Əhməd Şahidov Milli Kitab Mükafatının təşkilatçılarına müraciət ünvanladı
izmir escort - izmir escort bayan fethiye escort bayan 2013mersin.net

Əhməd Şahidov Milli Kitab Mükafatının təşkilatçılarına müraciət ünvanladı

Ana Sayfa » Xəbərlər » Əhməd Şahidov Milli Kitab Mükafatının təşkilatçılarına müraciət ünvanladı

shahidovGənc yazar Əhməd Şahidov “Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərliyə açıq məktub ünvanlayıb

Ə.Şahidov qələmə aldığı “Sevdiyim qadın” romanının Milli Kitab Mükafatının açıqladığı ilk iyirmiliyə salınmamasına etiraz edib. Yazar müsaqibənin ədalətli aparılmadığını, seçimin obyektiv olmadığını bildirib.

Əhməd Şahidovun müsabiqənin təşkilatçısı, “Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərliyə ünvanladığı müraciəti olduğu kimi təqdim edirik:

“Hörmətli Nigar xanım! Bu məktubu Sizə yazmaqda məqsədim təşkilatçısı olduğunuz Milli Kitab Mükafatının açıqladığı 20 ən yaxşı əsərlə bağlı fikirlərimi bildirməkdir. “Uzun siyahı” adlanan bu siyahıda MKM-ə təqdim edilən ən yaxşı 20 əsərin daxil edildiyi barədə mətbuatda oxudum. MKM-nin ekspertlər şurasına Azərbaycanda tanınan kifayət qədər yaradıcı insan daxildir. Məhz buna inanaraq və seçimlərin ədalətli keçiriləcəyinə ümid bəsləyərək, mən də öz romanımla sizin yarışmada iştirak etmək qərarına gəlmişdim.

Hələ yarışmaya qatılmazdan əvvəl mənə verilən bəzi məsləhətlərə qulaq asmamışdım. MKM-nin tanışlıq və şəxsi əlaqələr əsasında seçim etdiyini eşidəndə buna inanmaq istəmirdim, heç indi də inanmıram. Ən azından Sizin kimi insanın buna yol verəcəyinə inanmağım gəlmir.
Bir müəllif kimi, öz romanımın üstün cəhətləri barədə uzun-uzadı danışmaq fikrindən uzağam. Necə deyərlər, “heç kəs öz ayranına turş deməz”. Odur ki, Sizə bir müəllif kimi deyil, sadəcə bir vətəndaş kimi, bir oxucu kimi müraciət etmək istəyirəm.
Hələ çapdan çıxmamış geniş müzakirələrə səbəb olan, satışa verildikdən sonra həm mətbuatda, həm də sosial şəbəkələrdə geniş müzakirələrə yol açan, tərif, tənqid, hətta təhqirlərlə müşayiət olunsa da, minlərlə insanın haqqında danışdığı, elə sizin rəhbəri olduğunuz “Əli və Nino” mağazalar şəbəkəsinin rəsmi internet saytında Noyabr ayı ərzində ən çox satılan kitablar içərisində birinci yeri tutan, Türkiyə və Şimali Kiprdə təqdimat mərasimləri keçirilən bir əsərin – mənim müəllifi olduğum “Sevdiyim qadın” romanının Milli Kitab Mükafatına təqdim edilən əsərlər içərisində ilk 20-ə düşməməsi bir qədər təəccüblü görünmürmü, Sizcə?!

Əslində, bir əsərin sevilməsi, populyarlıq qazanması üçün hər hansı yarışmaların gəldiyi nəticələr o qədər də əhəmiyyət kəsb etmir. Amma ən azından ədalətli seçim aparılırsa, yaxşıya yaxşı, pisə pis qiymət vermək vacibdir.
Mən Milli Kitab Mükafatı ətrafında baş verən qalmaqalların tarixinə də nəzər saldım. 2011-ci ildə qalibi seçərkən münsiflər heyətindən Rəşad Məcid, Rəbiyyət Aslanova, Vaqif Səmədoğlu və Çingiz Abdullayevin istefa verməsi, daha sonra müsabiqədə iştirak edən insanların seçimin aparılması ilə bağlı sərt tənqidi fikirləri və digər faktlar MKM-in təcrübəsində bucür halların yaşandığından xəbər verir. Təbii ki, bucür narazılıqların təkrarlanmamasını istərdim.
Digər tərəfdən, özüm də bir müəllif olaraq, MKM-də iştirak etdiyimdən, romanımın ilk 20-ə düşməməsinə açıq şəkildə münasibət bildirmək və müsabiqənin imicini aşağı salmaq fikrindən uzağam. Özüm hal-hazırda təhsilimlə bağlı Azərbaycandan kənarda olduğumdan, Sizə bucür müraciət etmək qərarına gəldim. Bu məktubu Sizə yazmaqla ilkin seçimlərdən narazı qaldığımı bildirirəm və gələcəkdə hansı addımları atacağınızı Sizin öz vicdanınıza buraxaraq, sadəcə susuram…

Hörmətlə Əhməd ŞAHİDOV”

Xəbərlər

Azərbaycanlı girovların məsələsi Türkiyədə keçiriləcək “Xocalı Həftəsi”ndə qaldırılacaq Azərbaycanlı girovların məsələsi Türkiyədə keçiriləcək “Xocalı Həftəsi”ndə qaldırılacaq Əhməd Şahidov Albaniya Respublikasının Ombudsmanı xanım Erinda Ballanka ilə görüşüb Əhməd Şahidov Albaniya Respublikasının Ombudsmanı xanım Erinda Ballanka ilə görüşüb Əhməd Şahidov Albaniyanın xristian dini lideri Anastasios Yannoulatos ilə görüşüb Əhməd Şahidov Albaniyanın xristian dini lideri Anastasios Yannoulatos ilə görüşüb Əhməd Şahidov Türkiyənin Macarıstandakı səfirliyini ziyarət edib Əhməd Şahidov Türkiyənin Macarıstandakı səfirliyini ziyarət edib “AŞPA-nın Qış Sessiyasındakı fəaliyyətimiz azərbaycanlı girovlara beynəlxalq yanaşmanı dəyişmiş oldu” – Əhməd Şahidov “AŞPA-nın Qış Sessiyasındakı fəaliyyətimiz azərbaycanlı girovlara beynəlxalq yanaşmanı dəyişmiş oldu” – Əhməd Şahidov AŞPA-nın Qış Sessiyasında azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə müzakirələr aparılıb AŞPA-nın Qış Sessiyasında azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə müzakirələr aparılıb “AŞPA-nın Qış Sessiyasında azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsini qaldıracayıq” – Əhməd Şahidov “AŞPA-nın Qış Sessiyasında azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsini qaldıracayıq” – Əhməd Şahidov Əhməd Şahidov Şimali Kiprdə keçirilən Həmrəylik Günü və Yeni İl Bayramında çıxış edib Əhməd Şahidov Şimali Kiprdə keçirilən Həmrəylik Günü və Yeni İl Bayramında çıxış edib Əhməd Şahidov Həmrəylik Günü və Yeni İl münasibəti ilə Qax camaatını təbrik edib Əhməd Şahidov Həmrəylik Günü və Yeni İl münasibəti ilə Qax camaatını təbrik edib Şimali Kiprin “Kanal T” Televiziyasında azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə danışılıb Şimali Kiprin “Kanal T” Televiziyasında azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə danışılıb “Avropanın insan haqları təşkilatları Dağlıq Qarabağ münaqişəsinə göz yumurlar” – Əhməd Şahidov CBC Azərbaycan kanalına müsahibə verib “Avropanın insan haqları təşkilatları Dağlıq Qarabağ münaqişəsinə göz yumurlar” – Əhməd Şahidov CBC Azərbaycan kanalına müsahibə verib “Yaxın aylarda azərbaycanlı girovların azad ediləcəyinə inanırıq və bu istiqamətdə fəaliyyətimizi gücləndirmişik” – Əhməd Şahidov “Yaxın aylarda azərbaycanlı girovların azad ediləcəyinə inanırıq və bu istiqamətdə fəaliyyətimizi gücləndirmişik” – Əhməd Şahidov Avropa Parlamentində 2 yaşlı Zəhranın qətlə yetirilməsi barədə məlumat verilib Avropa Parlamentində 2 yaşlı Zəhranın qətlə yetirilməsi barədə məlumat verilib Əhməd Şahidov Şimali Kipr Türk Cümhuriyyətinin Macarıstandakı səfirliyini ziyarət edib Əhməd Şahidov Şimali Kipr Türk Cümhuriyyətinin Macarıstandakı səfirliyini ziyarət edib Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb