Əhməd Şahidov: “İndi Azərbaycanımızın gözəl kimyaçılara, istedadlı kibernetiklərə, peşəkar kosmik tədqiqatçılara, bioloq və ekoloqlara ehtiyacı var”

Əhməd Şahidov: “İndi Azərbaycanımızın gözəl kimyaçılara, istedadlı kibernetiklərə, peşəkar kosmik tədqiqatçılara, bioloq və ekoloqlara ehtiyacı var”

Ana Sayfa » Müsahibələr » Əhməd Şahidov: “İndi Azərbaycanımızın gözəl kimyaçılara, istedadlı kibernetiklərə, peşəkar kosmik tədqiqatçılara, bioloq və ekoloqlara ehtiyacı var”

Layihə çərçivəsində müsahibimiz Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının doktorantı, fəlsəfə doktoru Əhməd Şahidovdur
– Azərbaycanda Bolonya təhsil sistemi tətbiq edilməkdədir. Bu sistemin mahiyyətini siz necə izah edərdiniz?

– Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da təhsil cəmiyyəti formalaşdıran ən vacib amillərdən biridir. Hazırkı dövrdə hər bir dövlətin inkişafında mühüm rolu məhz təhsil oynayır, ona görə ki, dövlət yalnız ağıllı, bacarıqlı, yüksək elmə malik olan insanların fəaliyyəti əsasında inkişaf edə, yüksək nailiyyətlər qazana bilər. Belə ki, yuxarıdakılar nəzərə alınaraq ölkəmizdə də bu sahəyə xüsusi önəm verilir, təhsilin inkişafı naminə böyük işlərə imza atılır. Ümumiyyətlə, Bolonya sisteminə gedən yol 1998-ci il mayın 25-də Fransada Paris Universitetinin 800 illiyinə həsr olunan konfransda 4 ölkə – Almaniya, İtaliya, Böyük Britaniya və Fransa təhsil nazirləri tərəfindən Sarbona Bəyannaməsinin qəbulundan sonra başlandı. Daha sonra 1999-cu ildə Avropanın 29-dan çox ölkəsinin təhsil nazirləri İtaliyaya yığışaraq Bolonya Bəyannaməsini qəbul etdi. Hazırda bu prosesə 45 ölkə qoşulub. Sənəddə ikipilləli təhsil, təhsilin keyfiyyətinin gücləndirilməsi, kredit sisteminin tətbiqi, diplomların Avropa ölkələrində tanınması və digər müddəalar öz əksini tapıb. Bəyannamə altı əsas müddəadan ibarətdir: müqayisəolunan dərəcədə qəbul edilmiş sistemlər, o cümlədən, diplomda işlə təmin olunma və Avropa ali təhsilinin beynəlxalq rəqabətdə güclü olması. İkipilləli təhsilə giriş: dərəcəyə qədər və dərəcədən sonra. Birinci pillə 3 ildən az çəkmir, ikinci pillə magistr və ya doktor dərəcəsi almağa doğru aparır. Avropa sisteminin tətbiq edilməsi tələbənin həyat fəaliyyətinin sürətli inkişafına dəstək üçün zəhmətsevərlik vahidinin hesablanması üçündür (kredit sistemi). “Ömür boyu təhsil almaq” konsepsiyası çərçivəsində işləməyi bacaran və sistemi davamlı edən ECTS (European Credit Transfer System) qəbul etmək təklif olunur. Bu iştirakçıların fəallığını inkişaf etdirmək böyük əhəmiyyət kəsb edir (əvvəlki iki maddənin yerinə yetirilməsi əsasında): Avropa regionunda müəllim və digər personalın fəal olmasını təmin etmək, transmilli təhsil standartlarını yaratmaq, uyğun kriteriyaların və metodologiyaların işlənilməsi məqsədilə keyfiyyətin təmin olunmasında Avropa əməkdaşlığına kömək etmək, Avropa ali təhsilinə, əsasən də dərs planlarının inkişaf etdirilməsi sahəsinə, institutlararası əməkdaşlığın, ümumi təhsil proqramının və sürətlilik sxeminin, təcrübə hazırlığının və elmi tədqiqatların aparılmasına ciddi nəzarəti təmin etmək. Ölkələr Bolonya sisteminə könüllü olaraq, müvafiq bəyannamənin imzalanması yolu ilə qoşula bilərlər. Bu zaman həmin ölkələr bəzi öhdəlikləri üzərlərinə götürürlər. Öhdəliklərdən bəzilərinin zaman məhdudiyyəti var. 2005-ci ildən Bolonya sisteminin iştirakçısı olan bütün ölkələrin məzunlarına ödənişsiz bakalavr və magistr diplomlarına olan yeganə əlavəni vermək, 2010-cu ilə qədər milli təhsil sistemlərini Bolonya bəyannaməsinin əsas müddəalarına uyğun olaraq dəyişdirmək.

– Azərbaycanın Bolonya sisteminə qoşulma məqsədləri barədə hansı fikirləriniz var?

– Azərbaycanda bu sistemə qoşulmaq üçün ilk addımlar 2004-cü ildə atıldı. Həmin ildə Avropa Şurasının Baş Direktorluğunun təşəbbüsü ilə Strasburq şəhərində Qafqaz ölkələrinin təhsil nazirlərinin konfransı keçirilmişdi və həmin tədbirdə xüsusi bəyannamə qəbul olunmuşdu. Həmin bəyənnaməyə əsasən, 2004-cü ildə Azərbaycanda Bolonya sisteminə qoşulmaq məqsədilə Təhsil Nazirliyi tərəfindən hesabat hazırlanaraq Avropa Komissiyasına təqdim edildi. Nəticədə isə 2005-ci ildə mayın 19-da Norveçin Berqen şəhərində keçirilən konfransda təhsil naziri Misir Mərdanov Bolonya prosesinə qoşulmaqla bağlı rəsmi sənəd imzaladı. Bu sənəddən sonra Azərbaycan Bolonya prosesinə qoşuldu. Beləliklə də ölkəmiz Bolonya sisteminə qoşulmaqla ölkədə təhsilin keyfiyyətinin daha da artmasını təmin etmək, təhsilimizi Avropa ölkələrinin təhsilinə uyğunlaşdırmaq kimi bir sıra öhdəlikləri öz üzərinə götürdü.

– Bolonya sisteminə qoşulmaq Azərbaycan təhsilinə nə verdi?

– Bu sistemə qoşulmaqda əsas məqsəd Azərbaycanın Avropa təhsilinə inteqrasiya olunmasıdır. Ümumiyyətlə, bilirik ki, Azərbaycan Avropa ölkələrinə inteqrasiya olunur. Burada təhsil ən önəmli sahələrdən hesab olunur. Bu gün Avropada demək olar ki, sərhədlər yoxdur. Bu sistem Avropa təhsilində mövcüd olan sərhədlərin silinməsinə gətirib çıxarıb. Sistemin bir neçə pillələri var ki, bura diplomların tanınması, tələbələrin bir universitetdən digərinə problemsiz köçürülməsi və digərləri daxildir. Bəzən ölkə gənclərindən biri hansısa xarici ölkədə iş yeri tapdıqda təhsilləri ilə bağlı müəyyən problemlərlə üz-üzə qalırdı. Lakin yeni sistemə keçidlə bu problemin qarşısı alındı. Hazırda hər bir ölkə gənci öz gələcəyini xarici ölkədə qurmaq istəyərkən onun qarşısında belə sərhədlər qalmır. Ona görə ki, yeni sistemlə bir universitetdən digərinə rahat şəkildə keçmək olur.

– Gənclərimizi narahat edən məsələlərdən biri də Bolonya sistemində tətbiq olunan kredit sistemidir…

– Bolonya prosesinin digər əsas tələblərindən biri də ali təhsildə kredit sisteminin tətbiqi idi. Bu sistem iki əsas funksiyanı özündə birləşdirir. Bura tələbələrin öz mobilliyini təmin etmək və təhsilalma trayektoriyasını müstəqil müəyyənləşdirmək imkanları daxildir. Bu sistemin əsas vəzifələrini yerinə yetirmək üçün ölkədə “Ali təhsil müəssisələrində kredit sistemləri ilə tədrisin təşkili barədə nümunəvi əsasnamə” hazırlanıb təsdiq olundu. Qaydalara görə, kredit sistemində təhsil alanlar üçün auditoriya dərsləri 15 həftəyə müəyyən olunur, tələbənin auditoriya və auditoriyadan kənar yükünün həcmi 45 saat olur. Bir kredit 15 auditoriyaya və ya 22,5 ümumi saata bərabərdir və bütün fənlər üzrə hər bir tələbə hər semestrdə 30 kredit müəyyənləşdirə bilər, yaxşı oxuyan tələbələr isə hər semestrdə 8 kreditdən çox olmamaq şərtilə 1 və ya 2 fənn seçə bilərlər. Bakalavriat pilləsində tələbələrdə 200-250 kreditin yığılması tələb olunur. Burada bir şərt də var ki, tələbə yalnız o zaman kredit ala bilər ki, ali məktəblərdə tətbiq olunan qaydalar üzrə həmin fənnin imtahanından qiymət almış olsun.

– Bolonya sisteminin Azərbaycanda tətbiqi prosesi necə baş verir? Hansısa çətinliklər və əks təsirlər baş verirmi?

– Bolonya sistemi özündə müsbət məqamlarla yanaşı mənfi amilləri də ehtiva edir. Bu sistemi Azərbaycanda pərakəndə şəkildə tətbiq etmək olmaz. Bu, təşkil olunmuş, elmi əsaslara və şəraitə uyğun şəkildə həyata keçirilməlidir. Əfsuslar olsun ki, ölkəmizin bir sıra ali təhsil müəssisələrində bu sistemə tam əməl olunmur. Ümumiyyətlə, mütəxəssislərin fikrinə görə, Bolonya sistemi humanitar sahəyə, humanitar fənlərin tətbiqinə xələl gətirir.

– Ümumiyyətlə, müasir gənclərimizin ixtisas seçimi ilə bağlı nə düşünürsünüz? Özünüz də bir gənc olaraq gənclərə hansı məsləhətləri verə bilərsiniz?

– İxtisas seçimi hər bir insanın həyatında çox incə məqamdır. Çünki bu, həmin şəxsin gələcək həyatının qarantına çevrilir. Odur ki, ixtisas seçərkən həmişə reallığı, tələbatı və sonda öz istəklərinizi nəzərə alın. Təəssüflər olsun ki, hələ də gənclərimiz ixtisas seçimində sovet döründən qalmış, bir zamanlar ən dəbdəbəli peşələr sayılan, lakin hazırda adi dövlət qulluğu hesab edilən polis, prokuror, hakim və sair bu kimi ixtisaslara can atırlar. Öz aləmlərində xəyallar qururlar, arzuları həyata keçməyəndə isə xəyal qırıqlığına düçar olurlar. Mən gənclərimizə məsləhət görərdim ki, daha müasir, daha perspektivli və maraqlı ixtisaslara yiyələnsinlər. İndi Azərbaycanımızın gözəl kimyaçılara, istedadlı kibernetiklərə, peşəkar kosmik tədqiqatçılara, bioloq və ekoloqlara ehtiyacı var. Qoy gənclərimiz idmanın futbol, basketbol və tennis sahələrində özlərinə professional karyera qursunlar. Bunun üçün ölkəmizdə bütün zəruri şəraitlər yaradılıb. Sadəcə bunu ürəkdən istəmək və əzmlə çalışmaq lazımdır.

– Ümumiyyətlə, ölkədə gənclərin təhsilə cəlb olunması və onların dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil almaları üçün yaradılan şəraiti necə qiymətləndirirsiniz?

– Bilirsiniz, bu gün dünya sürətlə inkişaf etməkdədir. Azərbaycan da bu inkişafdan geri qalmır. Həyatın bütün sahələrində ölkəmiz inkişaf edir. Təhsil də istisna deyil. Bugün dünyanın demək olar ki, bütün ali təhsil müəssisələrində azərbaycanlı tələbələrə rast gəlmək olur. Bunun da əsas təşəbbüskarı heç şübhəsiz ki, ölkə başçısı cənab İlham Əliyevdir. Məhz Prezident İlham Əliyevin 2015-ci ilə qədər 5 min gəncin xaricdə təhsil alması ilə bağlı imzaladığı sərəncam təhsilin vahid standartlara keçirilməsi prosesinin daha da sürətlənməsinə təkan verdi. Ona görə ki, gənclərimiz bir qayda olaraq Bolonya sistemi üzrə qurulan təhsil müəssisələrində təhsil alacaqlar. Ötən illərdə də dövlət xətti ilə minlərlə gənclərimiz xarici ölkələrə təhsil almağa göndəriliblər. Bu, sanki bir toxum kimidir. Yazda əkirik, payızda bəhrəsini görəcəyik. Həmin gənclər bir neçə ildən sonra yenidən Azərbaycana qayıdacaq, dövlətimizin müxtəlif təbəqələrində çalışacaq və Vətənimizə xidmət göstərəcəklər.

İlkin
“Palitra” qəzeti, 07 İyun 2011-ci il

Xəbərlər

Əhməd Şahidov Şimali Kipr Türk Cümhuriyyətinin Macarıstandakı səfirliyini ziyarət edib Əhməd Şahidov Şimali Kipr Türk Cümhuriyyətinin Macarıstandakı səfirliyini ziyarət edib Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb “Azərbaycan və Serbiya ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir” – Serbiya Parlamentinin vitse-spikeri ilə görüş “Azərbaycan və Serbiya ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir” – Serbiya Parlamentinin vitse-spikeri ilə görüş Əhməd Şahidov Serbiya Respublikasının Ombudsmanı cənab Zoran Paşaliç ilə görüşüb Əhməd Şahidov Serbiya Respublikasının Ombudsmanı cənab Zoran Paşaliç ilə görüşüb Əhməd Şahidov Bosniya və Herseqovinanın Ombudsmanı ilə görüşdə Azərbaycan həqiqətləri barədə danışıb Əhməd Şahidov Bosniya və Herseqovinanın Ombudsmanı ilə görüşdə Azərbaycan həqiqətləri barədə danışıb Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi ATƏT-in Vyana toplantısında gündəmə gətirilib Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi ATƏT-in Vyana toplantısında gündəmə gətirilib Əhməd Şahidov ATƏT-in Vyana toplantısında Avropanın təhlükəsizliyində azad medianın rolu barədə danışıb Əhməd Şahidov ATƏT-in Vyana toplantısında Avropanın təhlükəsizliyində azad medianın rolu barədə danışıb “İnsan hüquq və azadlıqları ölkələrin milli təhlükəsizliyini məhdudlaşdırmamalıdır” – Əhməd Şahidov ATƏT-in Vyana toplantısında çıxış edib “İnsan hüquq və azadlıqları ölkələrin milli təhlükəsizliyini məhdudlaşdırmamalıdır” – Əhməd Şahidov ATƏT-in Vyana toplantısında çıxış edib “Google və Facebook terrorizm və separatizm üçün əlverişli meydana çevrilib” – Əhməd Şahidov ATƏT-də internet təhlükəsizliyindən danışıb “Google və Facebook terrorizm və separatizm üçün əlverişli meydana çevrilib” – Əhməd Şahidov ATƏT-də internet təhlükəsizliyindən danışıb Macarıstan İşgəncələr Əleyhinə Fondu azərbaycanlı girovlarla bağlı araşdırmalara başlayır Macarıstan İşgəncələr Əleyhinə Fondu azərbaycanlı girovlarla bağlı araşdırmalara başlayır Əhməd Şahidov Budapeştdə Mərkəzi Avropa Universitetinin Siyasi Elmlər Mərkəzinin rəhbəri ilə görüşüb Əhməd Şahidov Budapeştdə Mərkəzi Avropa Universitetinin Siyasi Elmlər Mərkəzinin rəhbəri ilə görüşüb Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib