Əhməd Şahidov Moldovalı ombudsmanla görüşdü – FOTO

Əhməd Şahidov Moldovalı ombudsmanla görüşdü – FOTO

Ana Sayfa » Görüşlər » Əhməd Şahidov Moldovalı ombudsmanla görüşdü – FOTO

md292TURSAM rəhbəri Əhməd Şahidov Moldovanın ombudsmanı Aureliya Qriqoriuya Azərbaycan bayrağı hədiyyə edib 
TURSAM Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Əhməd Şahidov Moldova Respublikasının Parlament vəkili (Ombudsmanı) xanım Aureliya Qriqoriu ilə görüşüb. Görüş zamanı Moldovalı Ombudsman ötən ilin İyul ayının 4-də Ermənistan Konstitusiya Məhkəməsinin təşkil etdiyi “Avropa Şurasının üzvü olan ölkələrdə hüquq aliliyi və sərhədlərə dair Avropa standartlarına uyğun mülahizə” adlı beynəlxalq konfransda çıxışına görə ona qarşı təşkil olunan hücumlar haqqında ətraflı məlumat vermiş və Azərbaycan həqiqətlərini ermənilərin və bütün dünyanın üzünə dediyinə görə, ona olan təzyiqlərdən danışmışdır. Xanım Aureliya Qriroriu Yerevandakı çıxışında Ermənistan hakimiyyətini Azərbaycanın ərazilərini işğal etməkdə və Azərbaycan xalqına qarşı soyqırımı törətməkdə ittiham etmiş və onu təcavüzkar kimi qiymətləndirərək Ermənistanın beynəlxalq hüquqlara riayət etmədiyini bildirmişdi.

Görüş zamanı xanım Aureliya Qriroriu təəssüflə bildirdi ki, Ermənistan parlamentində çıxışından sonra təzyiqlərə və təhdidlərə məruz qalaraq onun ölkəni tərk etməsinə əngəllər yaradılmışdı. Moldova parlamentinin səlahiyyətli üzvü təhlükə və təqiblərə məruz qalaraq, hətta şantaj edilərək, ondan Ermənistandan rəsmi şəkildə üzr istəməsi tələb olunmuş, əks halda qisas alınacağı bildirilmişdi.

Yerevandakı məlum çıxışından sonra Azərbaycanda qəhrəman kimi qarşılanan və Azərbaycan xalqının sevimlisinə çevrildiyini vurğulayan TURSAM rəhbəri Əhməd Şahidov bir daha Moldovalı ombudsmana bu şücaətinə görə dərin təşəkkürünü bildirmiş və gələcəkdə bu istiqamətdə ikitərəfli əməkdaşlığın zəruri olduğunu diqqətə çatdırmışdır. Moldovanın da ərazi bütövlüyü ilə bağlı oxşar probleminin olduğunu diqqətə çatdıran Moldovalı ombudsman Azərbaycanda da bu konflikt barədə tədbirlərin keçirilməsini və Azərbaycan insanının da Dnestryanı münaqişə barədə məlumatlandırılmasını istədi.

TURSAM rəhbəri Əhməd Şahidov Azərbaycan həqiqətlərini bütün dünyada yaydığına görə, Moldova ombudsmanı xanım Aureliya Qriroriuya üçrəngli Azərbaycan bayrağını və özünün qələmə aldığı “Sıfır Nöqtəsi” romanını hədiyyə etmişdir.

md3

md2

md1

Xəbərlər

Əhməd Şahidov Şimali Kipr Türk Cümhuriyyətinin Macarıstandakı səfirliyini ziyarət edib Əhməd Şahidov Şimali Kipr Türk Cümhuriyyətinin Macarıstandakı səfirliyini ziyarət edib Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb “Azərbaycan və Serbiya ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir” – Serbiya Parlamentinin vitse-spikeri ilə görüş “Azərbaycan və Serbiya ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir” – Serbiya Parlamentinin vitse-spikeri ilə görüş Əhməd Şahidov Serbiya Respublikasının Ombudsmanı cənab Zoran Paşaliç ilə görüşüb Əhməd Şahidov Serbiya Respublikasının Ombudsmanı cənab Zoran Paşaliç ilə görüşüb Əhməd Şahidov Bosniya və Herseqovinanın Ombudsmanı ilə görüşdə Azərbaycan həqiqətləri barədə danışıb Əhməd Şahidov Bosniya və Herseqovinanın Ombudsmanı ilə görüşdə Azərbaycan həqiqətləri barədə danışıb Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi ATƏT-in Vyana toplantısında gündəmə gətirilib Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi ATƏT-in Vyana toplantısında gündəmə gətirilib Əhməd Şahidov ATƏT-in Vyana toplantısında Avropanın təhlükəsizliyində azad medianın rolu barədə danışıb Əhməd Şahidov ATƏT-in Vyana toplantısında Avropanın təhlükəsizliyində azad medianın rolu barədə danışıb “İnsan hüquq və azadlıqları ölkələrin milli təhlükəsizliyini məhdudlaşdırmamalıdır” – Əhməd Şahidov ATƏT-in Vyana toplantısında çıxış edib “İnsan hüquq və azadlıqları ölkələrin milli təhlükəsizliyini məhdudlaşdırmamalıdır” – Əhməd Şahidov ATƏT-in Vyana toplantısında çıxış edib “Google və Facebook terrorizm və separatizm üçün əlverişli meydana çevrilib” – Əhməd Şahidov ATƏT-də internet təhlükəsizliyindən danışıb “Google və Facebook terrorizm və separatizm üçün əlverişli meydana çevrilib” – Əhməd Şahidov ATƏT-də internet təhlükəsizliyindən danışıb Macarıstan İşgəncələr Əleyhinə Fondu azərbaycanlı girovlarla bağlı araşdırmalara başlayır Macarıstan İşgəncələr Əleyhinə Fondu azərbaycanlı girovlarla bağlı araşdırmalara başlayır Əhməd Şahidov Budapeştdə Mərkəzi Avropa Universitetinin Siyasi Elmlər Mərkəzinin rəhbəri ilə görüşüb Əhməd Şahidov Budapeştdə Mərkəzi Avropa Universitetinin Siyasi Elmlər Mərkəzinin rəhbəri ilə görüşüb Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib