Əhməd Şahidov TRT AVAZ kanalında Dağlıq Qarabağdan danışdı – FOTO – VİDEO
izmir escort - izmir escort bayan fethiye escort bayan 2013mersin.net

Əhməd Şahidov TRT AVAZ kanalında Dağlıq Qarabağdan danışdı – FOTO – VİDEO

Ana Sayfa » Çıxışlar » Əhməd Şahidov TRT AVAZ kanalında Dağlıq Qarabağdan danışdı – FOTO – VİDEO

trtCanlı yayında çıxış edən şair və yazar Əhməd Şahidov Azərbaycan ədəbiyyatı, müəllifi olduğu yeni kitabları barədə danışmış və yeni şeirlərini səsləndirmişdir

Xəbər verildiyi kimi, Türkiyədə işgüzar səfərdə olan şair və yazar, filologiya üzrə fəlsəfə doktoru Əhməd Şahidov 24 Dekabr tarixində TRT AVAZ kanalının “Stüdyo AVAZ” proqramının qonağı olmuşdur. Bir saatlıq canlı yayında Türkiyənin Tokat bölgəsindən gəlmiş yazar Ünal Kar da iştirak etmişdir.
Əsasən ədəbiyyat, vətənpərvərlik və Türk dünyası mövzularından bəhs edən proqramda çıxış edən Əhməd Şahidov Azərbaycan ədəbiyyatının bugünkü durumu, yazarların mövzu seçimi barədə öz fikirlərini bölüşmüş, daha sonra müəllifi olduğu kitabları barədə danışmış və aparıcının xahişi ilə bir-neçə şeir səsləndirmişdir. Türkiyəyə səfərini Dənizli şəhərində keçirilən V Beynəlxalq Dünya Dili Türkcə Sempozyumunda iştirak ilə başladığını bildirən Əhməd Şahidov həmin sempozyumda “Azəri türkcəsi və ortaq Türk dili” mövzusunda elmi çıxış etdiyini də TRT AVAZ tamaşaçılarının diqqətinə çatdırmışdır. Aparıcının çoxsaylı suallarını cavablandıran azərbaycanlı şair və yazar əsasən son romanı barədə ətraflı məlumat vermişdir. Əhməd Şahidovun sözlərinə görə, son aylar Azərbaycanda ən çox satılan kitablar sırasına daxil olan “Sevdiyim qadın” romanının digər əsərlərdən fərqi ondan ibarətdir ki, burada hazırda yaşayan və fəaliyyət göstərən canlı personajların adları real olaraq canlandırılmış və bu da mətbuatda, ayrı-ayrı ədəbiyyatçılar arasında geniş müzakirələrə səbəb olmuşdur.

200-ə yaxın şeir müəllifi olduğunu qeyd edən Əhməd Şahidov aparıcının xahişi ilə “Sevdiyim qadın” şeirini səsləndirmişdir. Daha sonra azərbaycanlı yazar Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ konflikti barədə söhbət açmış və Azərbaycanın gec-tez öz torpaqlarını düşmən işğalından azad edəcəyini ifadə etmişdir. Erməni həqiqətlərinin dünyaya çatdırılması istiqamətində görülən işlərdən söhbət açan Əhməd Şahidov özü ilə Azərbaycandan gətirdiyi bir-neçə kitabı, habelə üç dildə dərc olunmuş “Erməni Terroru” adlı ensiklopedik kitabı TRT AVAZ tamaşaçılarına təqdim etmiş və həmin kitab barədə ətraflı məlumat vermişdir.
Aparıcının “Daha çox hansı şəhər sizin üçün duyğusaldır?” sualına cavab olaraq, Əhməd Şahidov Bakını, Təbrizi, İstanbulu, Şuşa, Xankəndi və ümumiyyətlə Qarabağı çox sevdiyini bildirmiş, nə zamansa həmin torpaqlara qovuşacağı arzusu ilə yaşadığını kövrək duyğularla ifadə etmişdir. Sonda xalq şairi Zəlimxan Yaqubun “Bugün sabah dünya Türkün olacaq” şeirini səsləndirən Əhməd Şahidovun çıxışı böyük marağa səbəb olmuşdur.

Shahidov.com

trt7

trt

trt1

trt2

trt3

trt4

trt5

trt6

Xəbərlər

Azərbaycanlı girovların məsələsi Türkiyədə keçiriləcək “Xocalı Həftəsi”ndə qaldırılacaq Azərbaycanlı girovların məsələsi Türkiyədə keçiriləcək “Xocalı Həftəsi”ndə qaldırılacaq Əhməd Şahidov Albaniya Respublikasının Ombudsmanı xanım Erinda Ballanka ilə görüşüb Əhməd Şahidov Albaniya Respublikasının Ombudsmanı xanım Erinda Ballanka ilə görüşüb Əhməd Şahidov Albaniyanın xristian dini lideri Anastasios Yannoulatos ilə görüşüb Əhməd Şahidov Albaniyanın xristian dini lideri Anastasios Yannoulatos ilə görüşüb Əhməd Şahidov Türkiyənin Macarıstandakı səfirliyini ziyarət edib Əhməd Şahidov Türkiyənin Macarıstandakı səfirliyini ziyarət edib “AŞPA-nın Qış Sessiyasındakı fəaliyyətimiz azərbaycanlı girovlara beynəlxalq yanaşmanı dəyişmiş oldu” – Əhməd Şahidov “AŞPA-nın Qış Sessiyasındakı fəaliyyətimiz azərbaycanlı girovlara beynəlxalq yanaşmanı dəyişmiş oldu” – Əhməd Şahidov AŞPA-nın Qış Sessiyasında azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə müzakirələr aparılıb AŞPA-nın Qış Sessiyasında azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə müzakirələr aparılıb “AŞPA-nın Qış Sessiyasında azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsini qaldıracayıq” – Əhməd Şahidov “AŞPA-nın Qış Sessiyasında azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsini qaldıracayıq” – Əhməd Şahidov Əhməd Şahidov Şimali Kiprdə keçirilən Həmrəylik Günü və Yeni İl Bayramında çıxış edib Əhməd Şahidov Şimali Kiprdə keçirilən Həmrəylik Günü və Yeni İl Bayramında çıxış edib Əhməd Şahidov Həmrəylik Günü və Yeni İl münasibəti ilə Qax camaatını təbrik edib Əhməd Şahidov Həmrəylik Günü və Yeni İl münasibəti ilə Qax camaatını təbrik edib Şimali Kiprin “Kanal T” Televiziyasında azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə danışılıb Şimali Kiprin “Kanal T” Televiziyasında azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə danışılıb “Avropanın insan haqları təşkilatları Dağlıq Qarabağ münaqişəsinə göz yumurlar” – Əhməd Şahidov CBC Azərbaycan kanalına müsahibə verib “Avropanın insan haqları təşkilatları Dağlıq Qarabağ münaqişəsinə göz yumurlar” – Əhməd Şahidov CBC Azərbaycan kanalına müsahibə verib “Yaxın aylarda azərbaycanlı girovların azad ediləcəyinə inanırıq və bu istiqamətdə fəaliyyətimizi gücləndirmişik” – Əhməd Şahidov “Yaxın aylarda azərbaycanlı girovların azad ediləcəyinə inanırıq və bu istiqamətdə fəaliyyətimizi gücləndirmişik” – Əhməd Şahidov Avropa Parlamentində 2 yaşlı Zəhranın qətlə yetirilməsi barədə məlumat verilib Avropa Parlamentində 2 yaşlı Zəhranın qətlə yetirilməsi barədə məlumat verilib Əhməd Şahidov Şimali Kipr Türk Cümhuriyyətinin Macarıstandakı səfirliyini ziyarət edib Əhməd Şahidov Şimali Kipr Türk Cümhuriyyətinin Macarıstandakı səfirliyini ziyarət edib Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb