“ƏL-QAİDA” DÖVLƏTƏ ÇEVRİLİR

“ƏL-QAİDA” DÖVLƏTƏ ÇEVRİLİR

Ana Sayfa » Doktorluq işi » “ƏL-QAİDA” DÖVLƏTƏ ÇEVRİLİR
Əhməd Şahidov: “Yaxın 10 ildə “Əl-Qaida” terror təşkilatının yerini daha professional terrorçular tutacaq”
2020-ci ildə bəşəriyyət özünü indikindən daha az təhlükəsiz şəraitdə hiss edəcək, “Əl-Qaida” terror təşkilatının yerini isə daha intellektual, eyni zamanda daha amansız və dağıdıcı terrorçu qruplar tutacaq. Bu fikirlər ABŞ-ın Kəşfiyyat üzrə Milli Şurasının (KMŞ) sabiq üzvlərinin bu ilin əvvəllərində verdiyi hesabat xarakterli bəyanatında öz əksini tapmışdır. Son 7-8 ildə bu, artıq kəşfiyyat sahəsində təcrübəsi olan peşəkarların verdiyi üçüncü geniş hesabatdır ki, bununla da yaşadığımız planetin gələcək vəziyyətini obyektiv işıqlandırır.

Kəşfiyyat üzrə Milli Şura (KMŞ) artıq 25 ildir ki, fəaliyyət göstərir və Ağ Evin, o cümlədən Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktorunun əsas məsləhətçi orqanı hesab olunur. KMŞ milli təhlükəsizliklə bağlı ümumi məsələlərlə məşğul olur, dünyadakı vəziyyətin qiymətlənirilməsiylə bağlı yaxın və uzun müddətli proqnozlar hazırlayır.

KMŞ mütəxəssisləri hesab edirlər ki, yaxın 15 ildə müasir dünyada beynəlxalq terrorun əmələ gəlməsi üçün əsas sayıla biləcək faktorların sayı və xarakteri dəyişilməmiş qalacaq. Onların fikrincə, terrorçu qrupların əksəriyəti yenə də radikal köklənmiş islamçılardan ibarət olacaq. İslam dininin geniş yayılması Şərqi Avropada, o cümlədən Mərkəzi və Cənubi-Şərqi Asiyada güclü köklərə malik böyük İslam ideologiyası şəbəkəsinin bərqərar olması ilə nəticələnəcək. Bütün bu proseslər Fələstin, Çeçenistan, İraq, Kəşmir, Filippin və ya Tailandda mübarizə aparan müsəlmanlar arasında dərin bir İslam həmrəyliyinə gətirib çıxaracaq.

Müsəlman ölkələrində baş verən hadisələr, bəzi İslam ölkələrində hakimiyyət başına radikal liderlərin gətirilməsi və bəzi qərbyönümlü xristian ölkələrinə qarşı böyük müsəlman birliyinin yaranması sonda vahid ərəb xəlifətinin yaradılması ilə nəticələnə bilər.

Terrorla qlobal mübarizə və informasiya texnologiyalarının inkişaf etməsi terrorçuları öz fəaliyyətlərini daha səmərəli şəkildə dəyişməyə məcbur edəcək. Ekspertlərin fikrincə, 2020-ci ildə qlobal terrorizm artıq çoxlu sayda qrupların, fərdi hərbçilərin birliyi formasında büruzə verəcək.

Həmin dövrdə hər hansı terror aksiyalarının həyata keçirilməsində mərkəzləşdirilmiş planlaşdırılma və ya idarəetməyə ehtiyac qalmayacaq. Çünki, terror qruplarının əsgərləri bütün lazımi tədris vəsaitlərini, hazırlanma texnologiyalarını, o cümlədən maliyyə vəsaitlərini birbaşa internet və ya digər mükəmməl elektron sistemlər vasitəsilə əldə edə biləcəklər.

2020-ci ildə “Əl-Qaida” praktiki olaraq, mövcud olmayacaq. Lakin “Əl-Qaida” terror təşkilatının fəaliyyətindən ruhlanmış ayrı-ayrı terror qrupları, dəstələr, özlərini mücahid və ya cihad əsgərləri adlandıran fərdi hərbçilər demokratik və inkişaf etmiş ölkələrə qarşı olan nifrətdən dolayı eyni cəbhədən çıxış edəcəklər. Məhz onlar gələcəkdə bucür terror aktlarını həyata keçirəcəklər.

Bu qruplar aktiv şəkildə qloballaşma əleyhinə çıxacaq və bütün dünyada ənənəvi İslam cəmiyyətlərinin qurulmasına çalışacaqlar. Bugün Əfqanıstanda hərbi hazırlıq görmüş əksər “Əl-Qaida” üzvləri bir çox terrorçu birləşmələrin əsas özəyini təşkil edirlər. Onların əvəzinə tamam başqa cür ekstremist qruplar peyda olacaq. Yeni gələcək terrorçular əvvəlkilərdən fərqli olaraq, öz işlərinə bir peşə kimi baxacaqlar. Onlar öz fəaliyyətlərində qəti şəkildə siyasi metodları rədd edəcəklər, çünki, onların fikrincə, peşəkar terrorçular üçün bu, onların sonu deməkdir. Bucür terrorçuların hazırlanması üçün əsas məkan İraq, İran və bucür konfliktlərin baş qaldırdığı digər ölkələr olacaq. Bu ölkələrdə həmin terrorçuların hazırlanması üçün ayrıca hərbi təlim düşərgələri salınacaq.

Fərdi terrorçular və ya mücahidlər işğalçı adlandırdıqları Qərb ölkələri tərəfindən təsir altına salınmış istənilən müsəlman ölkəsində, o cümlədən Azərbaycanda da müxtəlif terror aksiyasını həyata keçirməyə hazır olacaqlar. Onlar hər zaman terrorun aktiv tərəfdarı və əsl döyüşçüsü kimi yetişəcəklər. Məhz bucür cihad əməliyyatlarında onlar öz müsəlman tərəfdarlarından dəstək alacaqlar. Müasir dövrümüzdə kütləvi insan qırğınına səbəb ola biləcək bioloji və digər müasir silahların geniş yayılması onların gələcəkdə məhz bucür terrorçu qrupların əlinə keçməsini də ehtimal edir.

Ekspertlərin fikrincə, əgər bucür terrorçu qrupların sayı azalsa da, dünyada terrorizmin təhlükə dərəcəsi azalmayacaq. Çünki, bucür terrorçu qruplar qısa zaman ərzində eyni hədəflər naminə birləşməyi bacaracaq və birlikdə terror aktları həyata keçirəcəklər. Bu çirkin məqsədlər üçün onlar internet və digər simsiz texnologiyalardan istifadə edəcəklər. Ehtimal olunur ki, terrorçuların birləşməsi təkcə regional müstəvidə deyil, hətta qlobal şəkildə də baş verəcək ki, bunun da qarşısının alınmasında xüsusi xidmət orqanları, o cümlədən anti terror birləşmələri çətinlik çəkəcəklər.

İndiki şəraitdə terror təşkilatları əsasən onları maliyyələşdirən dövlətlərdən asılıdırlar. Məhz həmin dövlətlərdən sənədlər, silah və teraktlar üçün digər maddi vəsaitlər alırlar. Bu dövlətlərin ərazilərində həmin şəxslər üçün terror düşərgələri salınır. Qlobal dünyada bucür təşkilatlar, məsələn “Hizbullah” özlərini demək olar ki, bütün zəruri ləvazimatlarla təmin edə bilirlər. Bundan başqa, üçüncü şəxslər vasitəsilə onlar digər terrorçu təşkilatları da maliyyələşdirə və dəstəkləyə bilirlər.

Bucür terror aksiyalarının maliyyələşdirilməsi və bunun üçün lazımi silah və digər sursatların alınması əvvəlki kimi rəsmi dövriyyədən kənar “qara pullar” vasitəsilə həyata keçiriləcək. Qərb dövlətlərinin xüsusi xidmət orqanlarının uzun illər boyu bucür təşkilatların bank hesablarının dondurulması istiqamətində apardığı işlər hələ də effektiv fayda vermir. Belə ki, bütün bu bank əməliyyatları yalnız etibar üzərində həyata keçirilir, heç bir elektron vasitələrdən istifadə olunmur və heç bir sənədləşmə işləri aparılmır. Həmin kanallarla maliyyə axınının qarşısını almaq qeyri-mümkündür.

ABŞ kəşfiyyatının sabiq əməkdaşlarını narahat edən ən böyük məsələ terrorçu qrupların gələcəkdə bioloji və hətta nüvə silahına malik ola bilmələridir. Son zamanlar terrorçuların kütləvi qırğın silahlarının axtarışı istiqamətində fəaliyyəti aktivləşmişdir. Bucür axtarışların müsbət nəticələnməsi dünyada nəhəng miqyaslı insan tələfatına səbəb ola bilər. Düzdür, terrorçuların yaxın zamanlarda nüvə silahına malik olma şansları çox aşağı qiymətləndirilir.

Bioterrorizm kiçik həcmli terrorçu qruplar üçün ən səmərəli fəaliyyət növüdür. Onların yarada biləcəyi elmi laboratoriyaların ölçüsü adi mətbəx qədər ola bilər, istehsal cihazları isə adi çaydan boyda da ola bilər. Hərçənd ki, sibir yazvası, ospa və ya digər bucür virusların insan orqanizmində uzun müddət gizli qala bildiyini nəzərə alsaq, onda bucür bioloji hücumların qeydə alınmasına qədər bioterrorçular demək olar ki, öz məqsədlərinə çatmış olacaqlar və bütün bəşəriyyəti bucür viruslara yoluxdura biləcəklər.

Əksər terror aksiyaları əsasən adi silahların tətbiqi ilə həyata keçiriləcək. Partlayıcı maddə ilə yüklənmiş avtomobillərin işə salınması yenə də ənənəvi terror aktları olaraq qalacaq. Lakin gələcəkdə terrorçular daha güclü partlayıcı vasitələrdən və pilotsuz uçan cihazlardan istifadə edəcəklər.

Ekspertlərin fikrincə, hal-hazırda radioaktiv maddələr saçan cihazlar yenə də terrorçular üçün böyük maraq kəsb etməkdədir. Bucür silahlar insanlar arasında vahimə salmaq üçün çox effektiv üsul sayılır, çünki, bir çox insanlar bucür hücumların böyük insan itkisinə səbəb olacağını düşünür. Buna görə də terrorçular “sadələşdirilmiş nüvə silahı”nın istehsal edilməsi üsullarını axtarıb tapmağa çalışırlar. Onlar ilk növbədə bu texnologiyaları Rusiya və ya Pakistandan satın almağı və ya oğurlamağı düşünürlər. Hərçənd ki, terrorçuların həmin silahı əldə edəcəyi təqdirdə 100 % onu tətbiq edəcəyini də demək düzgün olmazdı.

Amma kimyəvi silahların tətbiqini də gözləmək lazımdır. Terrorçu qruplar ciddi cəhdlərlə kimyəvi texnologiyaların və vasitələrin əldə olunmasına çalışırlar.

Terrorçuların istifadə edə biləcəyi digər hücum növü də kompüterlər vasitəsilə ola bilər. Bucür hücumlar zamanı məlumat ötürmə şəbəkələrinin, o cümlədən internetin vacib elementləri sıradan çıxardıla bilər. Terrorçular həyati əhəmiyyət kəsb edən vacib obyektlərin məlumat ötürmə sistemlərini, informasiya infrastrukturlarının mühüm komponentlərini məhv edə bilərlər. Terrorçular dəfələrlə bəyan ediblər ki, ABŞ-ın avtomatlaşdırılmış idarəetmə sistemlərinin məhv edilməsi onların qarşısında duran ən mühüm məsələdir. Bucür hücumlar ölkə iqtisadiyyatı üçün çox ağır fəsadlar törədə bilər və vətəndaşların normal həyat fəaliyyətini tamamilə poza bilər.

ABŞ-ın KMŞ mütəxəssislərinin cızdığı çox acınacaqlı ssenari insanda gələcəklə bağlı çox pessimist fikirlər yaradır. Əgər nəzərə alsaq ki, texniki inkişaf fonunda terrorçuların mümkün hərəkətləri tam gözlənilməz nəticələr verə bilər, onda gələcəkdə təhlükəsiz dünyada yaşamaq qeyri-mümkün olacaq.

Fəlsəfə doktoru Əhməd Şahidov

Xəbərlər

Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb