Əsirlərimiz üçün nə edə bilərik?…

Əsirlərimiz üçün nə edə bilərik?…

Ana Sayfa » Yazılar » Əsirlərimiz üçün nə edə bilərik?…

shahidov
Dilqəm Əsgərov və Şahbaz Quliyev bizi gözləyir, bəs biz nəyi gözləyirik?!

Özümü tanıyandan həmişə ailə üzvlərim, yaxınlarım və sevdiklərim üçün həyəcan keçirmişəm. Məsələn, anam səhər işə gedəndə fikirləşmişəm ki, yolu keçəndə nəsə hadisə baş verər, atam telefona cavab verməyəndə tez ağlıma mənfi fikirlər gəlib, oğlumu bağçaya aparıb evə qayıdanda narahat olmuşam ki, birdən oğlumu bağçada müəlliməsi vurar və ya nə bilim, mən xaricdə olanda ailəmin mənə ehtiyacı olar və sairə. Bu fikirlər həmişə mənimlədir, bu hisslərlə yaşayıram və daha məsuliyyətli olmağa çalışıram – gün ərzində bir-neçə dəfə anama zəng edirəm, kefini soruşuram, atamla daha çox vaxt keçirməyə çalışıram, günaşırı oğlumun bağçasına qəfil gedib yoxlayıram… və inanın ki, rahatlayıram. Həm özüm rahat oluram, həm də yaxınlarımın rahat yaşamasına çalışıram.
Kəlbəcərdən olan həmvətənlərimizlə bağlı xəbərləri eşidəndən sonra içimə bir qayğı da dolub. Hər zaman o iki şəxsi düşünürəm – görəsən ermənilər onlara nə deyir, necə təhqir edir, alçaldır, döyür və söyürlər? Hər gün neçə dəfə onları soyuq kamerada içgəncələrə məruz qoyur, ac buraxır və gülürlər onlara? Görəsən, Dilqəm və Şahbaz gecələr necə ağlayır, sızıldayır və Allaha necə dualar edirlər… və bizim onları azad edəcəyimizi gözləyirlər? Gözləyə-gözləyə artıq bir ilin içində qocalıblar, əldən düşüblər, nələrə qatlanıblar ölməmək üçün, neçə dəfə özlərini saxlayıblar intihar etməmək üçün… bir Allah bilir.
Bir anlıq özümü onların yerinə qoyuram. Ya onların yerinə, ya da onların yaxınlarının yerinə. Çünki, o ağrını, o acını duymaq üçün gərək onu yaşayasan.
Bir anlıq fikirləşirəm ki, Dilqəm Əsgərov mənim atamdır və mən onun doğmaca oğluyam. Mən Bakıdayam, atam isə erməni əsirliyində. Heç bir səs-sorağ yoxdur atamdan, sadəcə, hər həftə erməni mətbuatında atamın foto və video görüntülərini görürəm. Görürəm və dəli oluram. Atamın o vəziyyətə düşdüyünü görmək bir oğul kimi məni öldürür, fikirləşin, görün atam nələr çəkər. Dəhşətdir… sadəcə təsəvvür etmək belə dəhşətdir.
Bir oğul kimi bütün varlığımla atamın xilası üçün çalışaram. Bilmirəm, konkret nə edərəm, hara gedərəm, amma evdə boş oturmaram. Dövlətdən xahiş edərəm, insanlardan, tanıdığım, bildiyim hər kəsdən kömək istəyərəm, bütün səfirliklərin qapısını döyərəm, BMT, ATƏT, Qırmızı Xaç, nə bilim daha haralara gedərəm. Yalvararam, ağlayaram, xahiş edərəm, tələb edərəm, yaxasından yapışıb atamın əsirlikdən buraxılması üçün nələrsə edilməsini istəyərəm.
Allahdan istəyərəm, gecə-gündüz dualar edərəm Yaradana! İnsanlar eşitməsə də, Allah hər şeyi eşidən və görəndir!
Gəlin, təsəvvür edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev təkcə mənim atam deyil, sizin əminiz, dayınız, qardaşınızdır! Hamımız nələrsə edək, nəsə etməyə çalışaq. Hər şeyi dövlətin üzərinə buraxmayaq, çünki biz də bu cəmiyyətin bir parçasıyıq. Atamız işdən gec gələndə, anamızın telefonuna zəng çatmayanda necə narahat oluruqsa, Dilqəm və Şahbaz barədə də elə narahat olaq!
Xaricdə oxuyan tələbələr, yaşayan və işləyən soydaşlarımız, sadəcə turist kimi hansısa ölkəyə səfər edən azərbaycanlılar, bilin ki, Dilqəm və Şahbaz sizlərdən nəsə gözləyir. Onlar göydə Allah, yerdə isə sizdən nəsə umur və gözləyir! Qarşınıza çıxan hər kəsə onlar haqqında danışın, hər kəlməniz Dilqəm və Şahbazla başlasın. Yorulmayın, çəkinməyin, utanmayın, usanmayın! Eybi yox, xaricdə sizə gülə də bilərlər, küçənin ortasında təkbaşına dayanan bu dəlinin kim olduğunu soruşub qəh-qəhə də çəkə bilərlər. Amma siz yolunuzdan dönməyin! Çünki, sizin hələ də nələrsə etdiyinizi düşünən iki nəfər var – Dilqəm Əsgərov və Şahbaz Quliyev. Onların gözünü yolda qoymayaq! Atamızı yolda qoymayaq! Qardaşlarımızı darda qoymayaq!

Əhməd Şahidov
14 Mart 2015-ci il
Vyana şəhəri, Avstriya

Xəbərlər

“Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb “Azərbaycan mətbuatı milli məsələlərdə çevik və həmrəydir” – Əhməd Şahidov “Azərbaycan mətbuatı milli məsələlərdə çevik və həmrəydir” – Əhməd Şahidov