Əhməd Şahidov Almaniya Bundestaqının Ombudsmanı ilə görüşdü – FOTO

Əhməd Şahidov Almaniya Bundestaqının Ombudsmanı ilə görüşdü – FOTO

Ana Sayfa » ƏSAS » Əhməd Şahidov Almaniya Bundestaqının Ombudsmanı ilə görüşdü – FOTO

bundestag292May ayının 7-də TURSAM Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Əhməd Şahidov Berlin şəhərində Almaniya Bundestaqının Ombudsman Komitəsinin rəhbəri xanım Kerşten Ştainke ilə görüşmüşdür. Bundestaq binasının inzibati binasında baş tutan rəsmi qəbul zamanı Almaniyanın ombudsmanı Kertşten Ştainke rəhbərlik etdiyi qurum haqqında ətraflı məlumat vermiş, vətəndaşlardan qəbul etdikləri şikayət və məktubların araşdırılması mexanizmi haqqında danışmışdır. Daha sonra Almaniya Bundestaqının fəaliyyəti barədə ətraflı danışan almaniyalı ombudsman TURSAM Strateji Araşdırmar Mərkəzinin fəaliyyəti barədə maraqlanmışdır.

Rəhbərlik etdiyi qurum barədə almaniyalı ombudsmana məlumat verən Əhməd Şahidov həyata keçirdikləri layihə və görüşlər barədə xanım Ştainkeyə məlumat vermişdir. Almaniya təcrübəsinin mənimsənilməsinin Azərbaycan üçün zəruri olduğunu vurğulayan Əhməd Şahidov gələcəkdə Almaniya Bundestaqı ilə TURSAM arasında əməkdaşlıq edilməsi barədə təkliflə çıxış etmişdir. Əməkdaşlıqdan məmnun olacağını ifadə edən xanım Kerşten Ştainke TURSAM təşkilatına hərtərəfli dəstək verə biləcəklərini demiş və Əhməd Şahidovun gələcəkdə Bundestaqda araşdırma apara biləcəyini də vurğulamışdır.

Görüşün rəsmi hissəsindən sonra Kerşten Ştainke TURSAM rəhbərinə Bundestaq binasını göstərmiş və tarixi əhəmiyyət kəsb edən Parlament binası haqqında ətraflı məlumat vermişdir. Görüşdə DAK Polşa Nümayəndəliyinin rəhbəri Nail Əhməd də iştirak etmişdir.

Görüş zamanı TURSAM rəhbəri Əhməd Şahidov azərbaycanlı əsir və itkin düşmüş şəxslər barədə hazırlanmış “Bizi əsirlikdən qurtarın” kitabını Almaniyanın Bundestaq Ombudsmanına təqdim etmişdir.

Xəbərlər

Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb