Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb
izmir escort - izmir escort bayan fethiye escort bayan 2013mersin.net

Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb

Ana Sayfa » Tədbirlər » Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb

İyulun 24-də Gəncədə şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının dəstəyi və İslahatçı Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Gənc bloggerlər Məktəbi” layihəsinin açılışı olub.

Tədbirdə Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev, şəhər İcra Hakimiyyətinin nümayəndəsi Kənan Məmmədov, İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı, hüquq müdafiəçisi Əhməd Şahidov, “Azxeber” saytının direktoru Əfsələddin Ağalarov, internet mütəxəssisi Azər Niftiyev və gənclər iştirak ediblər.

“Gənc bloggerlər Məktəbi” layihəsinin keçirilməsində məqsəd Gəncə şəhərində gənclərdən ibarət internet mediaya yaxından yiyələnən, internet media ilə bağlı bilikləri yüksək olan və internet medianın imkanlarından milli maraqlar naminə istifadəyə hazır olan gənclər qruplarının yaradılmasıdır.

Tədbiri giriş sözü ilə açan YAP Gəncə şəhər Təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətindən,  gənclərə göstərilən diqqət və qayğıdan danışıb. O, qeyd edib ki, gənclər onlara yaradılan şəraitdən yararlanaraq dövlətimizə və dövlətçiliyimizə öz sadiqliyini nümayiş etdirməli, hər sahədə olduğu kimi, virtual aləmdə, sosial şəbəkələrdə, informasiya sahəsində də fəallıq göstərməli, dövlətin həyata keçirdiyi tədbirlər, eləcə də Azərbaycanın üzləşdiyi problemlər haqqında məlumatların dünya ictimaiyyətinə çatdırılmasında yaxından iştirak etməlidirlər.

Müasir dövrdə internet medianın ən kütləvi təsir vasitəsi olduğunu bildirən şəhər İcra Hakimiyyətinin nümayəndəsi Kənan Məmmədov bu cür layihələrin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı, Azxeber” saytının direktoru Əfsələddin Ağalarov, internet mütəxəssisi Azər Niftiyev çıxış edərək, internetin açdığı imkanlar, bloqçuluq fəaliyyəti, onun əhəmiyyəti və informasiya savaşındakı rolu haqqında fikirlərini bildirib, təlimlərin Gəncədə blogger fəaliyyəti ilə məşğul olmaq istəyənlərə, xüsusən də gənclərə müəyyən təkan verəcəyini qeyd ediblər.

Daha sonra təlimlərə start verilib. Gənclər qarşısında çıxış edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov sosial media və onun əhəmiyyəti, gənclərin elektron təbliğat prosesində fəal iştirakı və Azərbaycanın milli maraqları naminə fəaliyyəti barədə geniş interaktiv məruzə söyləyib. Maraqlı diskussiya şəklində keçən müzakirələr zamanı gənclər öz təklifləri ilə çıxış edib, Azərbaycanın informasiya savaşında onların üzərinə düşən vəzifələrin icrası ilə bağlı fikirlər səsləndirilib.

Xəbərlər

“Avropanın insan haqları təşkilatları Dağlıq Qarabağ münaqişəsinə göz yumurlar” – Əhməd Şahidov CBC Azərbaycan kanalına müsahibə verib “Avropanın insan haqları təşkilatları Dağlıq Qarabağ münaqişəsinə göz yumurlar” – Əhməd Şahidov CBC Azərbaycan kanalına müsahibə verib “Yaxın aylarda azərbaycanlı girovların azad ediləcəyinə inanırıq və bu istiqamətdə fəaliyyətimizi gücləndirmişik” – Əhməd Şahidov “Yaxın aylarda azərbaycanlı girovların azad ediləcəyinə inanırıq və bu istiqamətdə fəaliyyətimizi gücləndirmişik” – Əhməd Şahidov Avropa Parlamentində 2 yaşlı Zəhranın qətlə yetirilməsi barədə məlumat verilib Avropa Parlamentində 2 yaşlı Zəhranın qətlə yetirilməsi barədə məlumat verilib Əhməd Şahidov Şimali Kipr Türk Cümhuriyyətinin Macarıstandakı səfirliyini ziyarət edib Əhməd Şahidov Şimali Kipr Türk Cümhuriyyətinin Macarıstandakı səfirliyini ziyarət edib Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb “Azərbaycan və Serbiya ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir” – Serbiya Parlamentinin vitse-spikeri ilə görüş “Azərbaycan və Serbiya ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir” – Serbiya Parlamentinin vitse-spikeri ilə görüş Əhməd Şahidov Serbiya Respublikasının Ombudsmanı cənab Zoran Paşaliç ilə görüşüb Əhməd Şahidov Serbiya Respublikasının Ombudsmanı cənab Zoran Paşaliç ilə görüşüb Əhməd Şahidov Bosniya və Herseqovinanın Ombudsmanı ilə görüşdə Azərbaycan həqiqətləri barədə danışıb Əhməd Şahidov Bosniya və Herseqovinanın Ombudsmanı ilə görüşdə Azərbaycan həqiqətləri barədə danışıb Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi ATƏT-in Vyana toplantısında gündəmə gətirilib Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi ATƏT-in Vyana toplantısında gündəmə gətirilib Əhməd Şahidov ATƏT-in Vyana toplantısında Avropanın təhlükəsizliyində azad medianın rolu barədə danışıb Əhməd Şahidov ATƏT-in Vyana toplantısında Avropanın təhlükəsizliyində azad medianın rolu barədə danışıb “İnsan hüquq və azadlıqları ölkələrin milli təhlükəsizliyini məhdudlaşdırmamalıdır” – Əhməd Şahidov ATƏT-in Vyana toplantısında çıxış edib “İnsan hüquq və azadlıqları ölkələrin milli təhlükəsizliyini məhdudlaşdırmamalıdır” – Əhməd Şahidov ATƏT-in Vyana toplantısında çıxış edib “Google və Facebook terrorizm və separatizm üçün əlverişli meydana çevrilib” – Əhməd Şahidov ATƏT-də internet təhlükəsizliyindən danışıb “Google və Facebook terrorizm və separatizm üçün əlverişli meydana çevrilib” – Əhməd Şahidov ATƏT-də internet təhlükəsizliyindən danışıb Macarıstan İşgəncələr Əleyhinə Fondu azərbaycanlı girovlarla bağlı araşdırmalara başlayır Macarıstan İşgəncələr Əleyhinə Fondu azərbaycanlı girovlarla bağlı araşdırmalara başlayır Əhməd Şahidov Budapeştdə Mərkəzi Avropa Universitetinin Siyasi Elmlər Mərkəzinin rəhbəri ilə görüşüb Əhməd Şahidov Budapeştdə Mərkəzi Avropa Universitetinin Siyasi Elmlər Mərkəzinin rəhbəri ilə görüşüb Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib