?

Bu dəfə Kosovoya. Bu ilin Yanvar ayında Türkiyənin Sakarya Universiteti tərəfindən dəvət aldım Kosovonun Prizren şəhərində keçiriləcək “Uluslararası Balkanlarda Türk Varlığı” sempozyumuna. May ayının 31-də Kosovonun Prizren şəhərində çıxışım var. Çıxışım yenə Balkan regionunda beynəlxalq münasibətlər və Türkiyənin bu regiondakı təsir dairəsi ilə bağlı olacaq. Dünyanın bir çox ölkələrindən elm adamları toplaşacaq bu toplantıya. Çox möhtəşəm bir tədbir olacaq bu dəfə. Azərbaycandan təkcə mən deyiləm, iki nəfər başqa gənc alim həmkarım da həmin tədbirdə yaxından iştirak edəcəklər. Bu dəfə Balkanlardakı vəziyyətlə bağlı məruzəmdən başqa bir sürprizim də olacaq konfrans iştirakçılarına. İki gün öncə qələmə aldığım “Ben Türküm” şeirini konfrans iştirakçılarına oxuyacam. Adətən elmi sempozyumlarda bucür şeirlər oxunmur, amma mən özümü bu sahədə də sınamaq istəyirəm. Yəqin ki, hamının xoşuna gələcək həmin şeir.

– Nə şeirdir elə? Bəlkə oxucularımıza o şeirdən bir kublet söyləyəsiniz?

Ben Türküm, niyetim safdır, temizdir,
Bütün Türk dünyası bana azizdir.
Bakü ve Ankara, bir de Tebrizdir
Vatanım, toprağım, taşım da Türkdür.
Yüreyim, gözlerim, başım da Türkdür.
Ben Türküm, babam Türk, annem de Türkdür,
Atatürk, Resulzade dedem de Türkdür.
Dostum Türk, yarim Türk, komşum da Türkdür.
Ey Tanrı, Sen koru Türk milletini
Birleşdir, yumruk et Türk memleketini.

– Çox gözəl şeirdir, təbrik edirik. Əhməd bəy, ümumiyyətlə, 2010-cu il ilə bağlı daha hansı planlarınız var? Adətən Azərbaycanda gənclər bir az məşhurlaşan kimi deputat olmaq istəyirlər. Sizin də builki seçkilərdə iştirak etmək fikriniz varmı?

Təşəkkür edirəm. Planlarım çoxdur. Bu il daha 2-3 beynəlxalq elmi konfranslarda çıxışım gözlənilir. Özümü məşhur adam hesab eləmirəm və heç vaxt da məşhurluğa can atmamışam. İnsan gərək həyatda həmişə layiq olduğu qiyməti alsın. İnsan layiq olduğundan aşağı görünəndə də pisdir, əksinə layiq olduğundan yuxarı görünəndə də. Gərək layiq olduğun məqamda olasan həmişə.

O ki, qaldı Milli Məclisə keçirilən seçkilərə. Əvvəla, onu qeyd edim ki, heç vaxt siyasətdən xoşum gəlməyib, özü də Azərbaycan siyasətindən. Özümü heç vaxt siyasətdə görmürəm və bununla da bağlı heç bir planım yoxdur. Mən sadəcə elmi fəaliyyətimlə məşğulam, bəzən də fikirlər məni boğanda məqalə və şeir yazıram. Mənə bundan başqa həyatda heç nə lazım deyil. Deputat olmaq mənə aid bir məsələ deyil, mənim profilim xaricində olan bir fəaliyyətdir. Milli Məclisdə 125 yer var, amma az qala 9 milyonun hamısı deputat olmaq istəyir. Qoy Azərbaycan millətinə, onun dövlətinə və qanunvericiliyə xidmət etməyə layiq və qadir insanlar Milli Məclisdə təmsil olunsunlar. Qoy deputat olmağa layiq və bu işin öhdəsindən gəlməyi bacaracaq şəxslər deputat seçilsinlər. Mən şəxsən deputat olmağa layiq deyiləm və bu işin öhdəsindən gələ bilmərəm.

www.gun.az

Xəbərlər

Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb