Əhməd Şahidov: “Yaponiya bütün dünyaya sübut etdi ki, dövlət öz ordusu, yeraltı-yerüstü sərvətləri ilə deyil, məhz insan kapitalı ilə liderlik edə bilər”

Əhməd Şahidov: “Yaponiya bütün dünyaya sübut etdi ki, dövlət öz ordusu, yeraltı-yerüstü sərvətləri ilə deyil, məhz insan kapitalı ilə liderlik edə bilər”

Ana Sayfa » Müsahibələr » Əhməd Şahidov: “Yaponiya bütün dünyaya sübut etdi ki, dövlət öz ordusu, yeraltı-yerüstü sərvətləri ilə deyil, məhz insan kapitalı ilə liderlik edə bilər”
Layihə çərçivəsində müsahibimiz Bakı Slavyan Universitetinin Diplomatiya və xarici siyasət kafedrasının müəllimi, fəlsəfə doktoru Əhməd Şahidovdur.
– Bir gənc alim və ali məktəb müəllimi kimi Azərbaycan təhsilinin insan  kapitalının formalaşdırılması baxımından hazırkı rolunu necə görürsünüz?
– Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də irəliləyiş müşahidə olunmaqdadır.Düzdür, bu inkişaf istənilən sürətlə və məzmunla getməsə də, günü-gündən nələrisə öyrənir, hansısa müsbət dəyişikliyin şahidi oluruq. Məsələn, ilk dəfə test imtahanı üsulunun tətbiq edilməsi, daha sonra universitetlərimizdə yeni ixtisasların açılması, Boloniya sisteminin tətbiq edilməsi və bu kimi digər cəhətlər artıq Azərbaycan təhsilini irəliyə aparmaqdadır. Amma hələ ki mükəmməllikdən danışmaq tezdir. Bu baxımdan Azərbaycan təhsilinin tam şəkildə insan kapitalının formalaşdırılmasına xidmət etdiyini söyləmək düzgün olmazdı. Amma inanıram ki, yaxın illərdə bu sahədə də ilkin cücərtiləri görə biləcəyik. Belə ki, artıq ayrı-ayrı təhsil müəssisələri, onların rektorları tərəfindən olsa da, bu cür təşəbbüslər həyata keçirilir. Yaxşı olardı ki, bu fəaliyyət birbaşa təhsil sistemi tərəfindən ardıcıl şəkildə həyata keçirilsin və ölkə rəhbərliyi də həmin təşəbbüsün uğurla həyata keçirilməsi üçün bütün imkanları səfərbər etsin.
– Azərbaycan təhsilində insan kapitalının tam təmin edilməsi ilə bağlı hansı islahatlara ehtiyac var?
– Ümumiyyətlə, mən təhsildə yeniliklərin tərəfdarıyam. Öncə gənclərə geniş imkanlar açılmalıdır. Çünki cəmiyyətdə ən yenilikçi, ən favorit və ən məhsuldar təbəqə də məhz gənclərdir. Sovet təhsil sisteminin yetirməsi olan bir sıra insanların müasir Azərbaycan təhsili üçün hansısa səmərəli yeniliklər edəcəyinə ümidim azdır.  Konkret təkliflərə gəlincə, istərdim ki, ali təhsil müəssisələrinin maddi-texniki bazaları genişləndirilsin. Çünki savadlı kadr hazırlamaq üçün təkcə nəzəriyyə deyil, eyni zamanda zəngin təcrübə də lazımdır. Məsələn, tez-tez xarici ölkələrdə, xüsusən də Türkiyədə təşkil olunan beynəlxalq elmi konfranslarda iştirak edirəm. İnandırım sizi, qardaş ölkədəki universitetlərin maddi-texniki bazası, binası, laboratoriyaları, konfrans zalları adamı heyrətə gətirir. Bir universitet təkcə 4-5 mərtəbəli binadan ibarət olmamalıdır. Universitetin onlarla konfrans zalları, kitabxanaları, yüzlərlə dinləyicini təmin edə biləcək mühazirə zalları olmalı, həmin məkanlarda müasir texniki avadanlıqlar quraşdırılmalıdır ki, universitetə daxil olan tələbə dərs bitdikdən sonra dərhal evə qaçmasın. Tələbəni günün sonuna qədər universitetdə saxlaya biləcək mühit formalaşdırılmalıdır. Əfsuslar olsun ki, bizdə bu cür imkanlar yoxdur, bizdə adi dərs keçməyə auditoriyalar çatışmır. Təbii ki, bu cür təhsil prosesinin yetişdirdiyi tələbədən də gələcəkdə Vətəni, dövləti, xalqı üçün kifayət qədər savadlı kadr yetişdirmək çox çətin olur. Bu, məsələnin bir tərəfi. Digər tərəfdən tələbələrimizin ölkə daxilində, eləcə də xaricdə ciddi təcrübə keçə bilmələri üçün maliyyə ayrılmalıdır. Tələbənin təhsil aldığı müddətdə digər işlərdə çalışmaması və bütün vaxtını, enerjisini bilik və təcrübə qazanmağa yönəltməsi üçün onun sosial ehtiyacları dövlət tərəfindən tam ödənilməlidir. O cümlədən, müəllimlərin aylıq maaşları dünya miqyasında təmin edilməlidir. Yenilikçi gənclər üçün təhsil qrantları ayrılmalıdır, təhsil sahəsində çalışacaq QHT-lərə dövlət tərəfindən ciddi dəstək olmalıdır. Ölkəmiz nüfuzlu beynəlxalq elm və təhsil konfrans, simpozium və sərgilərinə ev sahibliyi etməlidir. Məsələn, bu yaxınlarda Bakıda keçirilən “Beynəlxalq münasibətlər üzrə alimlərin birinci illik simpoziumu” bu istiqamətdə atılan ilk ciddi addım kimi dəyərləndirilə bilər. Məhz bu cür sanballı beynəlxalq elmi tədbirlərin daha intensiv keçirilməsi ölkəmizin insan kapitalının inkişafına gətirib çıxarar.
– Təhsilin keyfiyyətinin yüksəldilməsi və innovativ təhsil standartları tətbiq etmək üçün hansı işlər həyata keçirilməlidir?
– İlk növbədə şəffaf təhsil sistemi qurulmalıdır. Elə bir mühit qurulmalıdır ki, gənclərimiz universitetə yaxşı qiymət almaq üçün deyil, yaxşı bilik qazanmaq üçün gəlsinlər. Təhsildə şablonçuluğa və lazımsız ənənələrə son qoyulmalıdır. Universitetlər gənclərimiz üçün sadəcə vaxt keçirmək naminə gəldikləri məkan deyil, ciddi elmi biliklərə yiyələnmək, həmin biliklərin real təcrübədə tətbiq olunacağı bir müəssisə olmalıdır. Universitetdə təhsil alan tələbə əmin olmalıdır ki, təhsilini başa vurduqdan sonra dövlət onu ixtisasına uyğun, yüksək maaşlı real iş yerləri ilə təmin edə biləcək. Müasir tələblərlə ayaqlaşan yeni ixtisaslar açılmalıdır. Bir nümunə göstərmək istəyirəm. Məsələn, bu yaxınlarda çalışdığım Bakı Slavyan Universitetində yeni ixtisas açılmaq üzrədir. Turizm və hotelçilik adlı bu ixtisas ilk baxışdan BSU-nun profilinə uyğun görünməyə bilər, amma bir qədər dərindən düşünsək, görərik ki, ölkəmizə hər il milyona yaxın əcnəbi qonaq gəlir. Onların əksər hissəsi məhz slavyan ölkələrindən ölkəmizə təşrif buyurur. Qonaqları ölkəmizlə yaxından tanış edə biləcək, Azərbaycan tarixini, mədəniyyətini bilən savadlı, bilikli, eyni zamanda əcnəbi dillərdə mükəmməl danışan gənc kadrlara ehtiyac duyulmaqdadır. Bu baxımdan BSU təkcə əcnəbi dil öyrətməməli, eyni zamanda əcnəbi dildə mükəmməl bilən turizm və hotelçilik üzrə ixtisaslı kadrlar da hazırlamalıdır. Təhsil sahəsindəki iş elə qurulmalıdır ki, ali təhsil müəssisələrimiz ölkəmizin ehtiyaclarını ödəyə biləcək kadrlar yetişdirməli və həmin kadrlar ehtiyac olan yerlərdə işlə təmin olunmalıdırlar. Bu günümüz üçün o qədər lazımsız peşələr var ki, tələbələrimizi həmin ixtisaslara yiyələndirməyin nə dövlətə, nə də həmin tələbələrə gərəyi yoxdur.
– İnsan kapitalının formalaşdırılması baxımından texniki təhsillə bağlı çox işlərin lazım gəldiyi deyilir. Siz nə düşünürsünüz?
– Sizinlə tam razıyam. Əfsuslar olsun ki, hal-hazırda Azərbaycanda texniki elmlərə maraq xeyli azalıb. Əksinə, gənclərin əksəriyyəti humanitar elmlərə can atırlar. Bu da ölkədə humanitar sahələrdə çalışan vətəndaşların məvaciblərinin daha yüksək olması ilə bağlıdır. Məsələn, bir gənc gələcəyini qurarkən seçim qarşısında qalır. Riyaziyyatçı olsun, yoxsa hüquqşünas?! Ətrafdakı riyaziyyatçıların həyat tərzinə nəzər yetirir – maaşları az, sosial təminat sıfır səviyyəsində, yeni ixtiralar üçün resurslar məhdud. Digər tərəfdən hüquqşünaslar daha çox maaş alır, hüquq-mühafizə orqanlarında çalışanlar daha güclü sosial təminata malikdirlər. Bir ölkədə ki, polis nəfərinin aylıq maaşı elmlər doktoru, professorun aylıq maaşından dəfələrlə çoxdur, onda bu ölkədə insan kapitalının formalaşması ləngiyəcək.Məncə, Azərbaycan artıq özünün inkişaf mərhələsinə qədəm qoymaqdadır. Yeni zavodlar, istehsalat müəssisələri, müdafiə sənayesi obyektləri istifadəyə verilir. Azərbaycan artıq müasir növ silahlar istehsal edir. İlkin dövrlərdə bu istehsal prosesində xaricdən dəvət olunmuş mütəxəssislər iştirak edirsə, tədricən bu sahədə də yerli kadrlara üstünlük verilməlidir. Bunun üçün ali təhsil müəssisələrimiz texniki elmlərə üstünlük verməli, bu sahədə ciddi kadrlar yetişdirməli, elmi ixtiraları, kəşfləri məhz texniki sahələrdə həyata keçirməlidirlər. Çünki xaricdən dəvət olunmuş mütəxəssislərin Azərbaycanda fəaliyyət göstərməsi külli miqdarda vəsait hesabına başa gəlir. Həmin vəsaiti yerli kadrların yetişdirilməsinə yönəltmək daha məqsədəuyğun olardı. İndi ölkəmizə güclü fiziklər, kimyaçılar, riyaziyyatçılar, İT peşəkarlar, kosmos mütəxəssisləri çox lazımdır.
– Peşə təhsili ilə bağlı hansı işlər görülməlidir? Siz təhsillə bağlı şəxs kimi nə düşünürsünüz?
– Çox ağrılı məqama toxundunuz. Təbii ki, peşə təhsili də mühüm əhəmiyyət kəsb edən sahələrdəndir. Bu istiqamətdə əsasən maddi-texniki baza yenilənməli, ixtisaslar bir daha nəzərdən keçirilməli və müasir dövr ilə ayaqlaşan profillər üzrə kadrlar hazırlanmalıdır. Daha çox kompyuter texnologiyası ilə bağlı mütəxəssislərə ehtiyac duyulmaqdadır. Çünki ölkə sənayesinin bir çox sahələrində ali təhsilə  ehtiyac duyulmayan, lakin kompyuter biliklərinə yiyələnmiş orta səviyyəli kadrlara tələbat olur. Mən əslində problemlərin mövcudluğu baxımından peşə təhsil müəssisəsi olan texnikumlarla ali təhsil müəssisələri arasında elə bir ciddi fərq görmürəm. Universitetlərimizdə çatışmayan cəhətlər elə texnikumlara da şamil oluna bilər.
– Hansı sahələr və ixtisaslarla bağlı bizdə insan kapitalı sahəsində boşluq duyulur?
– Mən bu gün Azərbaycanın fizikasını, kimyasını, riyaziyyatını, astronomiyasını, kibernetikasını duya bilmirəm. Bu sahələrdə ciddi nüfuza malik, dünya çapında qəbul olunan azərbaycanlı mütəxəssis tanımıram. Bəlkə var, mənim xəbərim yoxdur?! Azərbaycanda kifayət qədər neft-qaz mütəxəssisi, hüquqşünas, ədəbiyyatçı, tarixçi var, amma bu sahələr yalnız daxili ehtiyaclar üçün nəzərdə tutulub. Biz Avropa bazarını, Nobel mükafatını ciddi fiziklərimizlə, riyaziyyatçılarımızla fəth etməliyik. Müasir Azərbaycanımıza güclü turizm mütəxəssisləri, İKT peşəkarları lazımdır. Ölkəmizi xaricdə tanıda biləcək, beynəlxalq səviyyədə tədbirlər təşkil etmək iqtidarında olan güclü piar-menecerlərə ehtiyac duyulmaqdadır.
– Bu sahələri doldurmaq üçün xüsusi proqram həyata keçirilməlidirmi?
– Təbii. Dövlət bu sahədə ciddi addımlar atmalı, bu ixtisaslar üzrə kadr potensialı hazırlanmalı, ali təhsil müəssisələrində yeni ixtisaslar açılmalıdır. Bu sahədə çalışacaq şəxslərin sosial təminatı maksimum həddə çatdırılmalıdır. Onların təcrübə keçmələri üçün xarici ölkələrin ən güclü universitetləri ilə birgə proqramlar həyata keçirilməlidir. Mən inanıram ki, bütün zəruri şərtlər yaradılsa, Azərbaycan bu sahədə də öncüllərdən ola biləcək. Gəlin nəzər yetirək. Nəyə görə, ölkəmizin neft-qaz sənayesi inkişaf edib, nəyə görə bu sahədə ölkəmiz kadr çatışmazlığı ilə üzləşmir?! Cavab aydındır. Çünki dövlət bu sahəyə ciddi maliyyə ayırır. Universitetlərdə bu ixtisaslara ciddi nəzarət mövcuddur, bu ixtisaslı kadrlar çoxpilləli yoxlamalardan keçdikdən sonra yüksək məvacibli işlə təmin olunurlar. Təsadüfi deyil ki, hazırda ölkəmizdə neft strukturunda çalışanların maaşı digər sahələrə nisbətən qat-qat çoxdur. Bu da sonda həmin sahəyə marağın artmasına, gənclərin neft-qaz sənayesində çalışmaq üçün can atmalarına gətirib çıxarır.
– İKT sahəsinin hazırda ən vacib sahələrdən birinə çevrildiyini qeyd etdiniz. Bu sahədə insan kapitalı potensialımızı necə qiymətləndirirsiniz?
– Bu sahədə Azərbaycanın uğurları kifayət qədərdir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ölkənin İKT sahəsində ciddi uğurlara imza atıb. Ölkənin telefonlaşdırılmasından tutmuş, mobil rabitədəki son uğurlara qədər, o cümlədəm ölkə rəhbərliyinin göstərişi ilə “AzərKosmos” ASC-nin yaradılması regiondakı digər ölkələrə nisbətən Azərbaycanın öndə olmasından xəbər verir. O cümlədən “KÜR” kompyuter zavodunun var gücü ilə işləməsi, respublikada 3G texnologiyasının və digər innovativ texnologiyaların tətbiq edilməsi Azərbaycanda İT sahəsində ciddi irəliləyişlərin olmasından xəbər verir. Amma yenə də bu sahədə ixtisaslı kadrların hazırlanmasına ciddi ehtiyac duyulmaqdadır. Çünki İKT sahəsinə rəhbərlik edən insanların əksəriyyəti həvəskarlardan ibarətdir.
– Azərbaycanın rəqabətli dünyada önə çıxması üçün hansı ölkələrin müvafiq təcrübəsindən bu sahədə yararlanmasını istərdiniz?
– Mən çox istərdim ki, Azərbaycan insan kapitalı sahəsində Yaponiyanın, Almaniyanın, ABŞ-ın təcrübəsindən yararlansın. Sadəcə Yaponiyanı qeyd etmək kifayətdir ki, insan ağlı ilə dünyanı fəth etməyin nə anlam kəsb etdiyini başa düşəsən. Yaponiya bütün dünyaya sübut etdi ki, dövlət öz ordusu, yeraltı-yerüstü sərvətləri ilə deyil, məhz insan kapitalı ilə liderlik edə bilər.

Xəbərlər

Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb