Əhməd Şahidovun iki kitabı işıq üzü gördü – FOTO

Əhməd Şahidovun iki kitabı işıq üzü gördü – FOTO

Ana Sayfa » ƏSAS » Əhməd Şahidovun iki kitabı işıq üzü gördü – FOTO

Hal-hazırda Həcc ziyarətində olan alim və gənc yazar Əhməd Şahidovun iki yeni kitabı “Qanun” Nəşrlər Evində işıq üzü görüb. Biri roman, digəri isə şeirlər kitabı olan bu kitablar Ə.Şahidovun yaradıcılığında növbəti uğurlarıdır.

“Gecələr ağlayan qadın”

“Gecələr ağlayan qadın” müəllifin ikinci şeirlər kitabıdır. Tamamən sevgiyə, məhəbbətə, iki sevən insanın qarşılıqlı münasibətlərinə ithaf olunmuş bu şeirlərlə Əhməd Şahidov öz dünyasını, yaşanılmış, içdən gələn duyğularını tərənnüm edir.

Müəllifin birinci şeirlər kitabından fərqli olaraq, “Gecələr ağlayan qadın” adlı ikinci şeirlər kitabı daha dolğun, daha isti münasibətləri, iki sevən gəncin ehtiras dolu günlərini, vüsal, həsrət dolu anları ifadə edir.

Bu sevgidə sevən var, sevilən var, aylarla sevdiyi insanı gözləyən həsrət dolu gözlər var, gecələr göz yaşı axıdan bir xanım var. Bəli! Bu kitab bir xanıma, gülərüz, lakin içində burulğanlarla vuruşan sevən bir xanıma həsr olunub. Müəllif məhz o xanıma olan sevgisini ifadə edərək, bu şeirləri qələmə almış və həmin şeirləri bir kitab şəklində toplayaraq, kitabı “Gecələr ağlayan qadın” adlandırmışdır.

“Sevdiyim qadın” – bu kitabı buradan sifariş edə bilərsiz…

“Sevdiyim qadın” romanı gənc qələm adamı Əhməd Şahidovun ilk romanı, sayca üçüncü kitabıdır. Sevgi mövzusunda yazılmış romanın əsas qəhrəmanı Eyvaz gənc kəşfiyyatçı, eyni zamanda istedadlı alim və şairdir. Özündən 5 yaş böyük, Humay adlı kübar bir qadına aşiq olan gənc Eyvaz bütün karyerasını atıb, Moskvadakı işindən ayrılıb Bakıya qayıdır. Bakıda onu biri-birindən maraqlı macəralar gözləyir. Əsərdə romantik sevgi, ehtiras, xəyanət, rəqabət və həyat gerçəklikləri biri-birini əvəz edir. Birnəfəsə oxuyacağınız bu romanda erotik məqamlar və gərginlik çox maraqlı dillə təsvir olunub.

Evli bir qadına görə karyerasını məhv edən gənc,
Ehtiraslı sevgi əhvalatları,
Romantik şair təbiəti,
Böyük sevginin təzahürü,
Nəfəskəsən əməliyyat planı və digər hadisələr sizi tamam başqa bir aləmə aparacaq. Müəllif romanda xarakterləri açmağa ustalıqla nail olduğundan əsər olduqca maraqlı alınıb. Bir sözlə, “Sevdiyim qadın” romanı hamınızın sevərək oxuyacağınız bir romandır.

Hər iki kitabı “Əli və Nino” mağazalarından və şəhərimizin digər kitab mağazalarından əldə etmək olar.

Cəlil

Əhməd Şahidovun kitablarını buradan sifariş edə bilərsiniz…

Xəbərlər

Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb