Əhməd Şahidov Gəncədə keçirilən “Sosial Media Məktəbi”ndə gənclər qarşısında çıxış edib
izmir escort - izmir escort bayan fethiye escort bayan 2013mersin.net

Əhməd Şahidov Gəncədə keçirilən “Sosial Media Məktəbi”ndə gənclər qarşısında çıxış edib

Ana Sayfa » Çıxışlar » Əhməd Şahidov Gəncədə keçirilən “Sosial Media Məktəbi”ndə gənclər qarşısında çıxış edib

Fevralın 13-də Gəncə şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “İslahatçı Gənclər” İctimai Birliyi tərəfindən “Sosial Media Məktəbi” layihəsinin açılış mərasimi keçirilib.

“Sosial Media Məktəbi” layihəsinin açılış mərasimində YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov, Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Kənan Məmmədov, təlimçilər və gənclər iştirak ediblər.

Gəncə şəhərində 13-14 Fevral tarixlərində baş tutan təlimlərə 400-ə yaxın gənc qatılıb. İki gündə 4 təlimin keçiriləcəyi media layihəsinin məqsədi gənclərə yeni media bilikləri aşılamaq, onun bütün üstünlükləri barədə onlara bilik və bacarıqlar, sosial mediadan effektiv istifadə qaydaları öyrətmək, bununla yanaşı gənclərin sosial media sahəsində inkişafına töhfə verməkdir.

“Sosial Media Məktəbi”ndə gənclər qarşısında çıxış edən hüquq müdafiəçisi Əhməd Şahidov sosial media və internetin gənclərin formalaşmasında və şəxsiyyət kimi yetişməsində rolu barədə danışıb. Sosial medianın müasir qloballaşan dünyada ciddi platformaya çevrildiyini diqqətə çatdıran Əhməd Şahidov gənclərin bu imkanlardan maksimum yararlanmasının və öz gələcək həyat və yaradıcılığında sosial mediaya geniş yer verilməsinin zəruriliyindən söz açıb.

Sosial medianın fərdi inkişaf üçün hədsiz imkanlara malik olduğunu deyən natiq cəmiyyətin və dövlətin maraqlarının təmin olunmasında da sosial medianın geniş imkanlar açdığını bildirib. İnformasiya savaşının bugün böyük əhəmiyyət daşıdığını diqqətə çatdıran hüquq müdafiəçisi Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın tale yüklü məsələlərində internet şəbəkəsinin paralel cəbhə olduğunu və bu cəbhədə məhz gənclərin önəmli mövqe tutduqlarını xüsusi vurğulayıb. Müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycan həqiqətlərinin çatdırılması zamanı sosial medianın imkanlarından yararlanaraq, daha effektiv nəticələr əldə olunmasının yolları barədə şəxsi təcrübəsini bölüşən ADİHİ rəhbəri Əhməd Şahidov Azərbaycanın son illər informasiya və təbliğat savaşında Ermənistanı qabaqladığını və dünyadakı mövcud ikili standartlar fonunda Azərbaycan həqiqətlərinin çatdırılmasının mümkünlüyünü də önə çəkib.

Xəbərlər

Azərbaycanlı girovların məsələsi Türkiyədə keçiriləcək “Xocalı Həftəsi”ndə qaldırılacaq Azərbaycanlı girovların məsələsi Türkiyədə keçiriləcək “Xocalı Həftəsi”ndə qaldırılacaq Əhməd Şahidov Albaniya Respublikasının Ombudsmanı xanım Erinda Ballanka ilə görüşüb Əhməd Şahidov Albaniya Respublikasının Ombudsmanı xanım Erinda Ballanka ilə görüşüb Əhməd Şahidov Albaniyanın xristian dini lideri Anastasios Yannoulatos ilə görüşüb Əhməd Şahidov Albaniyanın xristian dini lideri Anastasios Yannoulatos ilə görüşüb Əhməd Şahidov Türkiyənin Macarıstandakı səfirliyini ziyarət edib Əhməd Şahidov Türkiyənin Macarıstandakı səfirliyini ziyarət edib “AŞPA-nın Qış Sessiyasındakı fəaliyyətimiz azərbaycanlı girovlara beynəlxalq yanaşmanı dəyişmiş oldu” – Əhməd Şahidov “AŞPA-nın Qış Sessiyasındakı fəaliyyətimiz azərbaycanlı girovlara beynəlxalq yanaşmanı dəyişmiş oldu” – Əhməd Şahidov AŞPA-nın Qış Sessiyasında azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə müzakirələr aparılıb AŞPA-nın Qış Sessiyasında azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə müzakirələr aparılıb “AŞPA-nın Qış Sessiyasında azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsini qaldıracayıq” – Əhməd Şahidov “AŞPA-nın Qış Sessiyasında azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsini qaldıracayıq” – Əhməd Şahidov Əhməd Şahidov Şimali Kiprdə keçirilən Həmrəylik Günü və Yeni İl Bayramında çıxış edib Əhməd Şahidov Şimali Kiprdə keçirilən Həmrəylik Günü və Yeni İl Bayramında çıxış edib Əhməd Şahidov Həmrəylik Günü və Yeni İl münasibəti ilə Qax camaatını təbrik edib Əhməd Şahidov Həmrəylik Günü və Yeni İl münasibəti ilə Qax camaatını təbrik edib Şimali Kiprin “Kanal T” Televiziyasında azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə danışılıb Şimali Kiprin “Kanal T” Televiziyasında azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə danışılıb “Avropanın insan haqları təşkilatları Dağlıq Qarabağ münaqişəsinə göz yumurlar” – Əhməd Şahidov CBC Azərbaycan kanalına müsahibə verib “Avropanın insan haqları təşkilatları Dağlıq Qarabağ münaqişəsinə göz yumurlar” – Əhməd Şahidov CBC Azərbaycan kanalına müsahibə verib “Yaxın aylarda azərbaycanlı girovların azad ediləcəyinə inanırıq və bu istiqamətdə fəaliyyətimizi gücləndirmişik” – Əhməd Şahidov “Yaxın aylarda azərbaycanlı girovların azad ediləcəyinə inanırıq və bu istiqamətdə fəaliyyətimizi gücləndirmişik” – Əhməd Şahidov Avropa Parlamentində 2 yaşlı Zəhranın qətlə yetirilməsi barədə məlumat verilib Avropa Parlamentində 2 yaşlı Zəhranın qətlə yetirilməsi barədə məlumat verilib Əhməd Şahidov Şimali Kipr Türk Cümhuriyyətinin Macarıstandakı səfirliyini ziyarət edib Əhməd Şahidov Şimali Kipr Türk Cümhuriyyətinin Macarıstandakı səfirliyini ziyarət edib Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb