Əhməd Şahidov: “Avropa ilə Azərbaycan arasındakı buzlar əriməlidir”

Əhməd Şahidov: “Avropa ilə Azərbaycan arasındakı buzlar əriməlidir”

Ana Sayfa » Müsahibələr » Əhməd Şahidov: “Avropa ilə Azərbaycan arasındakı buzlar əriməlidir”

nilsMüsahibimiz Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidovdur

Əhməd bəy, hazırda Azərbaycanda vətəndaş cəmiyyətinin durumunu necə dəyərləndirirsiniz? Zaman-zaman bəzi Avropa qurumları Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında problemlərin olduğunu iddia edirlər. Buna münasibətiniz necədir?

Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti barədə birmənalı fikir söyləmək çətindir. Şübhəsiz ki, problemlər var və bu problemlərin bəziləri rəsmi qurumlar tərəfindən yaradılırsa da, əksər hissəsi elə həmin QHT-lər tərəfindən buraxılan səhvlərin nəticəsi kimi qiymətləndirilməlidir. Hər bir ölkə kimi Azərbaycanın da ehtiyyat etdiyi, haradasa özünün milli maraqları üçün təhlükə hesab etdiyi məqamlar var. Həmin istiqamətdə fəaliyyət göstərən QHT-lərə və ya vətəndaş cəmiyyətinin fəallarına ciddi nəzarət olunur. Bu, normaldır. Çünki, şəffaf fəaliyyət göstərən hər hansı QHT bucür nəzarətdən narahat olmamalıdır. Əfsuslar olsun ki, bəzi QHT-lərin fəaliyyəti heç də həmişə şəffaf olmur. Milli maraqlara zidd fəaliyyətdən tutmuş, korrupsiya hallarına qədər – bir sıra ciddi qanun pozuntularına yol vermiş vətəndaş cəmiyyəti üzvlərimiz də var.

Lakin burada bir məqamı unutmaq olmaz – bucür QHT-lərə qarşı qanuni çərçivədə mübarizə aparmaq və onların fəaliyyətini qanunla məhdudlaşdırmaq doğru olardı. Heç də həmişə buna rast gəlmirik və bu da Avropa qurumlarının diqqətindən yayınmır. Nəticədə, Avropanın insan haqları təşkilatları ölkəmizlə bağlı arzuolunmaz hesabatlar və bəyanatlar yayırlar.

Sizcə, dövlət başçısının Avropaya səfəri və orada keçirdiyi görüşlərdə söylədiyi fikirlər Azərbaycan barədə bundan sonra müsbət fikrin formalaşmasına gətirib çıxaracaqmı?

Bilirsiniz, Azərbaycan prezidenti İlham Əliyevin Avropaya son səfərləri istənilən halda müsbət haldır və ölkəmizin Avropaya inteqrasiyaya meylli olduğunu göstərir. Bucür səfərlər nə qədər çox olsa, Avropa ilə Azərbaycan arasındakı buzlar bir o qədər tez əriyər və eyni zamanda Azərbaycan həqiqətlərinin Avropada qəbul olunması məsələsi də öz həllini tapar. Bu, həm də təbliğat məsələsidir, diaspor fəaliyyətidir. Bunu təkcə ölkə başçısı deyil, hər birimiz – siz, biz, xüsusən də vətəndaş cəmiyyətinin fəalları etməlidir. Çünki, Azərbaycan bizim hamımızın vətənidir.

Yeri gəlmişkən hələ də Azərbaycanda xarici kəşfiyyata işləyən QHT-lərin olduğu bildirilir. Sizcə, bu kimi QHT-lərə qarşı hansısa bir tədbir görülməlidirmi?

Bu barədə danışmaq üçün konkret faktların olması zəruridir. Kiminsə, istər QHT nümayəndəsi olsun, istərsə də sadə vətəndaş, xarici kəşfiyyatla əlaqələri varsa və milli maraqlara zidd fəaliyyət göstərirsə, bunun qarşısı vaxtında alınmalı və həmin şəxs cinayət məsuliyyətinə cəlb olunmalıdır. Amma “xarici kəşfiyyata işləmək” məsələsini də adiləşdirmək və hamıya birmənalı şəkildə bu damğanı vurmaq düzgün deyil. Əgər kimsə durub Azərbaycan hökumətini tənqid edirsə və ya beynəlxalq təşkilatlarla sıx əlaqələrə malikdirsə, həmin şəxsə casus, agent damğası vurmaq da reallıqdan uzaqlaşmaq anlamına gəlir. Düşünürəm ki, bu kimi məsələlərdə diqqətli olmaq lazımdır. Bunu müvafiq dövlət orqanlarının öhdəsinə buraxmalıyıq. Hər halda onlar kimin hansı fəaliyyətlə məşğul olduğunu daha aydın bilirlər.

Təşkilat olaraq yaxın vaxtlarda Avropada hansı görüşlər keçirməyi nəzərdə tutmusunuz?

Rəhbərlik etdiyim Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu Avropanın bir çox qurumları, habelə ATƏT, AŞPA, AB və digər beynəlxalq insan haqları təşkilatları ilə sıx əlaqələrə malikdir. Fevral ayının ikinci ongünlüyündən başlayaraq, Avstriya, İsveçrə və Polşada keçiriləcək tədbirlərdə iştirak edəcək, müxtəlif görüşlər keçirəcəyik. Həmin görüşlərdə həm də Azərbaycanımızın problemlərini qaldıracaq, azərbaycanlı əsirlər və Xocalı soyqırımı barədə də danışacayıq.

Bundan başqa, ADİHİ-nin ərəb ölkələri ilə, xüsusən də Qətərlə sıx əlaqələrinin olduğunu bilirik. Bu yaxınlarda Qətərin paytaxtı Doha şəhərində imzalayacağınız memorandum barədə bir qədər məlumat verməyinizi istərdik. Bu sənəd özündə nələri ehtiva edəcək və hansı sahələri əhatə edəcək?

Bizim Qətər Milli İnsan Haqları Komitəsi ilə yaxın əlaqələrimiz mövcuddur. Mən ötən ilin Noyabr ayında Doha şəhərində keçirilən beynəlxalq insan haqları konfransına qatılmışdım. Məhz həmin tədbirdə Qətərin baş naziri və digər rəsmi şəxsləri ilə qısa tanışlığım da oldu. Son bir-neçə ay davam edən danışıqlardan sonra Qətər Milli İnsan Haqları Komitəsi ilə əməkdaşlıq haqqında memorandum imzalamaq qərarına gəlmişik və bu ay ərzində həmin sənədi Doha şəhərində imzalamaq niyyətindəyik. Sənəddə iki qurum arasında informasiya mübadiləsindən tutmuş, konkret layihələrin həyata keçirilməsinə qədər bütün sahələrdə əməkdaşlıq öz əksini tapıb.

Təşkilatınız Xocalı soyqırımının ildönümü ilə bağlı Polşada etiraz aksiyası keçirməyi nəzərdə tutur. Bu aksiyaya dəstək verən digər təşkilat və qurumlar da olacaqmı?

Bəli, Fevral ayının 26-də Polşanın paytaxtı Varşava şəhərində Ermənistanın bu ölkədəki səfirliyi qarısında etiraz aksiyası keçirməyi düşünürük. Bunu ADİHİ olaraq, deyil, bir azərbaycanlı olaraq, həyata keçirəcəyik. Bu təşəbbüs məndən gəlib və sağ olsun, Avropada yaşayan gənc dostlarım bu işdə mənə yaxından yardımçı olacaqlar. İnşallah, Azərbaycanımızın haqq səsini bir daha çatdıra biləcəyik.

Ümumiyyətlə, Xocalı soyqırımının dünyada tanıdılması yönündə QHT-lər olaraq hansı addımların atılmasını zəruri sayırsınız və nə təklif edirsiniz?

Təkcə Xocalı soyqırımı ilə bağlı deyil, ümumiyyətlə Azərbaycanın dünyada tanıdılması istiqamətində daha əzmlə çalışmaq, özü də bunu təkcə dövlətin işi sanmayıb, həm də vətəndaş mövqeyi olaraq qəbul etmək lazımdır. Hər birimiz yaşadığımız ölkədə, şəhərdə bu barədə danışmalı və daha çox insanı bu barədə məlumatlandırmalıyıq. Konkret Xocalı soyqırımı ilə bağlı kifayət qədər tədbirlər görülüb və bugün də bu soyqırım faktı ilə bağlı dünyanın dörd bir yanında aksiyalar, tədbirlər keçirilməkdədir. Bütün dünya ictimaiyyəti bu soyqırımı qəbul edənə qədər bu barədə danışmalıyıq, müzakirələr aparmalıyıq, lazım gəlsə, ermənilərlə mübahisələrə də girişməliyik. Necə deyərlər, mübarizə aparmalıyıq və qalib gəlməliyik.

ADİHİ Mətbuat Xidməti

Xəbərlər

Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb “Azərbaycan və Serbiya ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir” – Serbiya Parlamentinin vitse-spikeri ilə görüş “Azərbaycan və Serbiya ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir” – Serbiya Parlamentinin vitse-spikeri ilə görüş Əhməd Şahidov Serbiya Respublikasının Ombudsmanı cənab Zoran Paşaliç ilə görüşüb Əhməd Şahidov Serbiya Respublikasının Ombudsmanı cənab Zoran Paşaliç ilə görüşüb Əhməd Şahidov Bosniya və Herseqovinanın Ombudsmanı ilə görüşdə Azərbaycan həqiqətləri barədə danışıb Əhməd Şahidov Bosniya və Herseqovinanın Ombudsmanı ilə görüşdə Azərbaycan həqiqətləri barədə danışıb Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi ATƏT-in Vyana toplantısında gündəmə gətirilib Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi ATƏT-in Vyana toplantısında gündəmə gətirilib Əhməd Şahidov ATƏT-in Vyana toplantısında Avropanın təhlükəsizliyində azad medianın rolu barədə danışıb Əhməd Şahidov ATƏT-in Vyana toplantısında Avropanın təhlükəsizliyində azad medianın rolu barədə danışıb “İnsan hüquq və azadlıqları ölkələrin milli təhlükəsizliyini məhdudlaşdırmamalıdır” – Əhməd Şahidov ATƏT-in Vyana toplantısında çıxış edib “İnsan hüquq və azadlıqları ölkələrin milli təhlükəsizliyini məhdudlaşdırmamalıdır” – Əhməd Şahidov ATƏT-in Vyana toplantısında çıxış edib “Google və Facebook terrorizm və separatizm üçün əlverişli meydana çevrilib” – Əhməd Şahidov ATƏT-də internet təhlükəsizliyindən danışıb “Google və Facebook terrorizm və separatizm üçün əlverişli meydana çevrilib” – Əhməd Şahidov ATƏT-də internet təhlükəsizliyindən danışıb Macarıstan İşgəncələr Əleyhinə Fondu azərbaycanlı girovlarla bağlı araşdırmalara başlayır Macarıstan İşgəncələr Əleyhinə Fondu azərbaycanlı girovlarla bağlı araşdırmalara başlayır Əhməd Şahidov Budapeştdə Mərkəzi Avropa Universitetinin Siyasi Elmlər Mərkəzinin rəhbəri ilə görüşüb Əhməd Şahidov Budapeştdə Mərkəzi Avropa Universitetinin Siyasi Elmlər Mərkəzinin rəhbəri ilə görüşüb Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb