Əhməd Şahidov: “Bizi haqq mübarizəmizdən yayındırmaq və tariximizi unutdurmaq istəyirlər”

Əhməd Şahidov: “Bizi haqq mübarizəmizdən yayındırmaq və tariximizi unutdurmaq istəyirlər”

Ana Sayfa » Müsahibələr » Əhməd Şahidov: “Bizi haqq mübarizəmizdən yayındırmaq və tariximizi unutdurmaq istəyirlər”

shahidov292Müsahibimiz TURSAM Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, fəlsəfə doktoru Əhməd Şahidovdur

Bugün dünya ölkələri Ermənistanın işğalçı siyasətinə münasibətdə fərqli mövqe nümayiş etdirirlər. Sizcə, bu hansı səbəblərdən irəli gəlir?

– Çox maraqlı mövzudur. Ən azından Azərbaycanın 25 ildir ki, canını ağrıdan bir məsələdir. Bugün dünyada haqq-ədalətdən danışmaq bir qədər nisbidir. Məncə, daha çox kimə münasibətdə haqq-ədalət prinsiplərinin tətbiq edildiyini araşdırmaq lazımdır. Bugün xristian dünyasında, xüsusən də Qərb ölkələrində – ABŞ və Avropada sıradan bir vətəndaşın ən primitiv hüquqları tapdananda bütün cəmiyyət, tanınmış hüquq-müdafiə təşkilatları həyəcan təbili çalır və həmin insanı qoruyurlar. Amma müsəlman dünyasında hər gün insanlar qətl edilir, kimsə bundan danışmır.

Azərbaycan da müsəlman dünyasının bir parçası olduğundan, bu ikili standartlar bizə də şamil olunmaqdadır. Ermənistanın bəşəriyyət üçün heç bir əhəmiyyəti olmasına baxmayaraq, sadəcə din faktorundan çıxış edərək, həmin ölkəyə dəstək verənlər, hətta ermənilərin işğalçı siyasətinə göz yumanlar tapılmaqdadır. Bundan başqa, Ermənistanın müstəqil bir ölkə olmadığı, daha çox Rusiyanın forpostu kimi çıxış etməsi və güclü erməni diasporunun fəaliyyəti dünya ictimaiyyətinin Ermənistanın işğalçı siyasətinə göz yummasına gətirib çıxarır.

Çox maraqlıdır ki, artıq bir çox ölkələr münaqişənin həlli üçün ortaq layihələrin reallaşmasında maraqlıdırlar. Sizcə, bunun əsas səbəbi nədir: Ermənistanın niyyətini ört basdır eləmək, yoxsa həqiqətən yardımçı olmaq?

Mən birmənalı şəkildə Azərbaycan torpaqları işğaldan qurtulmayınca Ermənistanla hər hansı ortaq layihələrə imza atmağın əleyhinəyəm. Çünki, bu cür addımlar Azərbaycan insanının unutqanlığına hesablanıb. Bununla bizi haqq mübarizəmizdən yayındırmaq və tarixi unutdurmaq istəyirlər. Necə ola bilər ki, sənin evini talan etmiş, ailə üzvlərini qətlə yetirmiş, 7 yaşlı övladını divara mismarlamış bir insanla ortaq bir iş görəsən?! Hələ itirdiklərimizi geri qaytarmamağı və elədiklərinə görə üzr istəməməyi bir yana, gəlib bizim iqtisadi layihələrimizə də şərik olacaqlar?! Biz 1813, 1828, 1988-ci il hadisələrindən heçmi dərs götürməmişik?!

Birgə layihələrə imza atıb düşmənimizi bəsləyək və gələcəkdə yeni-yeni işğallara rəvac verək, deyirsiz?! Əsla!

Siz elm adamı, gənc alim kimi dünyanın bir çox ölkələrində olmusunuz. Konkret ermənilərin təcavüzkar və işğalçı siyasətini, Azərbaycan həqiqətlərini dünya birliyinə çatdırmaq üçün hansı işləri görmüsünüz?

Bir Azərbaycan vətəndaşı kimi gündəlik ünsiyyətimizdə həmişə Azərbaycan həqiqətlərini bütün dünyaya bəyan etməkdəyik. Bunu sosial şəbəkələrdə də edirik. Çoxlu əcnəbi dostlarımız var, onlarla ünsiyyətdə Dağlıq Qarabağ mövzusu hər zaman danışılır. İndiyə kimi dünyanın bir çox ölkələrində müxtəlif elmi konfrans və simpoziumlarda olmuşam. Türkiyə, Şimali Kipr, Rusiya, Ukrayna, Polşa, Kosovo və digər ölkələrdə Azərbaycanın işğala uğradığını və bir milyon qaçqınımızın olduğunu deyirik.

Konkret olaraq, yola saldığımız 2013-cü ili götürsək, deyə bilərəm ki, TURSAM Strateji Araşdırmalar Mərkəzi olaraq, Türkiyənin iki universitetində – İsparta şəhərində yerləşən Süleyman Dəmirəl Universitetində və Burdur şəhərində yerləşən Mehmet Akif Ersoy Universitetində “Türkiyə-Azərbaycan əlaqələri”nə həsr olunmuş konfrans təşkil elədik və orada Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağdan, xüsusən də Xocalı soyqırımından danışdıq. Ötən ilin Sentyabr ayında Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in beynəlxalq toplantısında iştirak etdim və 200 ölkə nümayəndəsinin qarşısında çıxışlar etdim. 10 gün davam edən iclaslarda işğal olunmuş torpaqlarımız, bir milyon qaçqınımız, Azərbaycanın terrorla mübarizəsi və bu kimi digər mövzularda çıxışlar elədim. Çıxışlarım o qədər sərt və sərrast idi ki, hətta Ermənistan nümayəndəsi iki dəfə mənim çıxışıma etiraz əlaməti olaraq, bəyanat yaydı. Ötən ilin 25 Fevral tarixində Şimali Kipr Parlamentində Xocalı sərgisi təşkil elədik, bir gun sonra – ayın 26-da isə Türkiyənin Dənizli şəhərində yerləşən Pamukkale Universitetində Xocalı soyqırımı ilə bağlı tədbir keçirdik.

Ötən illərdə də bu kimi tədbirlər keçirmişik. Düşünürəm ki, gələcəkdə də Azərbaycanla bağlı silsilə tədbirlər keçirməliyik və bu, bizim bir vətəndaş borcumuzdur.

Bugün gedən elmi, siyasi, intellektual müharibədə gənclərin rolunu necə qiymətləndirirsiniz?

Ümumiyyətlə, gənclər cəmiyyətin aparıcı qüvvəsidir. 2003-cü ildə ölkə başçısı postuna gənc, perspektivli və intellektual bir şəxsin seçilməsi Azərbaycanda gənclərin qarşısında çox böyük üfiqlər açmış oldu. Ötən illər bir daha sübut etdi ki, ölkə gəncləri bütün sahələrdə öz sözünü deməyi bacarır.

Düşmənlə mübarizədə də əsas yük biz gənclərin çiyinlərinə düşür. Məhz bizlər Azərbaycanın başının üstünü alan qara buludları dağıtmalı və ölkəmizi dünyanın aparıcı ölkələrindən birinə çevirməliyik. Düşünürəm ki, buna bizim gücümüz, iradəmiz və savadımız çatar.

Azxeber.com

Xəbərlər

Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb “Azərbaycan və Serbiya ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir” – Serbiya Parlamentinin vitse-spikeri ilə görüş “Azərbaycan və Serbiya ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir” – Serbiya Parlamentinin vitse-spikeri ilə görüş Əhməd Şahidov Serbiya Respublikasının Ombudsmanı cənab Zoran Paşaliç ilə görüşüb Əhməd Şahidov Serbiya Respublikasının Ombudsmanı cənab Zoran Paşaliç ilə görüşüb Əhməd Şahidov Bosniya və Herseqovinanın Ombudsmanı ilə görüşdə Azərbaycan həqiqətləri barədə danışıb Əhməd Şahidov Bosniya və Herseqovinanın Ombudsmanı ilə görüşdə Azərbaycan həqiqətləri barədə danışıb Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi ATƏT-in Vyana toplantısında gündəmə gətirilib Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi ATƏT-in Vyana toplantısında gündəmə gətirilib Əhməd Şahidov ATƏT-in Vyana toplantısında Avropanın təhlükəsizliyində azad medianın rolu barədə danışıb Əhməd Şahidov ATƏT-in Vyana toplantısında Avropanın təhlükəsizliyində azad medianın rolu barədə danışıb “İnsan hüquq və azadlıqları ölkələrin milli təhlükəsizliyini məhdudlaşdırmamalıdır” – Əhməd Şahidov ATƏT-in Vyana toplantısında çıxış edib “İnsan hüquq və azadlıqları ölkələrin milli təhlükəsizliyini məhdudlaşdırmamalıdır” – Əhməd Şahidov ATƏT-in Vyana toplantısında çıxış edib “Google və Facebook terrorizm və separatizm üçün əlverişli meydana çevrilib” – Əhməd Şahidov ATƏT-də internet təhlükəsizliyindən danışıb “Google və Facebook terrorizm və separatizm üçün əlverişli meydana çevrilib” – Əhməd Şahidov ATƏT-də internet təhlükəsizliyindən danışıb Macarıstan İşgəncələr Əleyhinə Fondu azərbaycanlı girovlarla bağlı araşdırmalara başlayır Macarıstan İşgəncələr Əleyhinə Fondu azərbaycanlı girovlarla bağlı araşdırmalara başlayır Əhməd Şahidov Budapeştdə Mərkəzi Avropa Universitetinin Siyasi Elmlər Mərkəzinin rəhbəri ilə görüşüb Əhməd Şahidov Budapeştdə Mərkəzi Avropa Universitetinin Siyasi Elmlər Mərkəzinin rəhbəri ilə görüşüb Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb