ƏGƏR BOMBA AŞKAR EDİLSƏ…

ƏGƏR BOMBA AŞKAR EDİLSƏ…

Ana Sayfa » Doktorluq işi » ƏGƏR BOMBA AŞKAR EDİLSƏ…

bombaAnonim zənglərin nə vaxtsa həqiqəti söyləmə ehtimalı böyükdür
Yalançı anonim zəngləri təşkil edənlərin məqsədi hüquq-mühafizə orqanlarını yorub, nə vaxtsa güclü partlayışlar törətməkdir.
Ötən yazılarımda anonim zənglərin səbəb və məqsədləri, yaranma motivləri və mümkün fəsadları barədə məlumat vermişdim. Bu istiqamətdə araşdırmalarım isə davam edir.

Aydındır ki, yalançı anonim zənglər ilk növbədə sadə vətəndaşları qorxu altında saxlamaqla yanaşı, həm də hüquq-mühafizə orqanlarının da faydalı iş əmsalını aşağı salır. Lakin bir şeyi nəzərə almaq lazımdır ki, bucür zənglər məqsədyönlü şəkildə həyata keçirilirsə, onda bunun daha ağır nəticələrini çox da gözləməyə ehtiyac qalmayacaq. Nə vaxtsa, bu mənfi tendensiyanın real nəticəsini görəcəyik. Yaxşı olardı ki, bununla mübarizə aparan orqanlarımız bu tendensiyanın köklü səbəblərini araşdırsın və bu cinayət əməllərini birdəfəlik aradan qaldırsınlar.

Bu dəfəki araşdırmamda konkret hədəflər barədə danışacağam. Daha dəqiq desəm, həqiqətən də haradasa bomba aşkar edildikdə təkcə sadə vətəndaşların deyil, eyni zamanda minimum itkilərlə bu təhlükədən sovuşmaq üçün hüquq-mühafizə orqanlarının da etməli olduqlarını diqqətinizə çatdırmaq istərdim.

Aydındır ki, terrorçular partlayıcı maddəni işə salmaq istəyərkən insanların daha çox olduğu yerləri hədəf kimi seçirlər ki, maksimum effekt əldə olunsun.

Bucür hədəflərə, bir qayda olaraq aiddir: avtomobillər, binalardakı keçidlər, mühafizə olunan şəxslərin iş yerləri, gözdən qaçan yerlər, sevimli əşyaların olduğu yerlər, o cümlədən hədiyyə kimi istifadə oluna bilən müxtəlif predmetlər – gül buketləri və s. Bunları nəzərə alaraq, göstərilən yerləri (predmetləri) diqqət mərkəzində saxlamaq, mütəmadi olaraq, onlara nəzarət etmək lazımdır.

Heç bir halda tanımadığınız şəxslərdən hədiyyə, bağlama, gül buketi və içərisinə partlayıcı maddələrin yerləşdirilə biləcəyi əşyalar qəbul etmək məsləhət deyil.

Ümumiyyətlə, bombalar öz məqsəd və təyinatına görə müxtəlif cür olurlar. Ən məşhur bomba növlərindən biri də “məktubda bomba” adlanır ki, bunun da qalınlığı 5-10 mm-ə qədər olur. Məktub əsasən əl dəsmalı və ya cib təqvimi boyda olur, amma bir qədər ağırlığı ilə seçilir. Bu özəllikləri olan məktub aldıqda heç bir halda onu açmağa cəhd etməyin, dərhal mütəxəssisləri köməyə çağırın və həmin məktubu onlara təhvil verin.

Bundan başqa, “unudulmuş” əşyalara münasibətdə də daha həssas olmaq lazımdır: çemodan, sandıqca, çətir, kitab, pul qabı və s. kimi cəlbedici əşyalarda partlayıcı maddələr yerləşdirilə bilər. Sahibi bilinməyən bucür predmetlərə yaxınlaşmaq, onlara toxunmaq, daşımaq və araşdırmaq qəti qadağandır, dərhal mütəxəssisləri köməyə çağırmaq lazımdır.

Təsadüfən şübhəli bir bağlama və ya içərisində bomba olması ehtimal olunan predmet aşkar olunduğu zaman aşağıdakı təhlükəsizlik tədbirlərinin görülməsinə ehtiyac var:

  • siqaret çəkməyin;
  • alışqan və digər yanğın törədə biləcək vasitələrdən, o cümlədən qığılcım yarada biləcək əşyalardan qəti istifadə etməyin;
  • əllə və ya başqa əşyalar vasitəsilə şübhəli predmetə toxunmayın;
  • şübhəli predmeti silkələməyin, atmayın, sıxmayın, açmayın;
  • sahibsiz əşyanın yerləşdiyi məkanı dərhal tərk edin, lakin sizdən sonra oranın mühafizə olunduğuna tam əmin olun;
  • ətrafdakı insanlara da bu haqda xəbər verin (əməkdaşlara, ailə üzvlərinizə, dostlarınıza və s.);
  • aşkar etdiyiniz əşya barədə dərhal, vaxt itirmədən hüquq-mühafizə orqanlarına, xüsusən də FHN strukturlarına xəbər verin;
  • yadda saxlayın: əşyaların zahiri görünüşü onların əsl təyinatını gizlədə bilər. Partlayıcı maddələr üçün kamuflyaj qismində adi məişət əşyaları –  çantalar, paketlər, bağlamalar, qutular, oyuncaqlar, çətirlər və s. istifadə oluna bilər.
  • Aşağıdakı cədvəldə göstərilənləri nəzərə alıb partlayıcı maddələrdən minimum hansı məsafədə dayanmağı öyrənə bilərsiniz (səlahiyyətli şəxslər insanları bu məsafəyə qədər uzaqlaşdırmalıdırlar)

Təhlükəsiz məsafə

Partlayıcı maddə və ya bombaya oxşar əşyaların aşkar olunduğu zaman sadə insanların dayanmalı olduğu minimim məsafə

Partlayıcı maddə və ya şübhəli predmet

Məsafə

Qranat RQD-5 50 metrdən az olmayaraq
Qranat F-1 200 metrdən az olmayaraq
200 qramlıq trotil şaşkası 45 metr
400 qramlıq trotil şaşkası 55 metr
0,33 litrlik pivə bankası 60 metr
Çemodan (keys) 230 metr
Səfər çemodanı (böyük) 350 metr
“Jiquli” tipli avtomobil 460 metr
“Volqa” tipli avtomobil 580 metr
Mikroavtobus 920 metr
Yük maşını (furqon) 1240 metr

Partlyıcı maddələr

Partlayıcı maddələr – müəyyən xarici təsirlərin təsiri altında partlaya biləcək kimyəvi birləşmələr və ya qarışıqlardır.

Partlayış – partlayıcı maddələrin çoxlu sayda sıxılmış və qızmış qazlara çevrilməsi prosesidir. Bu qazlar genişləndikcə ətrafda dağıdıcı funksiyaya malik olur. Partlayışın adi yanma prosesindən fərqi yalnız onun sürətindədir. Sürətinə görə isə partlayışların iki növü mövcuddur:  yanma və detonasiya.

Belə ki, barıt yanğı ilə partlayır, lakin trotil, qeksogen, ammonit və bucür maddələr detonasiya ilə partlayırlar. Detonasiya zamanı zərbə dalğası meydana çıxır və səs sürətilə hərəkət edir (saniyədə 7 min metr).

Partlayışın baş verməsi üçün kənar müdaxilənin olması şərtdir. Bu müdaxilələrin aşağıdakı növləri mövcuddur:

  • Mexaniki (zərbə, silkələnmə, əzilmə)
  • İstilik (qığılcım, od, isinmə)
  • Kimyəvi (hansısa maddənin partlayıcı maddə ilə kimyəvi reaksiyaya girməsi)
  • Detanassion (bir partlayıcı maddənin digər bir bomba vasitəsilə partladılması)

Bütün partlayıcı maddələrin ən təhlükəlisi brizant bombalardır – snaryadları, minaları, bomba və fuqasları məhz onlarla yükləyirlər. Bir də qızışdırıcı xarakterli – civə və uçan xarakterli – barıt bombaları da mövcuddur.

Brizant bombalarının içərisində ən güclülüləri – qeksogen, ten, tetril hesab edilir.

Orta güclü bombalar – trotil, melinit, plastit.

Zəif güclü bombalar – ammonyak şora.

Brizantlıq – partlayıcı maddənin dağıdıcı xüsusiyyətidir.

Partlayıcı maddənin gücü ondakı trotilin (bərk partlayıcı maddə) həcmi qədərdir (trotilin gücü şərti olaraq vahid kimi qəbul edilir). Ən güclü partlayıcı maddə trotildən 35% daha güclüdür, zəif partlayıcı maddə isə trotildən 20-30 % daha zəifdir.

İndi isə terrorçuların daha çox istifadə etdikləri partlayıcı maddələrlə qısaca tanış olaq.

Qeksogen – dadı və iyi olmayan ağ rəngli kristallik tozdur. Suda həll olmur, toksikdir. Bu maddə struktur kimyəvi formulun zahiri görünüşünə görə belə adlandırılıb.

Ten (tetranitrat pentaeritrita) – ağ rəngli kristalllik tozdur. Suda həll olmur.

Tetril – ağ kristallardan ibarət tozdur, işıqda sarı rəngə çalır. Suda həll olmur.

Trotil – bərk şabalıdı rəngdə maddədir, istənilən forma ala bilir. Daha çox məişət sabununa bənzər boz rəngli bülöv daşı formasına malikdir, bəzən onu kartofa oxşar formada da düzəldirlər. İyi də haradasa məişət sabununun iyini xatırladır, lakin adam onun iyini çox çətinliklə hiss edə bilir.

Melinit – sarı rəngdə olan bərk kristallik maddədir, dadı acıdır, toz, preslənmiş və litom formada rast gəlinir. Soyuq suda zəif həll olur, isti suda daha yaxşı həll ola bilir. Əllərinizin dərisini çox güclü sarı rəngə boyaya bilər.

Plastit – plastik giləbənzər maddədir, suda həll olmur, azacıq neft iyi gəlir.

Ammonyak şorası əsasən toz halında olan ağ, boz və sarı rəngli maddədir. Toz halında (preslənməmiş) tətbiq olunur. Suda həll olur. Həddindən artıq nəm yerdə saxlandıqda partlayıcı xüsusiyyətini itirir.

Dağıntılar altındasınızsa…

Partlayışdan sonra əmələ gəlmiş dağıntılar zamanı nə etməli:

  • dağıntılar arasından özbaşına qurtulmağa çalışmayın;
  • yaxınlıqdakı mebel və dağıntı parçalarından özünüzə “tavan” düzəltməyə çalışın;
  • ucu iti predmetləri özünüzdən uzaqlaşdırmağa çalışın;
  • əgər yanınızda mobil telefon varsa, dərhal “102” və ya ”112” nömrələrinə zəng etməyə çalışın;
  • burun və ağzınızı dəsmal və ya paltarla örtün, imkan daxilində nəm dəsmal ilə;
  • xilasedicilərin diqqətini cəlb etmək üçün yaxınlıqdakı turbaları tıqqıldadın;
  • yalnız xilasedicilərin səsini eşitdiyiniz zaman qışqırmağa çalışın, yoxsa tozdan boğula bilərsiniz;
  • heç bir halda alov yandırmağa cəhd etməyin.

Yanğın olduğu zaman…

Adətən partlayış zamanı yanğın baş verir. Bəs bu halda nə etməli:

  • mümkün olduğu qədər aşağı uzanın, tez bir zamanda binanı tərk etməyə çalışın;
  • üzünüzü nəm əski və ya paltarla örtün ki, onlar vasitəsilə rahat nəfəs ala biləsiniz;
  • əgər binada yanğın baş verdisə və sizin qarşınızda bağlı qapı varsa, əvvəlcə ovucunuzun arxa hissəsi ilə qapının tutacağına toxunun. Əgər tutacaq isti deyilsə, onda qapını açın və qonşu məkanda tüstü və ya yanğının olmadığına əmin olduqdan sonra oradan keçin. Əgər qapı və ya qapının tutacağı çox istidirsə, heç vaxt onu açmağa cəhd etməyin;
  • əgər təkbaşına binadan çıxa bilmirsinizsə, mütləq xilasedicilərə siqnal verin, lakin yalnız lazım olduqda qışqırın, çünki tüstüdən boğula bilərsiniz. Ən yaxşısı pəncərədən hər hansı əşya və ya paltar ilə işarə edin.

Bütün bu sadalanan təhlükəsizlik qaydalarına riayət etsək, çox güman ki, mümkün fəlakətlərdən sağ-salamat qurtula bilərik. Amma ən əsası bucür fəlakətlərin baş verməməsidir. Bunun üçün isə səlahiyyətli orqanlar daha məsuliyyətli və ayıq-sayıq olmalı, bir an belə peşəkarlığı əldən verməməli və sadə vətəndaşların təhlükəsiz şəraitdə yaşaması və işləməsi üçün çalışmalıdırlar.

f.e.n. Əhməd Şahidov

Bu məqalə müəllifin “Türk dövlətlərində təhlükəsizlik problemləri”
adlı doktorluq dissertasiyasının materialları əsasında hazırlanıb

Xəbərlər

Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb “Azərbaycan və Serbiya ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir” – Serbiya Parlamentinin vitse-spikeri ilə görüş “Azərbaycan və Serbiya ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir” – Serbiya Parlamentinin vitse-spikeri ilə görüş Əhməd Şahidov Serbiya Respublikasının Ombudsmanı cənab Zoran Paşaliç ilə görüşüb Əhməd Şahidov Serbiya Respublikasının Ombudsmanı cənab Zoran Paşaliç ilə görüşüb Əhməd Şahidov Bosniya və Herseqovinanın Ombudsmanı ilə görüşdə Azərbaycan həqiqətləri barədə danışıb Əhməd Şahidov Bosniya və Herseqovinanın Ombudsmanı ilə görüşdə Azərbaycan həqiqətləri barədə danışıb Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi ATƏT-in Vyana toplantısında gündəmə gətirilib Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi ATƏT-in Vyana toplantısında gündəmə gətirilib Əhməd Şahidov ATƏT-in Vyana toplantısında Avropanın təhlükəsizliyində azad medianın rolu barədə danışıb Əhməd Şahidov ATƏT-in Vyana toplantısında Avropanın təhlükəsizliyində azad medianın rolu barədə danışıb “İnsan hüquq və azadlıqları ölkələrin milli təhlükəsizliyini məhdudlaşdırmamalıdır” – Əhməd Şahidov ATƏT-in Vyana toplantısında çıxış edib “İnsan hüquq və azadlıqları ölkələrin milli təhlükəsizliyini məhdudlaşdırmamalıdır” – Əhməd Şahidov ATƏT-in Vyana toplantısında çıxış edib “Google və Facebook terrorizm və separatizm üçün əlverişli meydana çevrilib” – Əhməd Şahidov ATƏT-də internet təhlükəsizliyindən danışıb “Google və Facebook terrorizm və separatizm üçün əlverişli meydana çevrilib” – Əhməd Şahidov ATƏT-də internet təhlükəsizliyindən danışıb Macarıstan İşgəncələr Əleyhinə Fondu azərbaycanlı girovlarla bağlı araşdırmalara başlayır Macarıstan İşgəncələr Əleyhinə Fondu azərbaycanlı girovlarla bağlı araşdırmalara başlayır Əhməd Şahidov Budapeştdə Mərkəzi Avropa Universitetinin Siyasi Elmlər Mərkəzinin rəhbəri ilə görüşüb Əhməd Şahidov Budapeştdə Mərkəzi Avropa Universitetinin Siyasi Elmlər Mərkəzinin rəhbəri ilə görüşüb Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb